• 28 Mart 2024

İsraildə Əhməd Kadırov məscidi tikilir

52386İsraildə Əbu-Qoş adlı ərəb kəndində Çeçen Respublikasının mərhum prezidenti Əhməd Kadırovun adına məscid tikiləcək.

ANS PRESS “Reuters”ə istinadən bildirir ki, məscidin tikintisinə Çeçenistandan dəstək verilir və bu kəndin Şimali Qafqazdakı respublika ilə tarixi əlaqələri var. Əbu-Qoş sakinləri iddia edirlər ki, onların babaları 5 əsr qabaq Osmanlı zamanında Fələstinə yerləşmiş çeçenlərdir. 1948-ci ildə onların torpaqlarında İsrail dövləti yarandıqdan sonra Əbu-Qoş sakinləri yəhudilərlə saziş bağlayıblar.

Məscidin tikinti xərcləri təxminən $10 mln. təşkil edir. Onu Qafqaz memarlığı üslubunda tikirlər və 4 minarəli olacaq. Fələstində isə məscidlərin 1 və ya 2 minarəsi olur. Məscid Təl-Əvivlə Qüdsü birləşdirən əsas yolun üzərindədir.

Məsciddə 3 min mömin namaz qıla biləcək. Kənddə isə 6500 sakin var. Məsciddə bomba sığınacağı da var. Məscid iki xristian monastrın qonşuluğunda olacaq. Məscidin yanından keçən yolda Süleyman peyğəmbərin və İsa Məsihin izlərinin olduğu güman edilir.

Mənbə
ANS PRESS

Read Previous

NASA ayda turp əkmək fikrindədir.

Read Next

AY HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.