• 29 Noyabr 2020

KƏBƏDƏ VƏ MƏSCİDİ-NƏBƏVİDƏ TƏRAVİH NAMAZI BELƏ QILINACAQ

Məscidi-Haramda və Məscidi-Nəbəvidə təravih namazları məhdud sayda möminin iştirakı ilə qılınacaq. İslamveirfan.com xəbər verir ki, bu barədə Məscidi-Haramın imamlarından olan Abdurrəhman əs-Sudeys social şəbəkədəki səhifəsində məlumat yayıb. Sudeys hər iki məsciddə təravih və təhəccüd namazlarının camaatsız qılınmasına, həmçinin ramazan boyunca itiqafa girilməməsinə qərar verildiyini bildirib.

Yerli “Ukaz” qəzeti isə, Harameyn Nazirliyinin məmurları ilə hər iki məscidi dezinfeksiya edən işçilərin namazlarda iştirak edəcəyini, kunutlarda dünyanın bu müsibətdən xilas olması üçün dua ediləcəyini yazıb.

Xəbərlərdə həmçinin təravih namazlarının sadəcə 10 rəkat qılınacağı da yazılıb.   

Qeyd edək ki, Məscidi-Haram və Məscidi-Nəbəvinin olduğu Səudiyyə Ərəbistanı krallığında 10 484 nəfər kovid-19 virusuna yoluxub, onlardan 103 nəfər ölüb.

Mənbə: islamveirfan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 24 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ABŞ-DA VİRUSLA MÜBARİZƏDƏ HZ. MUHAMMƏDİN HƏDİSLƏRİ

Read Next

ORUCUN HÖKÜMLƏRİ