• 18 Oktyabr 2019

Məscidin həyətinə qoyulan bank terminalı ixtilafa səbəb oldu

Ankaranın Çankaya bölgəsində yerləşən 50 illik Sokullu Mehmet Paşa Məscidi, son günlərdə maraqlı bir mübahisə ilə gündəmə gəldi. Sokullu Paşa “Məscid tikdirmə və Yaşatma” dərnəyi ilə bir bank arasında imzalanan müqavilə nəticəsində, məscid divarının bir qismi yıxılaraq məscidin həyətinə bank terminalı qoyuldu.

902642_detayjpg_h719Ancaq terminal məscid camaatı arasında ixtilafa səbə oldu. Bank terminalının məscid imamından xəbərsiz qoyulduğu iddia edildi və cammat arasında “Faiz lobbisi bura da mı girdi, faiz haram və bu işi edənin məsciddə nə işi var” kimi söhbətlər də yayılmağa başladı. Məscidin abadlığını düşünən bir başqa qrup isə “nəticədə gəliri məscidə qalır, beləcə daha yaxşı şəraitdə ibadət edərik” deyərək terminala yaşıl işıq yandırdılar.

Dərnəyin Muhasibəçisi Etem Akkaya isə bankdan aylıq 800 lirə kirayə aldıqlarını, bunun da camaatın məscidə verdiyi bir illik yardıma bərabər olduğunu ifadə etdi.

Akkaya, “Bütün banklara yazı göndərərək müraciət etdik, hamısının bank terminalını məscid həyətinə gətirəcəyik” deyə danışdı.

Diyanət İşləri Başqanlığının din adamları isə mövzuyla əlaqədar, “Banklar faizlə məşğul olan bir müəssisə olduğu üçün çəkinməkdə fayda vardır” qiymətləndirməsini verdi.

Mənbə:

haber7.com

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 54 dəfə.

calal calalov

Read Previous

Ermənilər sürətlə İslam dinini qəbul etməyə başlayıblar İctimai media üzərindən təşkilatlanmağa başlayan müsəlman ermənilər,islami qaynaqların Erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

Read Next

KUBADA MƏSCİD TİKİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.