• 24 Aprel 2024

MAYIN 29-DA AYASOFİYADA CÜMƏ NAMAZI QILINACAQMI? – ERBAŞDAN AÇIQLAMA

Kovid-19 pandemiyası səbəbindən yaşanan karantin rejiminin yumuşaldılmasının növbəti mərhələsində – mayın 29-da Türkiyədə məscidlər ibadətə açılacaq. Bu tarixin cümə günü və eyni zamanda İstanbulun Fateh Sultan Mehmet xan tərəfindən fəth edilməsinin il dönümünə təsadüf etməsi yerli ictimaiyyət arasında, “cümə namazı fəthin rəmzi olan Ayasofiya məscidində qılınacaq” fikirlərinin yayılmasına səbəb olmuşdu.

Bu məsələyə, Türkiyənin rəsmi dini komitəsi “Diyanət”in sədri Əli Erbaş münasibət bildirib. Jurnalistlərin bu istiqamətdə verdiyi suallara cavab verən Erbaş, cümə namazının Ayasofiya ilə “Sultan Əhməd” məscidinin arasındakı meydanda qılınacağını açıqlayıb:

“Mayın 29-da cümə günü, fəthin rəmzi olan o gündə məscidlərin fəthini (açılışını) həyata keçirəcəyik inşallah!” – deyə Diyanətin sədri bildirib.

islamveirfan.com 

Read Previous

ÜMRƏ QADAĞASI HƏLƏ BİR MÜDDƏT DƏ DAVAM EDƏCƏK

Read Next

Azərbaycanda “28 May” Respublika Günü qeyd olunur