• 19 Mart 2024

Məhərrəm ayında oruc tutmaq

show_image.phpAllah Rəsulu sallallahu aleyhi və səlləm Məhərrəm ayının doqquz, on və on birinci günləri oruc tutmağı səhabələrinə tövsiyə etmişdi. Peyğəmbər Əfəndimiz (s.ə.s.) buyurur ki:

Ramazan orucundan sonra, tutulan orucların ən fəzilətlisi Allah’a izafet (istinad etməklə) ilə şərəfləndirilən Məhərrəm ayındakı orucdur.” (Riyazü’s-Salihin, II, 504).

Digər hədislərdə, Məhərrəm ayının onuncu gününə rast gələn və bir çox önəmli hadisənin cərəyan etdiyi “Aşura Günündə tutulan orucun, bir il öncə işlənən xəta və günahların bağışlanmasına vəsilə olacağı müjdələnmişdir” (Riyazü’s-Salihin, II, 509).

Hədis-i şərifdə bildirilən oruc Məhərrəm ayının 9-10-11. günləridir.

Aşura hazırlamaq şərt deyil; ancaq aşura edib qonşulara və qonaqlara ikram edilə bilər.

Aşura gününün fəziləti haqqında bu hədisi-şərifə baxıla bilər:

Əbu Qatadə nəql edir: Hz. Peyğəmbər belə buyurdu:

“… Ərəfə günü tutulan orucun bir il öncə və bir sonrakı günahlara kəffarə olacağını Allahdan ümid edirəm. Aşura günü orucunun da bir il əvvəlki günahlara kəffarə olacağını Allahdan ümid edirəm “(Müslim, Sıyam, 196).

– Abdullah b. Abbas nəql edir: Hz. peyğəmbər (s.ə.s.) Aşura günü oruc tutub və insanlara da o gün oruç tutmağı əmr edincə gün yəhudi və xristianlar tərəfindən böyük bir gün olaraq qəbul edildiyini söylədilər. Bunun üzərinə Peyğəmbərimiz: “Gələn il inşallah doqquzuncu günü (də) tutacağıq” deyə buyurdu. Lakin bir il sonraya qovuşmadan vəfat etdi. Digər bir rəvayətdə isə, “Əgər gələcək ilə çatarsam, mütləq doqquzuncu günü (də) tutacağam” ifadəsi yer almaqdadır (Müslim, Sıyam, 133-134).

– Əhməd b. Hanbe’in İbn Abbas’dan nəql etdiyinə görə, Rəsulullah (s.ə.s.) belə buyurdu: “Aşura günü orucunu tutun, lakin -Aşure günündən bir gün öncə və ya bir gün sonra da (9-10, və ya 10-11. Günü) oruc tutmaq surətiylə – Yəhudilərə müxalifət edin (onlara bənzəməyin  “(bax. İbn Həcər, 4/245).

– İslam alimləri, yuxarıdakı fərqli hədis rəvayətlərindən hərəkətlə Aşura orucunun üç şəkildə tutula biləcəyini söyləmişlər: Yalnız Aşura günü, Tâsia və Aşura (9-10) günü, Tâsia-Aşura-Ahadə aşər (9-10-11) günü (İbn Həcər, 4 / 246). Təbii ki burada on və on birinci günü oruc tutma alternativi də ağla gələ bilər.

mənbə:

suallarlaislam.com

Read Previous

Azərbaycanda dini bayram günlərinin müəyyənləşməsində yeni qərar.

Read Next

Tarixdə ilk dəfə olaraq bağlanan məscid

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.