• 19 Aprel 2024

MİSİRLİ MƏŞHUR QARİ TİBLƏVİ VƏFAT ETDİ

Misirli məşhur hafiz və Quran qarisi Muhamməd Mahmud ət-Tibləvi 86 yaşında vəfat edib. İslamveirfan.com xəbər verir ki, bu barədə Qahirə “Quran Hafizləri və Qariləri” həmkarlar ittifaqı məlumat yayıb.

Məlumatda, uzun müddətdir xəstə olan Tibləvinin ötən gün Qahirədəki evində dünyasını dəyişdiyi, pandemiya səbəbindən hüzr məclisi olmayacağı bildirilib.

Muhamməd Mahmud ət-Tibləvi 1934-cü il noyabrın 14-də Misirin Qiza şəhərində dünyaya gəlib və 9 yaşında Qurani-Kərimi əzbərləyərək hafiz olub. 12 yaşında Quran tilavəti ilə şöhrət qazanmağa başlayıb və 15 yaşında məşhur bir qari olub.

Misirin ən məşhur İslam mərkəzlərindən biri olan “Əzhər” məscidində Qurani-Kərim tilavət edən Tibləvi, fərqli səs tonu səbəbilə “Yanıq səsli qari” kimi şöhrət qazanmışdı.

Muhamməd Mahmud ət-Tibləvi dünyada keçirilən bir çox Quran tilavəti müsabiqəsində münsiflər heyətinin üzvü kimi iştirak edib.

Allah rəhmət eləsin.

islamveirfan.com

Read Previous

KÖYNƏYİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

Read Next

ORUC TUTMAQ ÖZÜNÜ TUTMAQDIR