• 29 Mart 2024

KEÇMİŞLƏRƏ QURAN OXUYAQ YOXSA YOX

imagesDünyasını dəyişən insanlar üçün Qurani-Kərimin oxunub-oxunmaması ilə əlaqəli mübahisələr XXI əsrdə hələ də aktuallığını qoruyur. Ünvanımıza gələn bəzi xahişləri də nəzərə alaraq bu sayıdakı yazımızda İslam alimlərinin bu mövzudakı bəyanlarını oxucularımıza çatdırmaq istədik. Mövzuya Həzrət Peyğəmbərin “Ölülərinizə Yasin surəsini oxuyun” (Əbu Davud, İbn Macə, Əhməd ibn Hənbəl) hədisini izah edərək başlamaq istərdim.

Yəmənli hədis və fiqh alimi Şövqani bu hədisin həsən (hökmü səhih hədisin hökmü kimidir) olduğunu ifadə edir. Bu hədisin izahını verən alimlər ümumiyyətlə “ölüm əsnasında oxunmaldır”, yoxsa “öldükdən sonra da oxunmalıdır” şəklində ixtilaf etmişdir. Şövqani bu münaqişəyə yer verdikdən sonra hədisdəki ləfzlərin zahiri mənanın açıq şəkildə ölülərə Quran oxuna biləcəyini ifadə etmiş, ölüm döşəyindəkilərə şamil edilmənin isə məcaz olduğunu söyləmişdir. Məcaza isə açıq dəlil olmadıqda müraciət edilməlidir. Qısaca, açıq nəss (dəlil) ölülərə Quran oxumağa icazə verir. Eyni zamanda o, camaat halında ölünün yanında və yaxud da qəbri başında Yasin oxumaqla, məsciddə və evində Quranı xətm etmənin və yaxud da bir hissəsini oxuma arasında heç bir fərqin olmadığını da ifadə etmişdir.

 “Yasin Quranın qəlbidir. Kim Allahı və axirət gününü təfəkkür edərək onu oxuyarsa, mütləq bağışlanar. Yasini ölülərinizin üzərinə oxuyun. (Əhməd ibn Hənbəl) Bu hədis Yasin surəsinin həm ölüm döşəyində olana, həm də ölmüş möminlərin bağışlanması üçün oxuna biləcəyini ifadə edir. Yeri gəlmişkən onu ifadə edək ki, Qurani-Kərim oxunarkən heç bir maddi mənfəət güdülməməlidir. Quran tamamilə səmimi duyğularla və sırf Allahın rizasını qazanmaq üçün oxunmalıdır. Bu mənada Əhməd ibn Hənbəldəki bu hədisə də diqqət yetirilməlidir. “Quranı oxuyun, ancaq həddi aşmayın. Onunla əməl etməkdən uzaqlaşmayın. Ondan mənfəət məqsədi kimi istifadə etməyin və onunla sərvətinizi çoxaltmayın.”

Oxunan Quranın savabının ölüyə çatıb-çatmaması ilə əlaqəli İbn Həcər belə deyir: “Mütəqaddim (sələf) alimlərinin əksəriyyətinə görə Quranın savabı ölüyə çatar. Ancaq bu mövzuda qəti ifadələrdən istifadə edilməməlidir.” Yəni deyə bilərik ki, oxunan Quran və bağışlanan savab, qəbul olunub-olunmadığı bilinməyən dua kimidir. İbn Salah oxunan Quranı ölüyə bağışlamaq üçün “Allahım, (Qurandan) oxuduğumun savabını filankəsə çatdır” deməyin mümkünlüyünü ifadə edir.

Səhabələrdən  Abdullah ibn Ömər ölülərin ruhuna Bəqərə surəsinin oxunmasını tövsiyə etmişdir. (Beyhəqi) Tabeun nəslindən olan İmam Şabi “Mədinəlilər biri vəfat edincə tez-tez qəbrini ziyarət edər və onun üçün Quran oxuyardılsr”,- demişdi. Bu və buna bənzər ifadələr həm səhabələrin, həm də onların tələbələri sayılan tabeunun da ölüm döşəyində və ölmüş olanlar üçün Qurani-Kərim oxuduğunu göstərir. Dini ilk mənbələrdən öyrənmiş bu nəslin tətbiqatı əlbəttə ki, son dövr alimlərin görüşlərindən daha əhəmiyyətli və diqqətə layiqdir.

Qeyd edəcəyimiz ifadələr Hənəfi məzhəbinin mötəbər alimlərinə məxsusdur: “Əhli sünnəyə görə bir kimsə namaz qılıb, oruc tutub, Quran oxuyub, zikr edib və s. kimi gözəl əməllərin savabını başqasına hədiyyə edə bilər. (Fəth əl-Qədir)

Sələf alimlərindən Əhməd ibn Hənbəlin bu mənada yaşadığı təcrübə diqqətə alınmalıdır. O, ilk zamanlarda ölü üçün Quran oxumağın bidət olduğunu ifadə etmiş, sonra isə bu fətvasından dönmüşdü. Əhməd ibn Hənbəl bir cənazədə iştirak etmişdi. Qəbristanlıqdan ayrılarkən Quran oxumağa başlayan kor bir adama “Ey filankəs! Qəbir üçün Quran oxumaq bidətdir.”-deyərək ona əngəl oldu. Bunu eşidən yanındakı alim Qudamə hədis ravisi Hələbi haqqındakı görüşünün nə olduğunu və ondan hədis alıb-almadığını soruşdu. Əhməd ibn Hənbəl də onun siqa (etimadlı) ravi olduğunu və rəvayətlərinin etibarlı olduğunu söylədi.  Qudamə də Abdullah ibn Ömərdən rəvayət edilən “Ölü üçün Quran oxumağın müstəhəb olduğu” ilə əlaqəli hədisi ondan rəvayət etdiyini söyləyincə Əhməd ibn Hənbəl o adama qiraətə davam etməsini söyləmişdi. (İbn Qudamə) İmam Şafei də ölü üçün Quran oxumağın müstəhəb olduğunu ifadə etmişdir. İlk dövrlərdə Maliki məzhəbinin imamları Quranın ölüm əsnasında fayda verəcəyini müdafiə edərkən, Qurtubi kimi son dövr mötəbər alimləri isə öldükdən sonra da Quran oxuya biləcəyinə dair fətva vermişdi.

Qeyd etmək istərdik ki, günümüzdəki kimi qəbiristanlıqda Quran oxuma işi ilk dövrlərdə yox idi. Yasin, Fatihə və s. surələrin dolanışıq vasitəsinə çevirərək qəbiristanlıqlarda satışa çıxarmaq Qurana və Allaha qarşı ən böyük hörmətsizlikdir. Hər hansı maddi dəyər qarşılığında oxunan Quranın ölüyə heç bir fayda təmin etməyəcəyi mütləqdir.

Nəticə etibarı ilə, həm rəvayət edilən hədis, həm də səhabə və tabeun  tətbiqatına əsaslanaraq deyə bilərik ki, ölü üçün Quran oxumağı bidət kimi qəbul etmək doğru deyil. Bunu iddia etmək üçün İmam Hənəfi, Şafei, Hənbəli kimi mötəbər alimlərdən daha çox alim olmaq lazımdır. Heç bir maddi mənfəət gözləmədən səmimi hisslərlə oxunan Quranın həm diriyə, həm də ölüyə faydalı olacağına ümüdvarıq.  Çox geniş olan mövzumuzun nöqtəsini bir fiqh qaydası ilə qoymaq istərdik: Ölülər üçün Quran oxumanı qadağan edən heç bir ayə və hədis olmadığını nəzərə alaraq “bir işdə əsl olan mübahlıqdır” hökmünü mütaliə etmək lazımdır. Yəni bir əməl haqqında haramlıq hökmü yoxdursa, onunla əməl etmək müstəhəbdir.

mənbə:

irfandergisi.com

Read Previous

Mart 2014

Read Next

PEYĞƏNBƏRİMİZ (SƏV)-İN QARDAŞLARI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.