• 25 İyun 2019

İslamın Novruz Bayramına münasibəti necədir.

Bilindiyi kimi “novruz” fars sözü olub yeni gün deməkdir. Bu bayram qədim atəşpərəst farsların bayramı idi ki,  onlara yaxın olan millətlərə də sirayət etmişdir. Belə ki farslarla yaxın olan türk xalqlarının bəziləri,  kürdlər də bu bayramı qeyd edərlər. Hətta ərəblərin belə bu bayramı cahiliyyət zamanı keçirməsinə dair rəvayətlər vardır.
Hz. Ənəs rəvayət edir ki, Rəsulullah (s) Mədinəyə gəldiyi zaman mədinəlilərin iki bayram günləri var idi. O günlərdə şənlik edib əylənərdilər. Rəsulullah onlardan soruşdu “Bu iki günün mənası nədir?” Onlar dedilər: “Biz cahiliyyə zamanında bu günlərdə əylənərdik” Buna cavab olaraq Rəsulullah (s) buyurur: “Allah bu iki bayramınızı daha xeyirli iki günlə əvəz etdi – Qurban bayramı və orucluq bayramı” (Əbu Davud, Nəsai).
Bu iki günün Mihrican və Novruz bayramı olduğunu mühəddislər qeyd etməkdədirlər. Mihrican  sentyabr ayının 21 –ə, novruz isə mart ayının 21-ə düşməkdədir. Bu günlərdə gecə və gündüz bərabərləşməkdədir. Günəş ilahi mahiyyətə sahib olduğu farslar bu günləri bayram edərdilər. Onların bu halı münasibətdə olduğu xalqlara da keçmişdi.
Yuxarıdakı hədisdən də göründüyü kimi müsəlmanların ancaq iki bayramları vardır. Bunlar da orucluq və qurban bayramlarıdır. Bu baxımdan novruz bayramının İslamla heç bir əlaqəsi yoxdur. Bu gün vətəndaşlarımızın keçirdiyi Novruz sadəcə milli bir gündür.
Ancaq bununla bərabər bu gündə bəzi adətlər var ki, onlar həqiqətən məcusilik (atəşpərəstlik) dininin qalıqlarıdır. Bu kimi məsələlərlə zarafat etmək olmaz. Məsələn bunlardan biri də novruz ərəfəsindəki müəyyən günlərdə ocaq yandırıb üstündən atlanmaqdır. Bəlkə də kimə isə bu folklor və milli adət-ənənə təsiri bağışlayır və onu elə təqdim edirlər. Ancaq bilməliyik ki, bu məsələ İslamın təqdim etdiyi tövhid əqidəsinə uyğun deyil. Tonqal yandırmaq və onun üstündən atlanıldığı təqdirdə dərd-bəlanın dəf olacağına inanmaq İslami əqidəyə ziddir. Bu kimi məsələdə dini İslami ehkamlara yanaşmamaq şəxsi  etiqadi uçuruma aparar. Və ya Novruzdakı qapı pusmaq adətini götürək. Bu da eyni zamanda qeybi bilmə məqsədi ilə edilir. Qeybi tərəfi bir yana, əvvəlcə bilməliyik ki, belə bir hərəkət (başqasının evini pusmaq) müsəlmanın əxlaqına ziddir. Allah Quranda “valəə təcəssəsuu” – yəni,
“Bir-birinizi təcəssüs etməyin – (gizli tərəflərini araşdırmayın)” (Hucurat 12) – buyurur.
Eyni zamanda bu günahla daha dəhşətli bir günaha qapı aralamaqdadırlar. Bu əməllə başlarına gələcək qeybi hadisələri biləcəklərinə inanırlar ki, bu ciddi əqidəvi xətadır.
De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml 65)Papaq atmaq da imkansız insanları pis vəziyyətə qoymaq baxımından xoş olmayıb müsəlman əxlaqına uyğun deyil. Nə tonqal, nə səməni, nə qapı pusmaq heç bir şey ilahi gücə malik deyil və bunlara inanmaq insanı zəlalətə sürükləyər.
Bu baxımdan bir müsəlmana novruz adı ilə tonqal yandıraraq üstündən atlamaq,  həmin gün qapı pusmaq və digər atəşpərəst əməllərini yerinə yetirmək caiz deyil.
“İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam 82)“
Allah bizi haqq yolundan ayırmasın.

 

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 642 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Qızımı məktəbə başıörtülü getməyə qoymurlar. Nə edim?

Read Next

Xurafatlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.