• 28 Mart 2024

İŞİD-in misirli komandiri 4 milyon dollar “zəkat” pulunu götürərək, Suriyadan qaçıb

isid“İslam Dövləti” (İŞİD) terror təşkilatının “Əbu Ubəyda” ləqəbli misirli komandiri Suriyanın Dirazzur şəhərində yığılan və ümumi məbləği yerli valyuta ilə təxminən 1 milyard funt (təxminən dörd milyon dollar) olan pulu götürərək, ölkədən qaçıb.

Suriya mətbuatının verdiyi xəbərə görə, sözügedən məbləğ Dirazzur əyalətinin İraqla sərhəddə yerləşən və neftlə zəngin olan əl-Məyadin şəhərinin tacirlərindən və sahibkarlarından zəkat adı altında yığılıbmış.

Əbu Ubəydanın Dirazzurun ətraf bölgələrində “Zəkat Divanı”nın rəhbəri olduğu bildirilir.

Bildirək ki, bundan əvvəl Dirazzurda İŞİD-in Səudiyyə Ərəbistanından olan “qazı”sı da yerli əhalidən müxtəlif bəhanələrlə yığılmış külli miqdarda pulu götürərək, qaçmışdı.

Qeyd edək ki, İraq və Suriya mənbələri son həftələr İŞİD liderlərinin kütləvi qaçışları barədə müxtəlif xəbərlər verirlər.

mənbə:

Read Previous

Müsəlmanlardan Putinə məktub

Read Next

Peyğəmbərimiz (səv) bir daha gəlsəydi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.