• 19 Mart 2024

KEŞİŞ KİMİ GETDİ MÜSƏLMAN KİMİ QAYITDI

papaz-musluman-olduFilippin kilsəsinin müqəddəs torpaqlara göndərdiyi filippinli keşiş, Səudiyyə Ərəbistanında İslamı qəbul etmək şərəfinə nail oldu. Keşişin vəzifəsi Səudiyyə Ərəbistanında yaşayan filippinli xristianlara təhsil vermək idi!

“Əl-Muxtasar” internet səhifəsinin verdiyi xəbərə əsasən, Filippin kilsəsi, xristian filippinlilərə xütbə (moizə) şəklində dərslər verməsi üçün bir keşişi Səudiyyə Ərəbistanına göndərdi. Lakin İslamı öyrənən keşiş çox keçmədən xütbə verməyi yaddan çıxararaq müsəlman oldu.

Səudiyyəli təbliğçi şeyx Dr. Muhəmməd əl-Arifi, “Twitter” səhifəsindən bölüşdüyü bir fotoşəkildə filippinli keçmiş keşişin əlini sıxır.

Şeyx əl-Arifi fotoşəklin altında belə yazır:

“Bu şəxs, Filippin kilsəsinin xristian fəhlələrə dərs keçmək üçün göndərdiyi filippinli keşişdir. O, ölkəyə fəhlə vizası ilə daxil oldu, İslamla tanış olduqdan sonra müsəlman oldu.”

MƏNBƏ: DİN.AZ

Read Previous

20 İLİN KEŞİŞİ MÜSƏLMAN OLDU, ÖLKƏ QARIŞDI

Read Next

UTANIRAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.