• 29 Mart 2024

Məşhur ilahiyyatçı Bakıda mühazirə oxuyacaq

Nihat HatipoğluTanınmış türkiyəli ilahiyyatçı Nihat Hatiboğlu dekabrın 19-u Azərbaycan Dövlət Dram Teatrında mühazirə deyəcək. “Media forum” saytı xəbər verir ki, tədbir saat 15-də başlayacaq.

Nihat Hatiboğlu 1955-ci ildə Türkiyənin Diyarbəkir bölgəsində doğulub. 1981-ci ildə Ankara Universitetinin ilahiyyat fakültəsini bitirib. “Qurani-Kərim”in anlaşılmasında hədislərin rolu” mövzusunda doktorluq dissertasiyası yazıb. Məşhur dərgilərdə dini məqalələrlə çıxış edib. Türkiyənin “Kanal A”, “Star”, ATV kimi aparıcı televiziya və radio kanallarında dini proqramların aparıcısıdır.

Dəclə Universitetinin ilahiyyat fakültəsində müəllim kimi çalışan ilahiyyatçı Bakıya “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” adlı beynəlxalq foruma qatılmaq üçün gəlib.

 

Read Previous

Azərbaycanın elektron dini xəritəsi hazırlanıb

Read Next

Üç məscid tikilicək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.