• 28 Mart 2024

MƏSCİDLƏR NİYƏ YIXILIR???

cami8e0527f8

MƏSCİDLƏR NİYƏ YIXILIR???

İslam dininin qadağan edildiyini bildirən Afrika ölkəsi olan Angolada, indi də ölkədəki məscidlər tək-tək yıxılır. Luanda şəhərində isə iki məscidə bağlanılması üçün xəbərdarlıq edildi.
Oktyabr ayının əvvəllərində Luanda şəhərində yaşayan müsəlmanlar, məscidlərin minarələrinin icazəsiz şəkildə yıxıldığını gördükdə böyük bir şok yaşadılar. 3 Oktyabr səhəri Angola rəhbərliyi öz açıqlamasında məscidlərin yıxılacağını ifadə etmişdi. Angola rəhbərliyi radio vasitəsilə verdiyi açıqlamada radikal müsəlmanlara güzəştə gedilməyəcəyini və İslamın qanuni olaraq qəbul edilməyəcəyini bildirdi.

Bunların ardından 19 Noyabr Çərşənbə axşamı günü Angola Mədəniyyət naziri Roza Cruze Silvia verdiyi açıqlamada, İslamın, Ədalət və İnsan Haqqları Nazirliyi tərəfindən qanuni olaraq qəbul edilmədiyini ifadə etdi və buna əsaslanaraq bütün məscidlərin bağlanılması lazım olduğunu dedi. Luanda bölgəsində yerləşən iki məscidə də bələdiyyə tərəfindən bağlanılması üçün xəbərdarlıq göndərildi. Dünən həmin məscidlərdən birinin minarəsi yıxılarkən, bağlanılması qərarı verilən digər bir məscid isə tamamilə bələdiyyə tərəfindən dağıdıldı.

Köhnə bir Portuqaliya müstəmləkəsi olan Angola 1974-cü ildə müstəqilliyinə qovuşdu. 1960-cı illərdə Portuqaliyaya qarşı başlayan partizan müharibəsinin tərəfdarı olan silahlı təşkilatlar müstəqillik sonrasında bir-birləriylə bir daxili münaqişəyə başladı. 1991-ci ildə bu qruplar çox partiyalı sistemə keçilməsi mövzusunda anlaşdılarsa da sonrakı illərdə seçki keçirilməsinə baxmayaraq  2002-ci ildə liderlərdən birinin vurulması ilə nəticələnən qarşıdurmalar bitmədi. Bu ölkə əhalisinin 95 faizini Protestant Xristianlar təşkil edir.

Angola cənub-qərbi Afrikada, Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə qonşu olan, qərbində Atlantik okeanı olan bir ölkədir. Ölkədə olan müsəlmanların sayı isə təxminən 500 min nəfərdir və bu rəqəm ölkə əhalisinin 3 faizini meydana gətirir. Ölkədəki Müsəlman əhalinin böyük qismi Fələstindən Angolaya köçən miqrantlardan ibarətdir. Ölkədə İsrailin siyasi olaraq böyük bir fəaliyyəti olduğu bilinir.

mənbə:

yenişafak

Read Previous

6 min məsciddə “Qazi azan” oxunacaq

Read Next

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.