• 20 Aprel 2024

MƏSCİDİ-NƏBƏVİ SABAHDAN MƏRHƏLƏLİ OLARAQ AÇILACAQ

Məscidi-Nəbəvi bazar günündən mərhələli olaraq kütləvi ibadətə açılacaq. Bu barədə Səudiyyə Ərəbistanı Harameyin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada bildirilir ki, ölkə rəsmiləri Məscidi-Nəbəvinin mərhələli açılması tələbini müsbət qarşılayıb.  

Həmçinin Məscidi-Haram və Məscidi-Nəbəvinin sədri, Kəbənin imamı Şeyx Abdurrahman əs-Sudeysin, lazımi tədbirlər görüldükdən sonra Məscidi-Nəbəvinin açılacağını bəyan etdiyi qeyd edilib.

Həcc və Ümrə Nazirliyi isə kovid-19 pandemiyası səbəbindən ümrə və Məscidi-Haram ziyarətl qdağasının hələ bir müddət də davam edəcəyini bildirmişdi.

Qeyd edək ki, Məscidi-Haram və Məscidi-Nəbəvidə bu yerlərin əməkdaşlarının iştirakı ilə günlük ibadətlər yerinə yetirilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 81 766 nəfər kovid-19 virusuna yoluxub, 458 nəfər bu səbəbdən dünyasını dəyişib.

islamveirfan.com

Read Previous

İNGİLTƏRƏDƏ İLK – HİCABLI QADIN MƏHKƏMƏ HAKİMİ TƏYİN EDİLDİ

Read Next

TÜRKİYƏDƏN YUNANLARA CAVAB: PAYTAXTINDA MƏSCİD OLMAYAN YEGANƏ ÖLKƏ…