• 19 Mart 2024

İndoneziya necə İslamlaşdı?

Bir tacir İndoneziyaya gedir və oraya yerləşərək ticarətə başlayır. Gətirdiyi keyfiyyətli parçalar xalqın zövqünü oxşayırdı. Özü isə qənaət sahibi bir mömin olduğu üçün: ” Qoy qazancım az olsun, lakin təmiz və halal olsun”, – deyə düşünürdü. Buna görə də hədsiz qazanc əldə etmək üçün bir malı dəyərindən çox baha satmağa heç meyl etmirdi. Qısa zamanda zəngin olma xəyalına qapılmamışdı. Bir gün işə gec gəldi və satıcısının satdığı malı alıcıya dəyərindən baha satdığının şahidi oldu. O, satıcısından soruşdu:

        Hansı parçadan satdın?

        Bu parçadan.

        Neçəyə satdın?

        On axçaya…

        Neçə?

        Beş axçaya olan parçanı on axçaya necə satmısan? Müştərilərin haqqına girmisən. Görsən tanıya bilərsən, müştərini?

        Bəli, tanıyaram.

        O zaman dərhal get və həmin müştərini tap gətir. Vaxt itirmədən onunla halallaşmaq lazımdır. Satıcı getdi, müştərini tapıb gətirdi. Dükan sahibi müştərini qarşısında görən kimi ondan halallıq istədi və satıcı tərəfindən alınan artıq pulu da ona uzatdı. Müştəri isə daha əvvəl heç qarşılaşmadığı bu gözəl davranış qarşısında donub qaldı. Öz-özünə: “Haqqını halal et!” cümləsinin mənasını anlamağa calışdı. Bu hadisə qısa zamanda dildən-dilə dolaşdı. Çox keçmədi ki, həmin hadisə kralın qulağına da gedib catdi. Nəhayət, kral parça tacirini saraya çağıtdırdı və:

        Sizin göstərdiyiniz bu davranışı biz daha əvvəl nə gördük, nə də eşitdik! Bunu bizə izah edə bilərsiniz?, – dedi. Tacir isə :

         Mən müsəlmanam. İslamda mülk Allahındır. Qul sadəcə bir əmanətçidir. Bundan başqa İslamda haqsız qazanc, faiz, istismarçılıq və cəmiyyətin zərərinə olan bütün satışlar qadağandır. Bu alverdə isə müştərinin mənə haqqı keçmişdir. Bunu eşidən kral:

        İslam nədir, müsəlman olmaq üçün nə lazımdır? kimi sualları ard-arda soruşdu. Tacir də sualları bir-bir şirin dil ilə cavablandırdı. Belə bir dinin varlığını bu səbəblə ilk dəfə eşidən kral vaxt itirmədən İslamla şərəfləndi. Daha sonra qısa müddət ərzində xalq da müsəlman oldu. Məhz dünya dövlətləri içində (təxminən 250 milyonluq) ən çox müsəlman əhalisi olan bugünkü İndoneziyanin İslamı qəbul etməsində ki, sirr bəlkə də təkcə bu beş axçalıq parça ticarətində nümayiş etdirilən İslam əxlaqıdır.

Read Previous

Azərbaycanda dəbdəbəli qəbirüstü abidələr yaradanlara xəbərdarlıq

Read Next

MƏRHƏMƏTİN HƏDDİ YOXDUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.