• 19 Aprel 2024

Məğfirət mövsümü

ramazan1Peyğəmbərimiz (s.ə.s) “Ümmətimin ayı” dediyi Ramazan ayını fərqli yönləri ilə tanıtmaqdadır. Hz. Peyğəmbərimizin (s.ə.s) Ramazanı ən geniş şəkildə tanıdan bir hədisini sizinlə paylaşmaq istəyirəm.

     Salman Farisi (r.a) belə nəql edir: “Rəsulullah (s.ə.s) Şaban ayının son günü bizə bir xütbə oxudu və belə buyurdu:

“Ey müsəlmanlar! Böyük və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. Bu, içində min aydan daha xeyirli olan Qədr gecəsinin olduğu bir aydır.

Bu ay Allah-Təalanın gündüzlərində orucu fərz, gecələrində təravehi nafilə ibadət qıldığı (mübarək) bir aydır.

Bu ayda kim bir xeyir iş görərsə, başqa zamanlarda bir fərzi yerinə gətirən şəxs kimi savab qazanar. Bir fərzi əda edən də başqa aylarda yetmiş fərzi yerinə gətirmiş kimi savab alar.

Bu ay səbir ayıdır. Səbrin qarşılığı da cənnətdir.

Bu ay ehsan, yardım və bərabərlik ayıdır.

Bu ay möminin ruzisinin artdığı aydır.

Kim oruc tutana iftar verərsə, bu onun günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. İftar verdiyi müsəlmanın aldığı savabdan bir şey əskilmədən onun qazandığı qədər əlavə savab qazanar.

–Bizim hamımız iftar vermə imkanına sahib deyilik- deyə səhabələr dedilər. Rəsuli-Əkrəm (s.ə.s) dedi: “Allah-Təala bu savabı oruc tutana bir xurma, ya bir udum su,  ya da bir içim süd ilə iftar verənə də verir.

Bu ayda dörd şeyi çoxlu edin. Bunların ikisi ilə Rəbbinizi razı edərsiniz, ikisindən də onsuz da uzaq qala bilmərsiniz. Rəbbinizi razı edəcəyiniz iki işiniz; lə iləhə illəllah deyəməyiniz və bağışlanma diləmənizdir. Uzaq qala bilməyəcəyiniz digər iki şey isə, Allahdan cənnəti istəyib, cəhənnəmdən qurtulmağı diləmənizdir.

Kim bir oruclunu doydurarsa, Allah onu mənim hovuzumdan su içdirəcək, o da cənnətə girənə qədər bir daha susuzluq görməyəcəkdir” (İbn Huzeymə, Səhih).

Hz. Peyğəmbərimizin (s.ə.s) xütbəsindən anlaşıldığına görə, Ramazan ayı ən təbii istəklərimizdən ən önəmli vəzifələrimizə qədər hər şeyin dəyərinin çox böyük ölçüdə artdığı bir mövsümdür. Ona görə də “rəhmət, bərəkət və məğfirət mövsümü yenə gəldi” deyib birgə qulluğa bağlanmaq ən müqəddəs işimiz olmalıdır. Bilindiyi kimi, Ramazan ayı müqəddəs və mübarək aydır.

İnsan olaraq mərhəmətə, sevgiyə, bir-birimizi anlamağa möhtac olduğumuz bu günümüzdə insanlar Ramazan ayının sevincini yalnız öz evlərində, öz süfrələrində qeyd etməyib, bu gözəllikləri yoxsullarla, yetimlərlə, ehtiyacı olanlarla və ürəyi yaralı insanlarla paylaşmaları daha uyğundur.

Məğfirət mövsümü olan Ramazan ayı əmin-amanlıqdır. Oruc da sadəcə ac qalmaq deyil, qəlbi Allaha açmaqdır, Allahın hüzurunda olduğunun idrakı ilə yaşamaqdır. Oruc cənnətə qapı olduğu kimi, cəhənnəm atəşinə qarşı da qalxandır. Ramazan ayı iradəni gücləndirən oruc; comərdliyi, paylaşmağı öyrədən iftar; ibadətin həvəs və həyəcanını bütün cəmiyyətə yayan təraveh; xeyir və bərəkətin nə olduğunu göstərən sahur; bütün bu yüksək dəyərlərin mənəvi dünyamızı əhatə edən qədir gecəsi kimi gözəlliklərdən ibarətdir.

Peyğəmbərimiz (s.ə.v) bir gün minbərə çıxarkən üç dəfə “Amin” dedi. Bunun səbəbini soruşan səhabələrinə buyurur: “Mən minbərə çıxarkən Cəbrayıl gəldi və yanında “sənin adın çəkildiyi halda sənə salavat gətirməyən sürünərək cəhənnəmə atılsın” -dedi, mən də amin dedim. Sonra “ata-anasının qocaldığını göüb onların duasını qazanaraq cənnətə girə bilməyən kimsə sürünərək cəhənnəmə atılsın” -dedi, mən də amin dedim. Sonra da “Ramazan ayına girdiyi halda məğfirət olub bağışlana bilməyən (Ramazanın feyzindən, bərəkətindən istifadə edə bilməyən, bu ayı layqi ilə dəyərləndirə bilmiyib Allahın əfvini, məğfirətini qazana bilməyən) kimsə sürünərək cəhənnəmə atılsın” -dedi, mən də amin dedim”  (Buxari, Təbərani).

Bunun üçün tək çarəmiz vaxt itirmədən Ramazani-şərif kimi ilahi ikramları, tövbə və paklanma fürsətlərini ən gözəl şəkildə və “bəlkə, bir daha nəsib olmadı” əndişəsi ilə dəyərləndirməkdir. Ramzan ayının həqiqi paklanmağın, xeyirin, bərəkətin, fəzilətin, duanın, təqvanın və iman qardaşlığının ən möhkəm yaşandığı bir ay olduğunu unutmayaq. Hər anımızın, zamanımızın hesabını verəcəyik. Axirət bəhanə yurdu deyil, axirət qazandıqlarımızın qarşılığını alma yurdudur. Ona görə Rəbbimizin bizlərə fürsət olaraq verdiyi bu günlərimizi yenə Onun istədiyi kimi keçirməyə çalışaq.

Mənbə:

irfandergisi.com

Read Previous

“Oruc qalxandır”

Read Next

Dünyada Ramazan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.