• 29 Mart 2024

Malını, canını şərəf və qürurunu infaq edən səhabə

sahabiQurani kərimdə, bir ayətdə: “Sevdiyiniz şeylərdən infaq edin” buyurulması, infaqın yalnız maddiyyətlə edilən bir ibadət olmadığını göstərməkdədir. Səhabələrin həyatında da bu ayəni dəstəkləyən onlarla nümunə vardır. Biz yalnız birindən, Ulbə bin Zeyd (ra)-dan bəhs etmək istəyirik.
Ulbə (ra), səhabələrin ən kasıblarından idi. O, kasıb olduğu üçün çox vaxt Allah yolunda infaq edəcək heç bir şey tapa bilmirdi. Buna görə də səhabələr, öz aralarında bəzən Ulbə (ra)-nin qürurunu zədələyəcək sözlər işlədərək onu incidirdilər. Ulbə (ra), bu sözləri eşitməməzlikdən gəlsə də çox kədərlənirdi.
Hicrətin doqquzuncu ilində Təbukə səfər təşkil etmək istəyən Allah Rəsulu (sav), Müsəlmanlardan Allah (cc) yolunda infaq etmələri üçün onlara müraciət etdi. Havanın isti, mövsümün isə yaz olması və bunun üzərinə də qıtlığın əlavə olunmasıyla birlikdə Müsəlmanlar Allah (cc) yolunda infak edəcək şeylər tapmaqda çətinlik çəkirdi. Allah (cc) yolunda infak etməkdə çətinlik çəkənlər arasında Ulbə bin Zeyd (ra) da vardı. Ulbə (ra), Allah Elçisi (sav)-in yanına gedərək döyüşə qatılması üçün ona bir minik verməsini istəyir. Allah Elçisi (səv) Ulbə (ra)-ın bu istəyini qıtlıq olduğuna görə həyata keçirə bilməyəcəyini söylədi.
Ulbə (ra), döyüşdə iştirak edə bilmədiyinə görə çox kədərlənir və evinə yollanır. Gecə gec vaxtlara qədər qədər gözyaşıları içərisində namaz qılan Ulbə (ra), ən sonda bu duanı edir; “Allahım! Cihadı əmr etdin, bizi ona təşviq etdin. Amma nə məndə, nə də Rəsulunda məni döyüşə hazırlayacaq imkan yoxdur. Allahım mən də Sənə sədəqə olaraq, indiyə kimi malıma, canıma, şərəf və onuruma haqsızlıq edən bütün müsəlmanları bağışlayıram.” deyir. Duanı etdikdən sonra elə oradaca yuxuya gedir.
Ulbə (ra), Allah yolunda infaq edəcək bir şeylər tapa bilməyincə, müsəlmanlar tərəfindən incidilən şərəf və ləyaqətini, onları bağışlayaraq infaq edir.
Ulbə (ra), səhər namazını qılmaq üçün məscidə yollanır. Namazdan sonra Allah Elçisi (səv); “Bu gecə hər kəsi bağışlayan kimdirsə ayağa qalxsın.” buyurdu. Lakin heç kim ayağa qalxmadı. Allah Elçisi (səv), bunu üç dəfə təkrarladıqdan sonra Ulbə (ra) ayağa qalxdı və “Mənim ya Rəsulullah” dedi. Allah Elçisi (səv); “Səni müjdələyirəm! Allaha and içirəm ki, etdiyin bu hədiyyə, qəbul edilən sədəqələr arasına yazılmışdır.” (Əl-Bidayə, 5: 5)
Allah (cc) yolunda verəcək heç bir şeyi olmayan Ulbə (ra), Allah Rəsulu (səv)-in verdiyi bu müjdəyə çox sevindi və ixlaslı niyyətinin mükafatını gördü.

Bu gün hər fürsətdə Müsəlman qardaşları tərəfindən böhtanlara, yalanlara məruz qalan və buna baxmayaraq ümmətin arasına fitnə toxumları əkilməsin deyə səsini çıxarmayanlar, Allah (cc)-ın razı olacağı bir həyatı yaşamaq üçün mübarizə edib zindanlara düşənlər, Allahın adının ucalması uğrunda hicrət etmək məcburiyyətində qalanlar, müsəlman qardaşlarına eynilə Ulbə bin Zeyd (ra) kimi haqqlarını halal etmək surətiylə Allah (cc) yolunda infak etmələrinin Allah (cc) tərəfindən razılıqla qarşılanacağını unutmamlıdırlar.

Read Previous

Təşəkkürlər Türkiyə

Read Next

May 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.