• 19 Mart 2024

İslamın ilk müəllimi kimdir?

islamin_ilk_muallimiiMədinəli yeni müsəlmanlar, Rəsulullah (səllallahu əleyhi və səlləm)-ə bir məktub yazaraq İslamı öyrənmək, Quranı Kərim oxumaq, və onlara namaz qıldırmaq üçün özlərinə bir müəllim göndərilməsini istədilər. Peyğəmbər əfəndimiz (səv)-də Musab (ra)-ı Mədinəyə göndərdi.
Əfəndimiz (səv), Musab (radiyallahu anh) ilə birlikdə ilk iman edənlərdən biri olan Abdullah bin Ümmi Məktumu da Mədinəyə Quran öyrətməsi üçün göndərmişdi.
Musab bin Umeyr (radiyallahu anh), çox gənc yaşda İslamı qəbul etmiş, ailəsinin ona ağır işgəncələr vermələrinə, hətta mirasdan məhrum etmələrinə baxmayaraq dinindən dönməmişdi. Çünki o, zahirən kasıb və qərib olsa da, daxilən imanın eşq və həyəcanı ilə dolu zəngin bir könülə sahib idi. İslamın yayılması və çoxalması üçün əlindən gələni heç əsirgəmirdi.
Necə ki, Musab (ra)-ın Mədinəyə gedişiylə İslam, orada yaxşıca inkişaf etdi. Peyğəmbər Əfəndimiz (səv)-in təbliğlə vəzifələndirdiyi bu gənc səhabə, insanlara Allahın dinini öyrətmək üçün gecəsini gündüzünə qataraq işə başladı. Musab (ra)-ın zəhmətinin bərəkəti ilə müsəlman olan ilk bəxtiyarlardan Əsad bin Zürarə (radiyallahu anh), Onu evində qonaq edir və bütün işlərində Ona kömək edirdi.
O, bir gün Musab (ra)-la birlikdə Zəfəroğullarının bağçasındakı quyunun başına oturdu. Abdüləşhəl oğullarının tanınmışlarından Sad bin Muaz, bunu eşidincə Üseyd bin Hudayra:
“-Sən işini yaxşı bilən və heç kimin köməyinə möhtac olmayan bir adamsan. Zəif və möhtac insanlarımızın inanclarını pozmaq üçün məhləmizə gəlmiş olan bu adamların yanına get və onlara xəbərdarlıq et ki, bir daha məhləmizə gəlməsinlər! Əsad mənim qohumum olmasaydı, bu işi özüm edərdim.” Dedi.
Üseyd, mizrağını götürüb oraya getdi və çox hirsli bir şəkildə:
“-Siz nə üçün buraya gəldiniz? Bu yanındakı əcnəbini, zayıflarımızın inanclarını pozması üçün sən gətirmisən?! Bir daha əsla belə bir şey cəhd etmə! Əgər canınızı sevirsinizsə tez buradan gedin!” Dedi.
Fərasətli və bəsirətli bir səhabə olan Musab (ra) Ona:
“Bir az oturub söyləyəcəklərimi dinləyə bilərsənmi? Sən ağıllı bir insansan, sözlərimi bəyənsəm qəbul edərsən, bəyənməsən qəbul etməzsən.” Dedi.
Üseyd:
“-Çox yerində və düzgün bir söz söylədin!” Dedikdən sonra, mizrağını yerə batırıb onların yanlarında oturdu. Musab, Ona İslamı anladaraq Qurani Kərim oxudu.
Üseyd, Quran Kərimi dinlədiyi zaman, daha danışmağa başlamamışdan üzündə İslamın nuru parladı və ürəyi İslama yumşaldı. Qurani Kərim haqqında da:
“-Bu nə gözəl, nə uca bir kəlamdır! Siz bu dinə girmək istədiyiniz zaman nə edərsiniz?” Dedi.
Üseyd (ra) qalxıb, Həzrəti Musab və Esad (ra)-nın təlimatı üzrə gusl etdi, paltarlarını təmizlədi və kəlimeyi şəhadət gətirdi. Sonra da iki rükət namaz qıldı və:
“-Məni gözləyən elə bir adam var ki, əgər o sizə tabe olarsa, qövmündən heç bir kimsə ona müxalif etməz. O, Sad bin Muazdır! Mən indi onu sizin yanınıza göndərərəm!” Dedi.
Sad, hirsli bir halda yanlarına gəldi. Lakin O da Həzrəti Üseyd kimi Musab (ra)-ı dinləyərək müsəlman oldu. Sonra qəbiləsinin yanına gedərək:
“-Ey Abdüləşhəl oğulları! Məni necə tanıyırsınız? “Deyə soruşdu. Onlar:
“-Sən bizim seyidimiz, ağılda ən üstünümüz və reisimizsən.” Dedilər.
Bunun üzərinə Sad (radiyallahu anh):
“-Siz Allaha və Rəsuluna iman edənə qədər, kişi və qadınlarınızla danışmaq mənə haram olsun.” Dedi.
O gün axşama qədər bu qəbilədən müsəlman olmayan heç kimsə qalmadı. (İbn-i Hişam, II, 43-46; İbn-i Sad, III, 604-605; İbn-i Əsir, Üsdül-Ğabə, I, 112-113)
Həzrəti Musab (radiyallahu anh) Səlimə oğullarının şərəflisindən olan Amr bin Cemuhu da İslama dəvət etdi. Ona Yusuf Surəsinin ilk səkkiz ayəsini oxudu. Amr düşünmək üçün bir az möhlət istədisə də heç cür qərar verə bilmədi. Bunun üzərinə Amrin daha əvvəllər müsəlman olan oğlu Muaz, qəbiləsindəki müsəlman gənclərlə birləşərək, bir gecə atasının bütünü gizlicə yaxınlıqdakı zibil quyusuna atdılar. Səhər bu halı görən Amr, dəhşət içərisində qalaraq bütünü quyudan çıxartdı və təmizləyib gözəl qoxular sürərək onu əvvəlki yerinə qoydu.
Oxşar hadisə bir neçə gün daha təkrarlanınca, büt, öz-özünü müdafiə etsin deyə onun boynuna öz qılıncını asdı. Ertəsi gün Amr öz bütünü təkrar quyuda görüncə, ibadət etdiyi cansız əşyanın heç bir şeyə yaramadığını, onun özünü belə qorumaqdan aciz olduğunu anladı və şirk qaranlığından İslamın nurlu sabahına oyandı. İçində olduğu dəlalətdən, özünü Peyğəmbər (səv) vasitəsiylə qurtaran Allaha şükür etdi. Daha sonra da qövmünü islam dininə girmələri üçün onlara dini təbliğ etdi.
İslamın Mədinədə belə gözəl şəkildə qəbul edildiyini xəbər alan Allah Rəsulu (səllallahu əleyhi və səlləm) və Məkkəli müsəlmanlar, son dərəcə sevindilər. Belə ki, o ilə, “sevinc ili” adını verdilər. Çünki Mədinə, İslamın beşiyi olmağa hazır hala gəlirdi.
Peyğəmbər (səv) əfəndimiz, belə buyurmuşdur:
“Ölkələr qılıncla fəth edildi, lakin Mədinə Quranla fəth edilmişdir.” (Bəzzar, Müsnəd, no: 1180; Rudani, no: 3774)
Həzrəti Əli (ra) belə rəvayət edir:
“Biz Peyğəmbər (səllallahu əleyhi və səlləm) ilə birlikdə məsciddə oturmuşduq. Musab yanımıza gəldi. Üzərində kürk parçalarıyla yamanmış bir əbadan başqa heç bir şey yox idi. Allah Rəsulu onu görüncə, Məkkədəki nemətlər içində yaşadığı halıyla indiki halını düşünərək ağladı. Sonra da belə buyurdu:
“-Biriniz səhər ayrı, günorta ayrı paltar geydiyi, önünə bir qabın qoyulub o birinin götürüldüyü, evlərinizin Kəbənin örtüldüyü kimi örtüyə büründüyü zaman halı necə olar!”
“Ey Allahın Rəsulu, təbii ki halımız o gün bu günkündən daha yaxşı olar. Çünki o zaman dolanışıq sıxıntımız olmaz, özümüzü tamamilə ibadətə verərik.” Dedilər.
Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurdu:
“-Tam əksinə! Bu gün siz o günkündən daha xeyirli vəziyyətdəsiniz.” (Tirmizi, Qiyamət, 35/2476)
Üseyd (radiyallahu anh), gözəlliyini ilk anda fərq etdiyi kəlamullahı həyatı boyunca böyük bir eşq və həyəcan içində oxumağa davam etmişdir. Necə ki özü belə deyir:
“Bir gecə Bəqərə surəsini oxuyurdum. Atım da yanımda bağlı olduğu halda dayanırdı. Birdən at kişnəməyə və şaha qalxmağa başladı. Oxumağı saxladım, at sakitləşdi. Təkrar oxumağa başladım, at yenə şahlandı. Hətta oğlum Yəhyanı, atın çiynəməsindən qorxaraq yanıma aldım. O əsnada səmaya baxdığımda üzərimdə yanan şamlara bənzər bir şeylər olduğunu gördüm. Sonra onlar göyə doğru yüksəlib gözdən itdi. Səhər, olub bitəni Rəsulullah (səllallahu əleyhi və səlləm)-ə anlattığımda mənə:
“-Oxu Ey Üseyd, oxu!” Buyurdu.
Və sonra:
“-Ey Üseyd! O gördüklərinin nə olduğunu bilirsənmi?” Deyə soruşdu.
“Xeyr.” Dedim.
Allah Rəsulu “səllallahu əleyhi və səlləm”:
“-Onlar, Sənin Quran tilavətini dinləməyə gələn mələklər idi. Əgər sən oxumağa davam etsəydin, səhərə qədər səni dinləyəcəkdilər. O mələklər, insanlara gizli qalmayacaq, insanlar da onları görebiləcəkdi.” Buyurdu. (Buxari, Fədailul-Quran, 15)
Aişə (ra) belə nəql edir:
“Üseyd bin Hudayr (ra) ən fəzilətli səhabələrdən idi. Hər zaman belə deyirdi:
“Əgər həmişə bu üç haldan biri üzərə olsaydım, heç şübhəsiz ki, cənnət əhlindən olardım: Qurani Kərimi oxuduğum və ya oxunan Quranı dinlədiyim zaman, Peyğəmbərimizin xütbələrini dinlədiyim zaman və bir cənazə gördüyüm zaman. Bəli, nə zaman bir cənazə görsəm ona ediləcək olanları özümə ediləcəkmiş kimi, onun getdiyi yerə özüm gedirmiş kimi düşünərəm.” (Hakim, III, 326/5260)

Mənbə:islamveihsan.com

Read Previous

Qafqazın ən hündür minarəli məscidi AZƏRBAYCANDADIR

Read Next

Dünyada və Azərbaycanda boşanmalar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.