• 21 İyun 2019

Misvak və faydaları

misvakSivak (və ya misvaq) lüğətdə ovmaq, ovalamaq və bunu etmək üçün istifadə edilən əşya mənasındadır. Termin olaraq isə dişlərdə və dişlərin ətrafında olan sarılığın və buna bənzər digər şeylərin təmizlənməsi məqsədi ilə misvak ağacından düzələn çubuğun və buna bənzər şeylərin istifadəsi deməkdir.

Misvak fitrətin sünnələrindəndir (yəni sünnədən və ya dindəndir). Çünki misvak istifadə etməklə həm ağız təmizlənir, həm də istifadə edən şəxsdən Allahın razı olmasına səbəb olur. Hədisi-şərifdə Peyğəmbər (s.ə.s) belə buyurur: “Misvak ağızın təmiz qalmasına və Rəbbin razı olmasına səbəbdir” (Nəsai, Əhməd).

Misvakın faydaları haqqında elm adamları belə deyir: “Ağızı təmizləyər, Rəbbi razı edər, dişləri ağardar, ağızdakı qoxunu gözəlləşdirər, diş ətlərini qüvvətləndirər, zəkanı aydınladar, ruhun bədəndən çıxmasını asanlaşdırar, ölüm vaxtı şəhadəti xatırladar” (Hafiz ibn Həcər).

Bununla birlikdə müasir diş həkimləri dişlərin çürüməsinə, dişlərdəki sarı təbəqənin meydana gəlməsinə, ağız və diş ətlərinin iltihablanmasına mane olmaq, sinirlər, gözlər, nəfəs alma və həzm yollarındakı fərqli xəstəliklərin qarşısını almaq üçün misvakdan istifadə etməyi tövsiyə edirlər. Həmçinin yaddaşın güclənməsinə də faydası var.

Düzdür, bu gün fərqli diş məcunları və diş fırçaları mövcuddur və bunlarla diş, ağız təmizliyi etmək mümkündür. Amma heç bir məcun və ya fırça misvakın yerini verə bilməz.

Misvakdan istifadə etməyin hökmü haqqında İslam alimlərinin çoxu müəkkəd sünnə olduğuna ittifaq etmişlərdir. Çünki Rəsulullah (s.ə.s) bundan istifadəni həm təşviq etmiş, həm də davamlı olaraq özü ondan istifadə etmişdir. Hədislərdə buyurulur: “Əgər ümmətimə çətin gəlməsəydi, hər dəstəmaz aldıqlarında misvakdan istifadə etmələrini əmr edərdim” (Bixari, Nəsai, Təbərani). Başqa bir hədis isə belədir: “Əgər ümmətimə çətin gəlməsəydi, hər namaz vaxtı onlara misvakdan istifadə etmələrini əmr edərdim”.

Dəstəmaz alınarkən əlləri yuduqdan sonra və mazmazadan (ağızı yumadan əvvəl və ya ağızı yuma əsnasında) misvakdan istifadə etmək sünnədir. Yuxu, yemək, aclıq, uzun müddət susmaq və ya çoxlu danışmaq kimi səbəblərlə ağızda və dişlərdə dəyişiklik olmasına görə misvaqdan istifadə etmək də sünnə sayılır. Huzeyfə (r.a) buyurur: “Rəsulullah (s.ə.s) gecə vaxtı oyandıqda dişlərini misvaklayardı” (İbn Hənbəl).

Ona görə də namaz səbəbi ilə və ağızın dəyişməsi, dişlərin saralması kimi səbəblərlə misvak istifadə edildiyi kimi, eyni şəkildə Quran oxumaq, şəri sözlər və şəri elm öyrənmək, Allahın zikri üçün, yatmadan əvvəl, oyandıqdan sonra, evə girdikdə, səhər vaxtı, yeməkdən əvvəl və orucluların günortaya kimi misvakdan istifadə etməsi tövsiyəolunandır.

Əshabi-kiramdan rəvayət olunur ki, Peyğəmbərimiz (s.ə.s) gecə vaxtı bir neçə dəfə misvakdan istifadə edərdi. Yanında misvak olmadan yatmazdı. Misvakdan istifadə etmədən evindən namaza çıxmazdı. Evinə girdiyi zaman ilk işi dişlərini misvaklamaq olardı. Gecə vaxtı təhəccüdə qalxdıqda ağzını misvakla təmizləyərdi. Hz. Aişə (r.anhə) anamız bu barədə deyir: “Peyğəmbər (s.ə.s) evinə girdiyi vaxt misvaqdan istifadə etdikdən sonra işə başlayardı.” “Rəsulullah (s.ə.s) gecə və ya gündüz olsun, yuxudan oyandıqda dəstəmaz almadan əvvəl mütləq misvakdan istifadə edərdi.” (Əhməd, Əbu Davud). Bunun səbəblərindən biri, yuxu, yemək və buna bənzər şeylərin ağız qoxusunu dəyişdirməsidir.

Ta qədimdəm bəri insanlar tərəfindən istifadə edilən bu möhtəşəm fırça Allah-Təalanın qullarına ikram etdiyi, ölümdən başqa hər dərdə dəva olan, məcunu özündən mükəmməl bir fırçadır.

Misvakdan istifadə etməyin əhəmiyyəti haqqında yenə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Dırnaqlarınızı kəsin, kəsdiklərinizi basdırın. Diş ətlərini yemək qırıntılarından təmizləyin. Misvakdan istifadə edin, saralmış dişlə, pis iy gələn ağızla yanıma gəlməyin” (Tirmizi). “Sizə nə olub ki, dişləriniz saraldığı halda  yanıma gəlirsiniz! Misvakdan istifadə edin.” (Beyhəqi).

İslam dini bəşəri əlaqələrə böyük əhəmiyyət verir. Bir təbəssümü, gülər üzü sədəqə olaraq qəbul edir. Lakin təsəvvür edin ki, qarşınızda ağzının qoxusuyla, saralmış dişlərinin görüntüsüylə sizi narahat edən biri var. Həmin insandan uzaqlaşmaq istəyərsiniz.

Modern elm araşdırmaları ifadə edir ki, xəstəliklərin bir çoxunun səbəbi ağzımızla əlaqəlidir. Bu səbəblə də müalicəyə ağızdan başlamaq lazımdır. Təmizlənməyən ağızda, diş aralarında qalan yemək qırıntıları isti ağız şəraitində sürətlə iylənir, saysız mikrobların törəməsinə və xəstəliklərin meydana gəlməsinə səbəb olur. Ağızda iylənərək asidə çevrilən bu mikrob başda diş çürüməsi, diş ətinin xəstəlikləri, mədə və ürək xəstəliklərinin və xüsusilə də revmatik xəstəliklərin 90%-nin əsas səbəbini təşkil edir.

Əhəmiyyətli bir cəhəti də diqqətinizə çatdıraq ki, bu gün müxtəlif heyvan tüklərindən düzəldilən fırçalar var. Dinimizə görə heyvan tüklərindən düzəldiən, xüsusilə də donuz tükündən düzəldilmiş fırçalardan istifadə etmək haramdır. Bizim hansı fırçanın hansı heyvanın tükündən düzəldiyini anlamamız nə qədər çətin olsa da, hər müsəlman bu mövzuda son dərəcə diqqətli və həssas olmalıdır.

Misvakdan istifadə edərkən bir məsələyə də diqqət etmək lazımdır. Camaatın ortasında, camaatın gözü qabağında, istifadə edilərək insanları diksindirmək əsla sünnə ədəbinə uyğun deyil. Peyğəmbərimizin misvakı haralarda və necə istifadə etdiyini qısa şəkildə də olsa yuxarıda gördük.

Peyğəmbərimiz (s.ə.s) buyurur: “Cümə günü misvakdan istifadə etmək, ən təmiz və gözəl patlarları geyinmək, gözəl ətir sürtmək hər müsəlmanın vəzifələrindəndir.” (İbn Şeybə). “Ağızlarınız Quranın yoludur. Onu misvakla təmizləyin!” (İbn Macə).

mənbə:

irfandergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 593 dəfə.

calal calalov

Read Previous

Mart 2015

Read Next

Qəbirstanlıqlar və qəbir yerləri haqqında yeni qanun

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.