• 29 Mart 2024

İntihar edən kimsənin cənazə namazı qılınarmı?

intiharİslam alimləri intiharın böyük günah olduğu və intihar edənin dindən çıxmadığı məsələsində həmfikir olmuşlar. Bu səbəbdən intihar edənin cənazəsinin digər cənazələr kimi yuyulub, müsəlmanların qəbiristanlığına dəfn edildiyi məsələsində də həmfikir olmuşlar.

Lakin cənazə namazının qılınıb-qılınmadığı məsələsində isə fikir ayrılığına düşmüşlər. Belə ki, Hz. Peyğəmbərimizin (s.ə.s) intihar edənin cənazə namazını qılmamasını (Müslim, Cənaiz, 107) dəlil gətirən bəzi alimlər intihar edənin cənazəsinin qılınmadığı qənaətinə gəlmişlər. Ancaq alimlərin əksəriyyətinə görə, Hz. Peyğəmbərin (s.ə.s) cənazə namazını qılmamasının səbəbi başqalarını intihardan çəkindirmək və intiharın Allah dərgahında nə qədər böyük günah olduğunu vurğulamaq idi. Ona görə də, intihar edənin cənazə namazı da fərzi-kifayə olduğu üçün, qılınmalıdır. Bundan əlavə, əgər intihar edənin cənazə namazı qılınmasaydı, Hz. Peyğəmbərimiz (s.ə.s) orada olan əshabələrinə də cənazə namazı qılmağa icazə verməzdi. Onlara mane olmadığına görə qadağan edilməmiş hesab olunur.

Mənbə:irfandergisi.com

Read Previous

Azərbaycan Ordusu şəhid verdi

Read Next

Üzərində qul haqqı olan adamın cənazə namazı qılınarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.