• 28 Mart 2024

İLAHİ YARDIM KƏSİLƏRSƏ FƏLAKƏT O ZAMANDIR

guneshİbn Teymiyyə deyir ki: “Nə zaman bir məsələdə çətinliklərlə qarşılaşsam, o zaman min dəfə və ya ondan daha çox, yaxud bir az daha az istiğfar oxuyar Allahdan kömək istəyərəm. Nəhayət içim açılar, zehnim durular, çətinliklər ortadan qalxar.”

Sözə Rəbbimizin əmri ilə başlayaq:
“Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Elə isə Möminlər yalnız Allaha təvəkkül etsinlər. “(Ali-İmran 3/160)
İnsan elmi və gücü məhdud bir varlıqdır. Hər şeyi başa düşə bilməz və hər şeyə güc yetirə bilməz. Hədəflərini və ehtiyaclarını reallaşdırmaq üçün daim yeni-yeni bilgi, imkan və iqtidara ehtiyac hiss edər. Bu cəhətiylə o, daim möhtacdır. Rəbbimiz bu həqiqətə belə diqqət çəkər: “Ey insanlar hamınız Allaha möhtacsınız.” (Fatir Surəsi, 15) Bu ehtiyacını fanilərin qapısına və lütfünə bağlayan kəslər, çox vaxt xəyal qırıqlığı yaşamağa məhkumdurlar. Hətta zaman zaman şirk vadilərinə düşdükləri də olur ki, bu daha böyük bir müsibətdir. Allah Rəsulu s.ə.v Əfəndimizin əshabına öyrətdiyi “istixarə duası” nda Rəbbimizin elminə və qüdrətinə olan ehtiyacımız çox yığcam bir şəkildə ifadə edilir. Cabir (radiyallahu anh) belə nəql edir: Rəsulullah (s.ə.v) eynilə bir Quran surəsini öyrədirmiş kimi, bizə hər iş üçün “istixarə” etməyi öyrədərdi . Belə buyurardı: Hər hansı biriniz bir iş etmək istədiyinizdə, fərz namazlardan ayrı olaraq iki rükət namaz qılsın, sonra da belə desin: “Allahım Sən hər şeyi bildiyin üçün, haqqımda xeyirli olanı mənə da bildirməyini, Sənin gücün hər şeyə çatdığı üçün, məni müvəffəqiyyətli etməyini və xeyirli olanı nəsib etməyini, Sənin o böyük kərəmindən niyaz edirəm. Çünki Sənin gücün hər şeyə yetər, mənim gücüm çatmaz; Sən hər şeyi bilirsən, mən bilmirəm. Şübhəsiz ki, Sən hər şeyi (qeybi) yeganə bilənsən. Allahım! Əgər bu işin mənim dinim, dünyam və axirətiniz üçün xeyirli olacaqsa (indi və ya daha sonrası üçün xeyirli olacaqsa) onu etməyi mənə nəsib et, asanlıq ver və onu mənə mübarək et. Əgər bu işin mənim dinim, dünyam və axirətim üçün ziyan olacaqsa (indi və ya daha sonrası üçün ziyan olacaqsa) onu məndən, məni də ondan uzaq et. Xeyir harada isə onu mənə nəsib et, sonra da könlümü bu nəticəyə razı et! “(Buxari, Dəavat 48.)
Tarix boyunca insanların Allahdan başqa ilahlar axtarmalarında, ehtiyaclarını təmin etmə, qorxulardan əmin olma və ümid etdiklərinə çatmaq üçün bəzi batil inanc, zənn və xəyalları təsirli olmuşdur. Tövhidi qoruma və şirkdən qorunma nöqtəsində “köməkçi vasitə”nin doğru təsbit edilməsi son dərəcə əhəmiyyətlidir. Beləliklə Quran və sünnədə bu incə xüsus davamlı şəkildə qeyd edilmiş və kömək edəcək olanın ancaq Allah olduğu həqiqəti davamlı xatırladılmışdır.
Allahdan başqasının Onun icazəsi olmadan heç bir kömək və ya zərər verə bilməyəcəyi gerçəyi, ən təsirli bir üslubla mömin ürəklərə bir tövhid qidası olaraq vurulmuşdur.
Tək-tək şəxslərin ya da camaat, millət və dövlət kimi böyük təşkilatların, bu ilahi sirrə uyğun bir həyat tərzi və strategiya ilə hərəkət etmələri, öz gələcəkləri adına son dərəcə əhəmiyyətli görülmüşdür. Xüsusilə imanlı ürəklərin bu həssaslıqdan uzaqlaşmaları cəzalandırma ilə qarşılıq tapmışdır. Kafirlərə tətbiq olunan sünnətullah (Allahın qanunu) ilə möminlərə tətbiq olunan sünnətullah zaman zaman fərqlilik göstərməkdədir. Çünki inkar, günah və ədəpsizlikdə kafirlərə möhlət tanınarkən, xətadan dərhal dönmələrinə səbəb olsun deyə möminlərə cəzalandırma təcili olaraq gərçəkləşə bilməktədir. Mömin bir adamın Allaha deyil də özünə, imkanına, iqtidarına güvənməsi, Allaha qarşı bir ədəb noqsanlığı və qəflətin bir nəticəsi olduğu kimi, möminlər topluluğunun da öz çoxluqlarına, güclərinə və daha başqa fani imkanlara güvənib etimad etməsi , eyni şəkildə böyük bir əqidə ( inanc) zəifliyidir. Belə bir qəflətə söykənən halların cəzasız qalması isə əlbəttə düşünülməməlidir. Mömin, tam bir tövbə və istiğfara sarılabilərsə əffolunacağı umulabilər.
Peyğəmbərlərin və saleh möminlərin həyatında ilahi köməyə yönəliş hallarının saysız nümunələri vardır.
“Kosova Fatihi I Murad Xudavəndigar, 8 avqust 1389-cu ildə Kosova Ovasına girdiyində ortalığı toza dumana qatan bir fırtına ilə qarşılaşmışdı. Bu vəziyyətdə sanki göz gözü görmürdü. O gecə Bəraət gecəsi idi. Murad Xan, iki rükət namaz qıldıqdan sonra, göz yaşları içində bu duanı etdi:
“Ya Rəbbi! Bu fırtına, bu aciz Murad qulunun günahları üzündən çıxdısa, günahsız əsgərlərimizi cəzalandırma! Allahım! Onlar ki buraya qədər yalnız Sənin adını ucaltmaq və İslamı təbliğ etmək üçün gəldilər! İlahi! Dəfələrcə məni zəfərdən məhrum etmədin. Daima duamı qəbul buyurdun. Yenə sənə iltica edirəm; Duamı qəbul et! Bir yağış bizə nəsib et! Bu toz buludunu sakitləşdirsin. Kafirin əsgərini aşkar görüb, üz-üzə döyüş edək! Ey Rəbbim! Mülk də, bu qul da Sənindir. Mən aciz bir qulam. Mənim niyyətimi və əsrarımı ən yaxşı Sən bilirsən. Mal və mülk məqsədim deyil. Yalnız Sənin razılığını istəyirəm. Ey Rəbbim! Bu mömin əsgərləri, küffar əlində məğlub edib həlak eyləmə! Onlara elə bir zəfər lütf et ki, bütün müsəlmanlar bayram etsin! Dilərsən o bayram günündə bu Murad qulun Sənin yolunda qurban olsun!
Ey Rəbbim! Bu qədər müsəlman əsgərin həlakında məni səbəb etmə! Bunlara kömək et və zəfər bəxşeylə! Bunlar üçün mən canımı qurban edərəm; yetər ki tək Sən məni şəhidlər mərtəbəsinə qəbul et! Bu möminlərin uğruna mənim ruhum fəda olsun. Məni qazi etdin. Sonunda da lütf və kərəminlə məni şəhid et! Amin!”
Bu səmimi yalvarmadan sonra Sultan, fövqəladə bir dinclik içində Qurani- Kərim tilavətinə başladı. Çox keçmədən rəhmət buludları peyda oldu. Kosova Meydanı üzərinə dolu halında yağış boşaldı. Külək dayandı. Toz bitdi ..
Küləyin kəsilməsi və yağışın toz buludlarını dağıtması üzərinə bütün Osmanlı ordusunda böyük sevinc yaşandı. Murad Xan, səcdəyi-şükrana qapandı. O gün sevinc gözyaşları, yağış damlaları ilə qardaş oldu. Bu səmimi yalvarmanın zəfərlə nəticələnməsindən sonra, şəhadət niyazı da qəbul olmuş və Sultan Murad Xudavəndigar əbədi diriliyə qanad açmışdır.”
Dua ilə Rəbbin köməyini niyaz etmək, hər möminin şüarı olmalıdır. Çünki ilahi yardım bir qula çatacaq olsa, onun üçün neçə-neçə fərthlər nəsib olar.
İlahi köməyi niyaz etmək, həm səbəblərə sarılmaq, həm də duaya yönəlməklə olur. Qurani- Kərimdə namazla (dua ilə) və səbirlə ilahi köməyə yönəlmək lazım olduğuna işarə edilir. Yenə Haqqın köməyinin, Allahın dini uğrunda göstəriləcək səylər nəticəsində lütfediləcəyi bildirilir. Xülasə, Allahu təala, öz dostlarının köməkçisidir. Elə isə Haqla dostluğu pozacaq, ilahi yardımın kəsilməsinə səbəb olacaq hal və hərəkətlərdən uzaq qalmaq surətiylə Haqqın köməyinə nail olmağa çalışmaq lazımdır. İstər Fərd , istər cəmiyyət olsun, ilahi rəhmətdən və yardımdan məhrum qalacaq olsa, onları gözləyən acı son, əlbəttə fəlakət olacaqdır.

Mənbə:gencdergisi.com

Read Previous

Möminlərin həqiqi sevgiyə ehtiyacı var

Read Next

İman nemətinin bədəlini necə ödəyə bilərik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.