• 19 Mart 2024

MƏHRƏM OLMAYAN QADINLARLA ƏLLƏ GÖRÜŞMƏK CAİZDİRMİ?

imagesSUAL: Yaşadığımız dövrdə müxtəlif yer və sahələrdə mömin bir kişi, qadınlarla əllə görüşmək məcburiyyətində qalır. Bu caizdirmi?

CAVAB: İslamda məhrəm olmayan bir qadına baxmaq caiz olmadığı kimi, ona toxunmaq və ya onunla əllə görüşmək da caiz deyildir. Dəlil: Hz. Peyğəmbər (səv)- in qarşılaşdığı kişi səhabələrlə mübarək əli ilə görüşdüyü halda, qadınlarla əli ilə görüşməməsidir. Necə ki O (səv), Mədinəyə hicrət edincə beyət üçün qadınları yığmış və özlərinə yalnız “Sənə beyət etdim” deməklə kifayətlənmişdir. Hz. Aişədən nəql edildiyinə görə beyət əsnasında Hz. Peyğəmbərin əli heç bir qadının əlinə dəyməmişdir. (Buxari, Əhkam, 49, şurut 1; Müslim, İmarə, 88, 89; Əbu Davud, İmarə, 9; İbn Mace, Cihad, 43) Digər tərəfdən Hz. Peyğəmbərin bir parça üzərinə əlini qoyduğu və qadınların da eyni parçaya əllərini qoyaraq beyət etdikləri və “Mən qadınlarla əllərini tutaraq görüşmürəm” dediyi nəql edilmişdir. Hz. Əbu Bəkr (ra)-ın, süd anasının qəbiləsinə gedincə, yaşlı qadınlarla əllə görüşdüyü, yenə Hz. Zübeyr (ra)-ın Məkkədə xəstələndikdə yaşlı bir qadını xidmətçi olaraq tutduğu bildirilmişdir. (Əs-Serahsi, əl- Məbsut, X, 154)

MƏNBƏ:

ALTİNOLUK

Read Previous

BU DAVRANIŞLAR İNSANI AİLƏSİNDƏN UZAQLAŞDIRIR

Read Next

AİLƏLƏR ÜÇÜN BİR DAMLA HİKMƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.