• 18 Sentyabr 2019

İmanın Bədəli Nədir?

imanin_bedeliMömin, özünə ehsan edilən bütün nemətlərin və xüsusilə də “İman” nemətinin şükrünü Rəbbinə ödəmək məcburiyyətindədir. Çünki əvəzi ödənməyən bir şeyə sahiblik iddiasına cəhd etmək, əbəs işdir.

Hər mömin, yaxşılıq gördüyü bir kimsəyə imanı gərəyi minnət duyar, təşəkkür və dua edər. İmkan tapdığında, ona daha gözəl bir şəkildə qarşılıq vermək istəyər. İkram edilən bir stəkan su üçün belə, təşəkkür borcunu əsirgəməz.

Ayəti-kərimədə: “Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz…” (ən-Nəhl, 18) buyurulur. Şübhəsiz ki, bu nemətlərin ən böyüyü “İman” dır. Hər nemətin bir əvəzi və qarşılığı olduğu kimi, iman nemətinin qarşılığı da, həmd, şükür, zikr, ixlas və təqva üzrə bir qulluq həyatı yaşamaqdır.

İman, ilahi lütflərin ən böyüyüdür. İmtahan isə bu nemətin hansı nisbətdə qiymətini bildiyimizi, ona nə qədər sahib çıxabildyimizi ölçən bir meyardır. Möminlərdən gözlənilən, həyatın dəyişən şərtləri içində səbir və təslimiyyətlə imanını mühafizə etməkdir. Bu eyni zamanda ilahi mükafatlara nailiyətin qarşılığı yerindədir. Necə ki, ayəti kərimədə buyurulur:

“Allah möminlərdən mallarını və canlarını özlərinə (veriləcək) Cənnət müqabilində satın almışdır …” (ət-Tövbə, 111)

Dünyada keçirilən zaman, axirətin sonsuzluğu qarşısında bir zərrə və ya bir damla dəyərində belə deyildir. Lakin dünya imtahanının nəticəsi, ya sonsuz səadət yurdu olan cənnət, ya da əbədi bir əziyyət məhəlli olan Cəhənnəmdir. Qulun səfərinin hansı istiqamətə olacağını, fani həyatında “axirəti və ya dünyanı seçim etməyi” müəyyən edir. Bu baxımdan bu qısa dünya həyatında, axirəti seçməkdə qəflət göstərməkdən daha böyük bir aldanış ola bilməz.

Haqqa yaxınlıqlarıyla bilinən Allah dostları, kainat kitabının hər hərfini könül gözüylə və hikmət nəzəri ilə oxuyurlar. Kainatın ülvi bir məqsəd ilə var edildiyini, heç bir şeyin boş və əbəs yerə yaradılmadığını, hər keçən günün ömür təqvimindən bir yarpaq daha qoparıb insanı qəbirə bir addım daha yaxınlaşdırdığını yaxından dərk edərlər. “Həyat nemətinin məna və hikməti nədir? Dünya nə üçün insanoğlunun əmrinə verildi? İki qapılı bir karvansaray olan bu cahana haradan gəldik, buradan hara yollanacağıq?” Bu cür suallar üzərində təfəkkür edərək, ömürlərini incə, dərin və həssas bir ruh halı ilə yaşayarlar.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 56 dəfə.

calal calalov

Read Previous

Hz. Əbu Bəkirin (ra) söhbətinə qatılmaq istəyirsinizmi?

Read Next

Peyğəmbərlər günlük həyatda hansı işlə məşğul olurdular

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.