• 29 Mart 2024

Kommunizmə qalib gəldik, indi isə növbə müsəlmanlarındır!

tarixci-daniel-payps

Amerikalı tarixçi Daniel Payps belə deyib.

Yaxın Şərq mövzusu ilə bağlı tədqiqatları ilə tanınan amerikalı tarixçi Daniel Payps Türkiyənin regionun liderliyinə ən real namizəd olduğunu deyib.

İslama düşmən münasibəti ilə də tanınan Payps müsəlmanların dua etməsinə, oruc tutub həccə yollanmasına qarşı çıxmadığını, ancaq islam hüququ qanunlarının icra olunmasının qəti əleyhinə olduğunu bildirib. Tarixçi əvvəllər Nəcməddin Ərbakanın İslama yönəldiyi halda indi bu missiyanı Rəcəb Tayyib Ərdoğanın davam etdirdiyini iddia edib.

Payps Ərdoğan və Gülün ölkədə islam hüququnu hakim qılmaq istədiyini, ancaq bu prosesin xeyli vaxt alacağının fərqinə olduqlarını da deyib. Türkiyənin Baş naziri Ərdoğanın Ərbakanın siyasi baxımdan daha ağıllı və təmkinli versiyası olduğunu iddia edən tarixçi bu ölkədə həyatın hər bir sahəsində olmasa belə ümumilikdə islam şəriətinin hakim edilməyə cəhd göstərildiyini bildirib.

Tarixçi analitik İslam təmayüllü siyasəti üçüncü totalitar hərəkat hesab etdiyini deyərək, faşizm və kommunizmə qalib gəldiklərini, artıq növbənin islamçı təhlükənin aradan qaldırılmasına gəldiyini iddia edib. /azerimuslims

Read Previous

Sələf alimlərinin sufilərə münasibəti

Read Next

Bu da ideya “azadlığ”ı: “Lə iləhə illəllah” sözü artıq ayaqqabıya yazılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.