• 22 Sentyabr 2020

İntihar etmək

Can sahibinin əmanətidir. Ona görə də insan həyatı özünün şəxsi mülkü deyil. Allahın ina verdiyi bir əmanət və ətasıdır. Onu dirildən də, öldürəcək olan da Allahdır. Uca Allah deyir:

“Həqiqətən, dirildən də, öldürən də bizik, (hər şeyə) varis olan da bizik! (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da bizik!)[1]

Hər kəs bu anlayışla varlığını qorumalı və inkişaf etdirməlidir. Quranda deyilir: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir- birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”[2] Bu ayəyə görə insanın həm maddi, həm də mənəvi cəhətdən öz həyatına qəsd etməsi yol verilməzdir. İstər başqasının, istərsə də öz həyatının yaşama haqqına müdaxilə etməsi qadağandır. Ona zülm etməsi də qadağandır. Hətta ibadət qəsdi ilə də olsa, bədəni taqətdən salmaq olmaz.[3]

İslama görə ölümü təmənni etmək də xoş görülmür. Həzrət Peyğəmbər (s.ə.s) məcburriyyət qarşısında qalan biri üçün belə bir dua ilə təsəlli tapmasını tövsiyyə etmişdir: “Ey Allahım! Mənə yaşamaq məsləhətdirsə məni yaşat! Haqqımda ölüm daha xeyirlidirsə mənim canımı al!” “İntihar edənə cənnət haramdır”[4] Həzrət Peyğəmbər (s.ə.s) bıçaqla intihar edənin meyit namazını qıldırmaq istəməmişdir. Ancaq əksər alimlərə görə, Peyğəmbər intihar hadisəsini xoş görmədiyi üçün belə davranmışdır. Belə birinin günahı, əzabı və hesabı Allaha aiddir. Bizə qalan ona qarşı son vəzifəmiz olaraq namazını qıldırmaqdır.[5]

İnsan qarşılaşdığı çətinliklərə və xəstəliklərə qarşı səbrli, təmkinli və dözümlü olmalıdır. Hər bir çətin şəraitə qarşı çıxış yollarını tapmalı və mübarizə aparmalıdır. Həyatdan və mübarizədən qaçmamalı, məsuliyyət hissi ilə yaşamalıdır. Peyğəmbər (s.ə.s) buyurur: “İntihara təşviq edən, cənnətə Allahın rəhmətindən məhrum qalar, cəhənnəmdə əzaba düçar olar.”[6]


[1] Hicr, 15/23

[2] Bəqərə, 2/195

[3] Vecdi Akyüz, Hayatın içinden fıkıh, İstanbul 1995, s 146

[4] Buxari, Cənaiz, 84; Müslim, İman, 178

[5] Askalani, Buluğul-Meram, (trc: A.Davudoğlu), İstanbul,1970, ll/276

[6] Buxari, Qədər 5

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 9 dəfə.

Fərahim Əzizov

Read Previous

Fitrə və Mahiyyəti

Read Next

FACEBOOK MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ: BİZİM DƏ GÜNAHIMIZ VAR