• 29 Mart 2024

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (birinci hissə)

topsevfi
Yaşadığımız cəmiyyət düyanın bir parçası olaraq surətlə bütün dəyərləri, o cümlədən əxlaqi, mədəni dəyərləri tərketməkdədir. İtirilən və ya deformasiyaya uğrayan əxlaqi dəyərlərin başında cinsi əxlaq yəni qadın-kişi münasibətlərini müəyyən…

…edən mənəvi dəyərlər gəlməkdədir. İndi sizə təqdim etdiyimiz məqalə (Vədat Aydın “Əxlaq dərsləri” kitabından, İstanbul, Dəngə yayınları) bu məsələni müəyyən yönləri ilə əhatə etməkdədir. Bu sahədə Azərbaycanımızda ciddi problemlərin olması səbəbi ilə zənimizcə bu yazı oxuyanlara maraqlı olacaqdır.

A)Çılpaqlıq

Örtünmənin ziddi olan çılpaqlıq hər növ cinsi təhrik və günahların qaynağıdır. Necə ki, bir meyvənin qabığını soyaraq ortaya qoyduqda tezcə xarab olması qaçınılmazdır. Əlbəttə, bu mövzunu cinsi azadlıq kimi ələ alıb kim necə istəyirsə elə geyinsin, örtünmək necə qadının şəxsi işidirsə çılpaq gəzmək də eləcə onun öz işidir deyənlər də vardır. Demək ki, bu məsələni məntiqi olaraq izah etmək lazımdır.
Örtünmənin tarixinə nəzər saldıqda İslamdan əvvəl də qadınların örtündüyünü görməkdəyik. Ancaq örtünmənin qəti olaraq əmr edilməsi İslamın zühuru ilə birlikdə olmuşdur. İslam gəlmədən öncə cahiliyyət dövrünün ərəbləri arasında fühuş və əxlaqsızlıq geniş miqyasda yaşanmaqda idi. Fəqət İslamın Hicabı əmr etməsi sadəcə olaraq çılpaqlıq səbəbi ilə cinsi təcavüzlərin qarşısını almaq üçün deyildi. Cahil ərb cəmiyyətindəki fühuş və zinaya hicab sayəsindəmi son qoyuldu? Hicab tək başına cinsi təcavüzlərin ümumilikdə qarşısını almaq üçün bəs etməz. Hicabın təməl fəlsəfəsi insan fitrətindəki cinsi istəyin hərəkət sahəsini məhdudlaşdırmaq və zinaya təhrik edici səbəbləri ortadan qaldırmaqdır. Örtünmənin qadınlara məxsus olmasının təməlində onların təbiətində bəzək və özünügöstərməyə istəkli olmaları dayanmaqdadır.
Günümüzdə cinsi təcavüzlərin səbəbini təşkil edən əsas ünsür çılpaqlıqdır. Gəncləri erotizm tələsinə düşürən çılpaqlıq cinsi azadlıq şüarları ilə qanuni, təbii hala gətirilməyə çalışılmaqdadır. Hətta daha da irəli gedilərək çılpaq olmanın mədənilik və irəlidüşüncəliliyin ölçüsü halına gətirilməsi görülməkdədir. Çılpaqlığı müasirliyin vazkeçilməz şərti sayanların dəlilləri nələrdir? Bu gün çılpaqlıq nəticəsində ortaya çıxan mənzərə belə bir irəliçiliyin əsl mahiyyətini bizə bildirməkdədir.
Bildiyimiz kimi bir cəmiyyəti ayaqda tutan əsas dəyərlər onun malik olduğu inanc və əxlaq normalarıdır. Ancaq belə bir cəmiyyətdə yetişən fərtlər sabahlarına ümidlə baxa bilərlər. Heç bir ölçü və dəyər tanımayan, ailə bağlarını məhv edən gənclər xoşbəxtliyi narkomaniyada, gecə barlarında, zinada axtarmaqdadır. Bu aldadıcı həyatın burulğanına düşənlər həmişə peşiman olduqlarını dilə gətirməkdədirlər. Bu səfil həyatının insana xoşbəxtlik qazandırmayacağını yaşadıqca dərk edələrin sayında sürətli yüksəliş vardır.
Qərbli insanların belə xilasın ancaq ailə həyatında olduğunu görməyə başladığı günümüzdə müsəlman cəmiyyətlərin çılpaqlıq, fühuş zina kimi zəlalətlərə mübtəla olması həqiqətən düşündürücüdür. Əxlaqdankənar proqramlarla hətta Qərb yayın orqanlarını belə geridə qoyan yerli informasiya vasitələri ədəbsiz proqramları ilə cəmiyyətimizdə tüğyan etməkdədirlər. Televiziya və kinoteatrlar əxlaqsız filmlərlə dolmaqdadır. Bunlardan ən çox təsirlənən uşaqlar və gənclər olduğu üçün məsələ çox ciddidir. Buna görə müəllimlər və ailələr bu məsələdə uşaqlarının təlim-tərbiyəsinə ciddi fikir verməlidirlər.

(Davamı var)

Read Previous

Türkiyə Qanada Afrikanın ən böyük məscid kompleksini inşa edəcək

Read Next

Zahidlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.