• 19 Mart 2024

İslamda Borc.

   Əziz müsəlmanlar, Bu günkü xütbəmzin mövzusu  borc alıb-vermək haqqında olacaqdır. Düzdür bu mövzudan bəhs etmiştik. Ancaq məsələ çok aktual olduğu üçün və bir çox qardaşların xahişini nəzərə alaraq bu mözvuya yenidən touxunmaq qərarına gəldik.

 Uca Allah bütün insanları bir-birlərinə möhtac olaraq yaratmışdır. Malı, mülkü, vəzifəsi və rütbəsi nə olursa olsun, hər insan başqasına möhtacdır. Bu baxımdan sıxıntı içərisində olan  bir müsəlmanın, sıxıntısının ortadan qalxması üçün imkanlı bir kimsədən borc alması təbii bir haldır. Elə isə gəlin görək borc haqqında İslamın görüşü necədir. Hər mövzuda söz söyləyən   islam təbii ki, borc alıb-vermək haqqında da bəhs etmişdir. Məsələn, Uca Allah bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın!”[1] Ayədən də başa düşüldüyü kimi birisinə borc verdiyimiz zaman, daha sonra bir problem çıxmaması üçün yazmağımız lazımdır.  İnsan oğlu unutqan varlıqdır. Yaşımızdan asılı olmayaraq bəzən keçmişdə baş vermiş bir hadisəni unudur və ya qarışdıra bilərik. Bu səbəblə yazmağa ehtiyac yoxdur yadımdan çıxmaz kimi ifadələrlə özümüzü arxayın etməyək.  Borcları yazaq və ya şahid tutaq.

Bir möminin, çətinlik içərisində olan bir mömin qardaşına borc verməsinə Qurani-Kərimdə qarzi həsənə deyilir. Belə ki Uca Allah bu barədə belə buyurur:

“Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.”[2]

“Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!”[3]

Möhtərəm möminlər, bu ayələrdən də başa düşüldüyü kimi darda qalan, sıxıntı içərisində olan kimsələrə Allah rizası üçün borc vermək, onların sıxıntısını ortadan qaldırmaq böyük savabdır. Cənnətə getməyə vasitə olan bir əməldir. Ancaq  bütün bunlarla bərabər borc alan kimsədə borcunu geri qaytarma xüsusunda diqqətli olmalıdır. Borcunu geri qaytarmağa imkanı olduğu halda qaytarmayan və ya gecikdirən kimsələr haqqında Peyğəmbərimizin (səs)  bir çox hədisi şərifləri vardır. Onlardan bəzilər bunlardır: “(Borclunun) borcunu qaytarmağa imkanı olduğu halda üzürsüz olaraq borcunu geciktirməsi zülmdür”[4] Yəni bu hərəkəti ilə O, həm borc verənə maddi olaraq zülm etmiş olur həm də  özü-özünə zülm etmiş olur. Belə ki, bu əməli ilə O kimsə oğurluq etmiş kimi günah qazanır. Necə ki, başqa bir hədisi-şərifdə Rəsulullah (səs) buyurur.  “Kim (daha sonra) geri qaytarmamaq niyyətiylə borca girərsə , Allahın hüzuruna oğru olaraq çıxar.”[5]

  Möhtərəm qardaşlar, borcun ödənməsi mövzusu o qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz (səs) borcu olan birinin cənazəsi gətirildiyində onun cənazə namazını qılmaz, ancaq bir adam onun borclarını ödəməyi üzərinə alarsa o zaman namazını qılardı.[6] Borc verən kimsələr aşağıdakı bu maddələrə  diqqət etməlidirlər. 

1. Borc verən kimsə borcu sırf Allah rizası üçün, mömin qardaşının sıxıntısını aradan qaldırmaq niyyətiylə verməlidir.

2. Borc verən kimsə, borclunu çox sıxışdırmamalıdır. Əgər borclu həqiqəqtən borcunu geri qaytara bilmirsə ona möhlət verməlidir.

3. Borc verən varlı, borc alan isə kasıbsa və borcunu ödəmə imkanı yoxdursa borc verən alacağını sədəqə yerinə sayması çox yaxşı olar. Ayədə buyurulur:

“Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”[7]

4.  Borc verən borclunu incitməməlidir. Borcunu başa qaxmamalıdır.

Borc alan kimsənin diqqət edəcəyi xüsuslar isə bunlardır:

1. Çox zəruri olmadıqca borca girməməlidr.

2. Ancaq zəruri ehtiyaclar üçün borc almalıdır.

3. Aldığı borc pulu lüks və israf sayılacaq işlərdə sərf etməməlidir.  

4. Aldığı borcu geri qaytarmaq üçün işləməli, tənbəllik etməməlidir.

5. Borcunu gecikdirməməlidir. İmkann varsa dərhal verməlidir.  Əziz möminlər, xütbəmə bir hədisi-şəriflə son verirəm: “Kim geri qaytarmaq niyyətiylə insanlardan borc mal alarsa,  Allah o borcun ödənməsinə yardımçı olar. Kim geri qaytarmamaq niyyətiylə insanlardan bir borc mal alarsa,  Allah da onun aldığını məhv edər.”[8]

1. İyul  2011 / 29  Rəcəb 1432

Islamda borc

 

[1] Bəqərə, 282.

[2] Bəqərə, 245.

[3] Hədid, 11.

[4] Buxari, Müslim, R.S. Tərc. C. 3, səh. 181, Nö: 1642.

[5] İbn Hıbban, Kütüb-i Sittə, (Hədis Ens.) C. 17, səh, 296, No: 749.

[6] Tirmizi, Cənaiz, 68.

[7] Bəqərə, 280.

[8] Buxari, İstiqraz, 2.

Read Previous

MERAC VƏ NAMAZ

Read Next

Cümə günü və namazı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.