• 29 Mart 2024

İSTANBULUN FƏTH EDİLMƏSİNİN İLDÖNÜMÜDÜR

Osmanlı dövlətinin paytaxtı olmuş İstanbul şəhərinin Fateh sultan Məhməd xan tərəfindən fəth edilməsindən 567 il ötür.

İstanbul tarix boyu bir çox dövlətlər tərəfindən mühasirə altına alınsa da, bu şəhəri fəth etmək Fateh Sultan Məhmədə və onun əsgərlərinə nəsib olmuşdur.

İstanbulun alınması Osmanlı dövləti üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu səbəblərdən ilki, Hz. Muhammədin (SAV) buyurduğu, “Qonstantiniyyə əlbəttə fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, onu fəth edən əsgər nə gözəl əsgərdir.” – hədisidir.  

Osmanlı sultanı II Məhməd İstanbulu fəth etmək üçün mühasirə edəndə hələ 21 yaşı vardı. Gənc və qərarlı sultanın 6 aprel 1453-cü ildə şəhəri mühasirə etməyə başlaması ilə döyüş də başladı. II Məhməd İstanbul (Bosfor) boğazının indiki Dolmabaxça sarayı sahilimdən gəmilərini quruya çıxardaraq Taksim təpəsinə çıxardı və oradan Halic sularına endirdi. 53 gün davam edən mühasirədən sonra 29 may 1453-cü ildə İstanbul fəth edildi.   

Tarixçilər, bu fəthlə orta əsrlərin bitdiyini, tarixdə yeni dövrün başladığını bildirirlər. Fəthdən sonra Bizansı tərk edərək İtaliyaya gedən alimlərin, burada intibah hərəkatının başlamasında da effektiv olduqları qeyd edilir.

islamveirfan.com

Read Previous

Həzrət Peyğəmbərin vəfatı

Read Next

FƏTHİN İL DÖNÜMÜNDƏ AYASOFİYADA FƏTH SURƏSİ OXUNACAQ