• 19 Mart 2024

Merac gecəsi

mescidi aqsaHəzrət Muhamməd Pəfəndimiz (səv)-in  həyatında baş vermiş ən mühüm hadisələrdən biri Merac hadisəsidir. Merac hadisəsi, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) Rəcəb ayının 27-ci gecəsi baş vermişdir.
Merac peyğəmbərimiz hz. Məhəmməd (səv) ən böyük möcüzələrindən biridir. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” deməkdir.

Əbu Talibin və hz. Xədicənin vəfatından sonra peyğəmbərimiz (səv) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ra) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi.

Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi vasitəyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds oldu. Merac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfəri Quranda “İsra” adlandırılır. İsra gecə gəzintisi deməkdir. Səyahətin ikinci mərhələsi isə qüdsdən başlandı. Həzrət Muhamməd (səv) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq, Onu, səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi. Peyğəmbərimizin Qüdsdən də göylərə yüksəlməsinə isə Merac deyilir.

Həzrət Muhamməd (səv) göyün birinci qatında Hz. Adəm, ikinci qanında Hz. Isa və Yəhya, üçüncü qanında Hz. Yusif, dördüncü qatında Hz. İdris, beşinci qatında Hz. Harun, altıncı qatında Hz. Musa və yeddinci qatında Hz. İbrahim ilə görüşdü. Cəbrail ilə birlikdə yüksəliş Sidrətül-Müntəhaya qədər sürdü. Cəbrayıl, “Buradan bir barmaq ucu qədər o biri tərəfə keçsəm yanaram” deyərək Sidrətül Müntəhada qaldı. Hz. Peyğəmbər (səv) buradan etibarən Rəfrəf adlı başqa bir miniklə yüksəlişini davam etdirdi. Cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən Cəbrail (əs) da, Onu müəyyən bir yerdən sonra tək buraxdı.

Mirac Gecəsinin ertəsi günü, Hz. Peyğəmbər (səv) Mirac hadisəsini insanlara danışdı. Hadisəni eşidən müşriklər ciddi bir kampaniya başladaraq Hz. Peyğəmbər (səv)-ə lağ etməyə başladılar. Bu kampaniya bəzi müsəlmanları da şübhəyə saldı. Hadisənin gerçək olub olmadığını araşdırmaq istəyənlər Qüdüsə və Məkkəyə gəlməkdə olan bir karvanla bağlı suallar soruşaraq Hz. Peyğəmbər (səv)-i yoxladılar. Hz. Peyğəmbər (səv)-in verdiyi məlumatların doğruluğu Müsəlmanları şübhədən qurtardısa da müşriklərin inatlarini qıra bilmədi. Mirac hadisəsi onların inatlarini və düşmənçiliklərini artıraraq onlar üçün bir fitnə səbəbi oldu. Bu hadisə qarşısındakı təslimiyyəti səbəbi ilə Hz. Əbu Bəkr, Hz. Peyğəmbər (səv)-in dili ilə “Siddiq” ləqəbinə layiq görülmüşdür. Hz. Əbu Bəkir hadisəni ona izah edərək hz. peyğəmbərə inanmağa davam edib etməyəcəyini soruşan müşriklərə “O söyləyirsə şübhəsiz doğrudur” cavabını vermişdi. Mirac hadisəsinin meydana gəldiyi gecə, müsəlmanlar tərəfindən Qədr gecəsindən sonra ən mübarək gecə sayılmış və bu gecənin ibadətlə keçirilməsi adət halını almışdır.

Meracda Peyğəmbərimizə üç hədiyyə verilmişdir.
1- Namaz: Meracdakı ən mühüm xüsuslardan biri, beş vaxt namazın fərz olmasıdır. Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm), Musa (əleyhissalamın) tövsiyələri ilə Cənabi-Haqqa müraciət etmiş və başlanğıcda əlli vaxt olaraq fərz qılınan namaz, beş vaxta endirilmişdir. Bununla birlikdə, Uca Allah, birə on verərək, beş vaxt namaz qılana əlli vaxtın mükafatını ehsan edəcəyini bildirmişdir. Daha sonra Allahu təala belə buyurmuşdur:
“Hər kim bir xeyir işləmək istər də onu edə bilməzsə, o kimsəyə (bu yaxşı niyyətindən ötəri) bir savab yazılır, etdiyi təqdirdə isə on savab yazılır.
Hər kim də, bir pislik etmək istər, ancaq onu yerinə yetirməsə, ona heç bir günah yazılmaz. Əgər o pisliyi etsə, bir günah yazılır! “(Müslim, İman, 259)
Bu xüsusdakı uzun bir hədisi şərifdə bəyan olunduğu üzrə Allah Təala, başlanğıcda əlli vaxt olaraq əmr edilmiş olan namazı, Rəsuli-Əkrəm Əfəndimizin müraciəti ilə beş vaxta endirmişdir.
Kamil möminlər fərz olan bu beş vaxta əlavə olaraq, quşluq, İsra, evvabin kimi nafilə namazlar qılır və xüsusilə gecə təhəccüdə qalxarlar.
2- Allah Rəsulu (səllallahu əleyhi və səlləm)-ə xitabən:
“Peyğəmbərlərdən heç biri Səndən əvvəl, ümmətlərdən heç biri də Sənin ümmətindən əvvəl cənnətə girməyəcəkdir!” Deyə buyurulmuşdur. (Razi, XXVIII, 248)
3- Bəqərə Surəsinin son iki ayəi kəriməsi vahyedilmiştir. “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə 285-286)
Müslimdə rəvayət edilən bir hədis-i şərifdə belə buyurulur:
“Rəsulullah (səllallahu əleyhi və səlləm)-ə (Meracda) üç şey verildi: Beş vaxt namaz, Bəqərə Surəsinin sonu və ümmətindən şirkə düşməyənlərə böyük günahlarının bağışlanacağı xəbəri …” (Müslim, İman, 279)
Bununla birlikdə Meracdaki vəhyin təfsilatı və keyfiyyətini ancaq Allah və Peyğəmbəri bilir.

Read Previous

Peyğəmbər (s) adi bəşərdirmi?

Read Next

Azərbaycan Ordusu şəhid verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.