• 29 Mart 2024

İsrail Qəzzaya raket zərbələri endirib

qazze-hava-657-azmusHücum nəticəsində ölən və yaralanan olmayıb.

Ötən gecə İsrail ordusu Fələstinin Qəzza zolağına havadan raket zərbələri endirib. HƏMAS hərəkatının açıqlamasında hücum nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib.

“Röyters” informasiya agentliyinin HƏMAS hərəkatının mənbələrinə istinadən bildirdiyinə görə, İsrail qırıcıları zolağın şərqindəki ət-Tüffah məhəlləsinə və Beyt Lahiyə səmtindəki boş ərazilərə raket zərbələri endirib. Hadisə şahidləri işğalçı rejimin hücumu zamanı itki verilmədiyini bildiriblər.

İsrail tərəfi hücumla bağlı açıqlama verməyib. Qeyd edək ki, bu, ötən il noyabr ayının 21-də fələstinli qruplar ilə İsrail arasında atəşkəs elan olunmasından sonra işğalçı rejimin zolağa ilk hücumudur.

 

 

 

 

/azerimuslims/

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.