• 19 Aprel 2024

Məhərrəm ayı və aşura

asuraMəhərrəm ayı Hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!” Allah qatında bu aylar digərlərindən daha hörmətli və şərəflidir. Bunlarda işlənəcək gözəl əməllərin savabı digər aylardan daha çox olduğu kimi, bu aylarda işlənəcək günühların cəzası isə o biri aylardan daha böyükdür.

Hz. Əbu Bəkr (r.a)-dan rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; “İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari) Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib; “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır” (Müslim).

Hicri tarix, peyğəmbərimiz (səv) və səhabələrinin Məkkədən Mədinəyə hicrəti ilə başlayır. Hicrətin təqvim başlanğıcı olaraq qəbul edilməsi Hz. Ömər dövründə olmuşdur.

Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələrdir. Məhərrəm gecəsi, yeni ildə bəla və pisliklərdən qorunmaq məqsədiylə Rəbbimizə yalvarmaq, dua etmək gözəl adətlərimizdəndir. Bu hörmətli ay içində 10 Məhərrəm gününün xüsusi bir əhəmiyyəti vardır. Aşura günü deyilən bu gündə, istər yəhudilər, istərsə də İslam əvvəli cahiliyyə dövrü Ərəbləri oruc tuturdular. Ramazan ayında oruc fərz olana qədər müsəlmanlar da aşura günü oruc tutmuşlar. Peyğəmbər Əfəndimiz (s.ə.s.) Mədinəyə gəldiyində Yəhudilər Məhərrəm ayının onuncu günü, yəni Aşura Günü oruc tuturdular. Peyğəmbər Əfəndimiz (s.ə.s.):
“Bu nə orucudur?” Buyurdu. Yəhudilər:
“Bu gün Allahın Musanı (as) Fironun zülmündən xilas etdiyi gündür. Musa (as) buna şükür olaraq bu gün oruc tutmuşdur. Bu səbəblə biz də oruc tuturuq “dedilər.
Peyğəmbər Əfəndimiz də (səv):
“Musanın sünnəsini yaşatmağa biz sizdən daha layiqik!” Buyuraraq o gün oruc tutmuş və oruc tutulmasını əmr buyurmuşdur. Yəhudilərə bənzəməkdən çəkinmək üçün də aşura gününə bir əvvəlki günü də əlavə etmişdir. Peyğəmbər Əfəndimiz (sav) Yəhudilərə bənzəməmək üçün müstəhəb olan bu orucun, məhərrəmin 9-cu və 10-cu günü, ya da 10 və 11-ci günü tutulmasını istəmişdir.

Aşura günündə aşağıdakı hadisələr baş vermişdir:

  1. Hz. Adəmin(as) tövbəsiAşuraGünüqəbuledilmişdir.

    2. Hz. Nuh (as) gəmisi Cudi dağının üzərində Aşura Günü durmuşdur.

    3. Hz. İbrahim oddan o gün xilas olmuşdur.

    4. Hz. Yaqubun (ə.s), oğlu Hz.Yusufun həsrətindən ötəri bağlanan gözləri o gün görməyə başlamışdır.

    5. Hz. Yunus (ə.s) balığın qarınından Aşura Günü xilas olmuşdur.

    6. Hz. Əyyub (ə.s.) xəstəliyindən o gün şəfa tapmışdır.

    7. Hz. Yusuf, qardaşları tərəfindən atıldığı quyudan Aşura Günü çıxarılmışdır.

    8. Allah, Hz. Musaya (as) Aşura Günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Firon ilə ordusunu sularda boğmuşdur.

    9. Hz. Davudun (ə.s) tövbəsi o gün qəbul edilmişdir.

    10. Hz. İsa (as) o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.

Müsəlman hər zaman orta yolu tutmalıdır. Sevincində və əyləncəsində həddi aşmamalıdır. Bu səbəblə bizim yeni ilə baxışımız, və yeni ili qeyd etməyimiz xristianlardan fərqlidir. Şüurlu bir müsəlman, nəfsi ilə də şeytan ilə də həyat boyu mübarizə halındadır. Bunlardan və bütün mənfiliklərdən Allaha sığınmanın idrakı içindədir.

Read Previous

Yetimi himayə etmək

Read Next

Ailənin təməl xüsusiyyətləri nələrdir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.