• 02 İyul 2020

İNSANIN FİTRƏTİ DƏYİŞƏ BİLƏRMİ?

İnsan mizacı və fitrəti nədir, dəyişirmi, insan şəxsiyyəti ilə əlaqələri nədir  və buna bənzər suallara cavab tapmaq çox önəmlidir, çünki insan adlanan varlığın sirlərlə dolu yaradılışında bu kəlmələr əsas yer tutur. Ərəb dilindən dilimizə keçən və “qarışıq” mənasına gələn “mizac” sözü insan təbiəti, insan xüsusiyyəti kimi mənalarda işlədilir. “Fitrət” sözü də ərəb dilindən dilimizə keçib və “yaradılış”, “təbiət” kimi mənalara gəlir. Görəsən qarışıq mənasına gələn insan mizacının tərkib hissələri nələrdir?

Rəbbimiz belə buyurur.  “Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq”(İnsan 2). İnsanın təməl mayası olan qarışıq nütfə eyni zamanda mizac kimi bir çox həm bilinən, həm də bilinməyən xəzinələr daşıyır.

Mizacın tərkibində mövcud olan qarışıq xəzinələrdən bəziləri:

  • Əsmaü-l hüsna təcəllisi (Bəqərə 31)
  • Təqva və günaha meyil (Şəms 8)
  • Ümmühat-ı ərbəa toxumları (su, torpaq, atəş, hava)
  • Ahlat-ı ərbəa toxumları (qan, bəlğəm, sarı səfra, qara səfra)
  • Sülalədən süzülən genlər.
  • İstedadlar, qabiliyyətlər (İsra 84)….

Sadaladığımız “xəzinələr”in miqdarı və insana təsirləri Rəbbimiz tərəfindən xəlq edilir. Mizacımızdakı hər bir tərkibin öz miqdarı var(Rad 8), həm də insana verdiyi təsirlər də fərqlidir.

Mizacın tərkibindəki qarışıqlar  Rəbbimiz tərəfindən balanslı, sistemli və ən optimal şəkildə tənzim edilərək insana bəxş edilir ardınca bu mükəmməl quruluşda insan dünyaya gəlir (İnfitar 7). Rəbbimiz Tin surəsində belə buyurur:  Biz insanı ən gözəl biçimdə yaratdıq. Rəbbimizin buyurduğu “ən gözəl biçim” əslində fitrətdir. Hədisdə uşaq fitrət üzrə doğular buyrulur. Qısacası; Fitrət, insan mizacındakı tərkibin ahəng tapmış və mizana düşmüş halıdır. İnsan mizacı vehbidir yəni ona bəxş edilmişdir. Mizacın əsli dəyişməz sadəcə fərqli şəkillərə bürünürMizacın fərqli şəkillərdəki təzahürü insan şəxsiyyətini əmələ gətirir. Mizacın ahəng halı (fitrət) elə məhz nəfs-i mütmainnə məqamıdır. Yaradılışdakı bu ahəng və mizanı pozmayın buyurur Rəbbimiz Rəhman surəsi  8-ci ayətdə, çünki mizan (fitrət) pozulduğunda fəsadlar üz verir. Rəbbimiz mizacımızdakı ahəngi, mizanı qoruyaraq məsud olmağımız üçün İslama sarılmağımızı istəyir.      

Rəşad Manafov

islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 12 dəfə.

Müşfiq Xəlilov

Read Previous

QARDAŞLIĞIN DAHA BİR NÜMUNƏSİ: BAKININ TƏŞƏBBÜSÜ İLƏ AZƏRBAYCAN-TÜRKİYƏ HAVA MƏKANI AÇILIR

Read Next

Məsuliyyətli bir ata ola bilmək