• 28 Mart 2024

Kərbəlanı Xatırladım, İçim Yandı, Qovruldu…

huseyin (ra)Məhərrəmliyin bu günləri… Islam tarixinin ən kədərli səhifələrinə şahidlik etdi. Və aşura günü, bütün Islam tarixinin ən böyük kədəri yaşandı.

Dünən Kərbəlanı Oxudum. Içim Yandı, qovruldu

Necə, necə, necə olur bütün bu işlər? Insanlıq necə olur ki, belə insanlığından soyunur, canavarların törədə biləcəyi bir vəhşəti törədər?

Islam dünyasında necə olur, Peyğəmbərin nəvəsi, nəvəsinin uşaqları, ac qurdlardan daha vəhşi bir topluluğun ox, mizraq, qılınc zərbələri altında can verirlər?

Fərat çayından bir damla su içmələrinə icazə vermədən həm də…

Həm də kəsilmiş başları mizraq uçlarına taxılıb gəzilir…

Insan deyilən varlıq  haralara sürüklənir belə?

Deyir ki, Allah Rəsulunun reyhan ətirli nəvəsi qarşısındakı peyğəmbər hüququndan azacıq nəsibli ola biləcəyini düşündüyü, Peyğəmbər xatirəsinə azacıq hörmət bəsləyə biləcəyini ümid etdiyi, ürək daşıdığını sandığı canavarlara:

“Ey insanlar! Soyumu söyləyin, mən kiməm? Sonra özünüzə gəlin, nəfsinizi qınayın. Baxın, məni öldürməyiniz, hörmət bəsləməməyiniz sizə caizdirmi? Mən, Peyğəmbərinizin qızının oğlu deyiləmmi? Mən, Peyğəmbərinizin varisi və əmisi oğlunun oğlu deyiləmmi? Mən, hər kəsdən əvvəl Allaha iman edən və Peyğəmbərin risalətini təsdiq edən şəxsin oğlu deyiləmmi? Seyyid-uş Şühəda olan Həmzə, atamın əmisi deyilmi? Cəfəri-Təyyar əmim deyilmi? Peyğəmbərin mənim və qardaşım haqqındakı: “Bu ikisi cənnət gənclərinin ağalarıdır” sözünü eşitməmisinizmi?

“Əgər sözümü təsdiq etsəniz, bu söylədiyim sözlər bir həqiqətdir. Allaha and olsun ki, Allah Təalanın yalançıya qəzəb etdiyini və uydurduğu sözün zərərini özünə qarşı çevirdiyini bildiyim gündən bəri yalan danışmadım. Əgər məni yalançı hesab edirsinizsə, indi müsəlmanların arasında Peyğəmbərin əshabından olan kimsələr var; bunu onlardan soruşsanız onlar sizə deyər. Cabir ibn Abdullahi-Ənsari, Əbu Saidi- Xudri, Səhl ibn Sadis-Saidi, Zeyd ibn Ərkam və Ənəs ibn Malikdən soruşun, öyrənin; şübhəsiz onların hamısı, Rəsulullahın mənim və qardaşımın (Həsənin) haqqında buyurduğu sözü duymuşdur. Bu sözlər, sizi qanımı dökməkdən yayındırmırmı?”

“Mən və qardaşım haqqında Peyğəmbərin buyurduğu bu sözdə şübhəniz varsa mənim Peyğəmbərinizin qızının oğlu olduğumda da şübhə edirsiniz? Allaha and olsun ki, şərq və qərb arasında (bütün dünyada), sizin və sizdən başqaları arasında da Rəsulullahın məndən başqa nəvəsi yoxdur. Çox təəssüflər! Görəsən öldürdüyüm adam və ya zərər vurduğum bir mal yaxud (sizə vurduğum) bir yara qarşılığındamı məni cəzalandırmaq istəyirsiniz?

“Ey insanlar! Allaha and olsun bundan sonra süvarinin miniyə minib meydanda gəzdiyi müddətdə dünyada qalarsınız. Bu sözü atam, cəddim Rəsulullahdan mənə nəql etdi. Bilin ki, Hüseynin ümidi ancaq uca Allahadır. Çünki həyatı Allahın qüdrəti əlində olmayan şəxs yoxdur.” Yox, yox, yox!

Ürəklər ürpərməz. ürəklərin içi boşalmışdır sanki… Orada, sinələrinin altında ürək yerinə bir qaya parçası vardır sanki…

Oxlar, qılınclar və mizraqlar danışır ürəklərin yerinə… qan danışır. Söz, vəhşiliyə verilib.

Həzrət Hüseyinlə birlikdə Mədinədən gələnlər bir-bir şəhid olurlar. Hər birinin şəhadəti ayrı bir dastandır. Onlardan biri Əbuzəri-Qiffarinin köləsi Cevndir. Cevn, Imam Hüseyinin huzuruna çıxaraq meydana girmək üçün icazə verməyini istəyir.

Həzrəti Hüseyin: “Ey Cevn, deyir, sən əminanamlıq və asayiş ümidiylə bizimlə buraya qədər gəldin; indi özün istəyən yolla gedə bilərsən.”

Cevn Həzrət Hüseyinin (ə.s) ayaqlarına qapanaraq belə deyir: Ey mənim imamım! Mən pis qoxulu, əsl-nəsli olmayan və rəngi qara bir köləyəm. Gözəl qoxulu, şərəfli əsl-nəsli və bəyaz rəngli olmağım üçün cənnətə girməyimə icazə ver. Allaha and olsun ki, mənim qara qanım siz Rəsulullahın (s.ə.s) Əhli- Beytinin pak qanlarına qarışına qədər sizdən əl çəkməyəcəyəm.

Bundan sonra Həzrət Hüseyin Cevnə icazə verir. Cevn meydana girir, vuruşur və  şəhid olur. Həzrət Hüseyin onun başının üstündə durub buyurdu ki: “Allahım! Onun üzünü ağ et, qoxusunu gözəlləşdir, onu saleh şəxslərlə həşr et və onu Muhəmməd və Əhli-Beytiylə həşr et.”

Artıq növbə Əhli-Beytindir. Əhli-Beytdən savaş meydanına ilk çıxan Həzrət Hüseyinin böyük oğlu Əli Əkbər olur. Əli Əkbər, nəvələr içində Rəsulullaha ən çox oxşayanıdır. O döyüşə gedərkən Hazret Hüseyin “Allahım! Şahid ol ki, xalq içində Peyğəmbərin Muhəmmədə ən çox  oxşayanı bu qövmün üzerinə gedir. Biz Peyğəmbəri görmək istəyəndə ona baxırdıq. Allahım!” deyərək yola salır. Əli Əkbər parça-parça edilir vahşilər tərəfindən.

Həzrət Həsənin oğlu Qasım, döyüşə atılar və şəhid olar. Onda 13 yaşında idi.

Heç bir şey, heç bir şey ürəklərini yumşaldmaz bu vəhşilərin.

Sonra… sonra… Heç anlatılamayacaq şeylər oldu. Sovruldu göylərə Şəhid Hüseyinin və Əhli-Beytin müəzzəz qanları…

Ondan sonra susmayan bir ağı vardır möminlərin könlündə… Bir yara… Bir sancı… Bir yarğan, bir uçurum…

Bir də dərs olsa kəşkə…

Nələri və necə unudur insanlar, gözləri və könüllərin qan tutanda… Nələri və necə ayaqlayır… Peyğəmbər əmanətinə qılınc çəkmək… Bu necə bir işdir! Və Peyğəmbər (s.ə.s)-in axirətə köçməsindən yalnız yarım əsr sonra… Peyğəmbər nəslinin hələ yer üzündə yaşadığı bir vaxtda! Bu necə olur?!

Bir ibrət  dərsi! Iqtidar həvəsini, qəbilə-qövm mənsubiyyətini Müsəlmanlığın, müqəddəs dəyərlərin, Peyğəmbər xatirəsinin önünə keçirməmək üçün diqqətli olmaq!…

Mənbə:irfandergisi.com

Read Previous

Dünyamızın müdhiş qalxanı

Read Next

Yaxşı ata-ana olmaq üçün nə etmək lazımdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.