• 18 Aprel 2024

MÖMİN VƏ BAL ARISI

imagesHz. Peyğəmbər (səv) möminlə bal arısı bənzərliyini qısa və mənalı bir şəkildə belə ifadə etmişdir: “İzni və qüdrətiylə yaşadığım Allaha and içirəm ki, mömin, təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir”. (Əhməd b. Hənbəl, Müsned, 2/199 )

Heyvanlar arasında bal arısının arının xüsusi bir yeri vardır. Qurani Kərimdə Nəhl yəni “bal arısı” adlandırılan bir surə vardır. Arı Allahın vəhyinə yəni ilhamına vəsilə olmuşdur. Rəbbimiz ona bal ürətmə sənət və qabiliyyətini ən güclü şəkildə vermişdir. O da möcüzəvi bir şəkildə pətəyi hörmüş, içini şəfa qaynağı olan balla doldurmuş və bizlərə təqdim etmişdir. Arıyla əlaqədar olaraq Allahu təala belə buyurmuşdur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır! (Nəhl , 68-69)

Arı eyni zamanda çalışqanlığın və nizam-intizamın də simvoludur. Çox çalışan insana “arı kimi çalışır” deyilir. Arılar camaat halında çalışarlar, təsbitlərə görə bir arı tək başına ancaq iki və ya üç gün yaşaya bilər, iki arı isə birlikdə bir həftə müddətində həyatda qala bilər. Bir şanda təxminən əlli-altmış min arı mövcuddur. Qırxdan az arı ilə pətək meydana gəlməz. Bu vəziyyət, birliyin güc və bərəkətini göstərər.

Balın meydana gəlməsi üçün böyük əmək və intizama ehtiyac vardır. Yarım kilo bal əldə etmək üçün 37 min arının gətirdiyi çiçək tozuna ehtiyac vardır. Uzun məsafələrə uçmaq, faydalı çiçəkləri seçmək, heç çaşmadan eyni yuvaya dönmək, maraqlı bir iş bölümü içində bal hazırlamaq ancaq Rəbbimizin ona verdiyi qabiliyyət və ilahi ilhamla mümkündür. Bu gözəl işi başqa cür izah etmək mümkün deyil.

Təmiz yemək, təmiz yedirmək, qırıb dağıtmamaq, ilahi vəhy və ilhama uyğun olaraq hərəkət etmək necə ki, arının şüarı isə, halal qazanıb halal yemək, halal və təmiz ikram etmək, qazanarkən başqalarını narahat etməmək, olduğu yerin nizamını pozmamaq da möminin şüarıdır. Kamil bir mömin, bal arısı kimi Rəbbimizin göstərdiyi tərz və istiqamətdə hərəkət edər, həm özü həm də başqaları üçün faydalı işlər və xidmətlər ortaya qoyar. Arının təmiz şəkildə meydana gətirdiyi bal necə şəfa isə, möminin halal yollarla qazanıb gətirdikləri də şəfadır. Haramlar isə zəhər hökmündədir, fərdin və cəmiyyətin mənəvi nizam-intizamını korlayır, zərəri nəsildən nəsilə yoluxar. Haramın binası olmaz deyərlər. Ruhun qidası təmiz inancdırsa, bədənin qidası da təmiz və halal yeməklərdir.

Uca Rəbbimiz bizlərə halal yollardan qazanıb halal yollara xərcləməyimizi əmr etməkdədir: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”. (Bəqərə 168) “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin”! (Bəqərə 188” O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”” (Əraf , 157 )

Mömin arı kimi çalışqan olmalıdır. Lazım gələrsə halal qazanc üçün uzaq məsafələr qət edər. Belə davranması Allahu təalanın əmridir.” Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! “ (Mülk 15)

Qazancın halal olması minimum şərtdir. Bunun yanında təmiz və keyfiyyətli olması da lazımdır. Ümumiyyətlə bal şifalıdır. Lakin ətraf mühit və bitki xüsusiyyətinə görə balın keyfiyyəti və şəfa nisbəti fərqlidir. Şam balıyla çiçək balı eyni ləzzəttə deyil . Bunun kimi qazanc və qidalar nə qədər halal, təmiz olarsa, əldə edilmə yolları nə qədər qanuni olarsa fayda və bərəkəti də o qədər çox olar. Ən xeyirli qazanc əl əməyi və alın təri ilə əldə edilən qazancdır. Hz. Peyğəmbər (səv) belə buyurmuşlardır: “Heç bir kimsə əlinin əməyi ilə qazandığı yeməkdən daha xeyirli bir şey yeməmişdir. Şübhəsiz ki, Allahın peyğəmbəri olan Davud (əs) da öz əlinin əməyini yeyərdi. (Buxari Buyu 15)

Halal qazancın bir çox yolu vardır. Fermerlik, heyvandarlıq, fəhləlik, müəllimlik, həkimlik, vəkillik, dərzilik, bərbərlik, misgərlik, ticarət, sənaye, turizm, vs. Buna müqabil haram qazancın da bir çox yolu vardır. Faiz, spirtli və narkotik ticarətindən əldə edilən gəlirlər, fahişəlik, terror, qaçaqçılıq, oğurluq, qəsb, qumar yoluyla təmin ediləm gəlirlər, çəki və ölçüdə hiylə etmək, donuz ticarəti kimi yeyilməsi haram olan qidaların satışından qazanılan gəlirlər. Falçılıq, kahinlik, müştərini aldatmaq, hiyləli və saxta məhsul satmaq kimi qeyri-qanuni yollarla qazanc, yetim malı yemək vs. Bütün bu qazanclar haramdır. İnsan ruhunu zəhərləyən şeylərdir. Adamın qazancı, yeyib- içtikləriylə mənəvi həyatı arasında əlaqə vardır. Haram qazanc sahibləri həm insanlar, həm də Allah tərəfindən sevilməz. Belələrinin duaları da qəbul edilməz. Hz. Peyğəmbər (səv) bu mövzuda belə buyurmuşdur. “Allah yolunda səfərlər etmiş, üstü başı tozlanmış bir adam əllərini səmaya qaldıraraq “Ya Rəbbi, ya Rəbbi” deyə dua edir, yalvarır. Halbuki yediyi haram, içdiyi haram, qidası haramdır. Belə birinin duası necə qəbul olar”. (Müslim Zəkat 19)

Duası da oxu kimi hədəfindən çaşmayan Sad b. Əbi Vəqqas (ra) belə buyurmuşdur: “Qidam təmiz olsun ki duam da məqbul olsun”.

Halal qazanc sahibləri dinclik və bərəkət içində yaşayarlar. Haram yollarla əldə edilən sərvətlər həm sahibləri, həm də cəmiyyət üçün fəlakət səbəbidir. Əsl olan malın çox olması deyil, halal və təmiz olmasıdır. “(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.”(Maidə , 100 )

Zəkatı verilməyən, içində qul haqqı olan mallar da çirkli mallar hökmündədir. Zəkat və sədəqə həm malları təmizləyər, bərəkətləndirər, həm də sahiblərini xəsislik və həsəd kimi kirlərdən təmizləyər.

Demək olar ki, mömin bal arısı kimi təmiz olacaq, yediyi, yedirdiyi şəfa olacaq, Allahın qoyduğu qaydalara riayət edəcək, dağıdıb tökməyəcək, israf etməyəcək, arılar kimi çalışqan olacaq, birlikdən ayrılmayacaq, intizam üzrə yaşayacaq. Hər halı, Rəsulullahın bu tərifinə uyğun olacaq “Qazancı təmiz, içi düzgün, çölü düzgün olan, insanlara zərər verməyən, bildiklərini tətbiq edən, malının çoxunu infaq edən sözünün çoxunu isə söyləməyən kimsə nə gözəl kimsədir”. (Münziri, Terğib, 2/ 547)

Qarışqa da arı kimi çalışqan və təmiz bir heyvandır. Onun adıyla da Qurani Kərim də bir surə vardır. Qış yeməyini yaydan hazırlayar, israf etməz, intizamlı olar. Buna müqabil qidası pislik olan. İşi-gücü başqasına zərər vermək olan heyvanlarda vardır. Qidası pislik olanlar təmizlikdən və təmizlərdən xoşlanmazlar. Halal-harama diqqət edənlərlə etməyənlər də belədir. Qazancı haram olanlar pisliklə gıdalananlardır. Bunların ikramı da pislikdir. Halal qazanc sahibləri də arı və qarışqa kimidirlər. Yedikləri də, yedirdikləri də təmizdir. Bərəkət qaynağıdırlar.

Həmişə peyğəmbər əfəndimizin bu sözünə qulaq asaq: “Ey insanlar! Allah təmizdir, gözəldir, ancaq təmiz və gözəl olanı qəbul edər. Allah, peyğəmbərlərə əmr etdiklərini möminlərə də əmr etmişdir. Necə ki allahu təala: “(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” ( Muminun 51) “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!”(Bəqərə 172 ) deyə əmr buyurmuşdur.

Kim nəyə bənzəmək istəyirsə onu nümunə götürsün. Rəbbimiz bizləri içiylə çölü təmiz olanı, təmiz yeyib, təmiz yedirən, təmizlərin yurdu olan cənnətə namizəd olan qullarından etsin. Amin …

MƏNBƏ:

ALTINOLUK

Read Previous

ATA SEVGİSİ UŞAĞIN İNSAN KİMİ FORMALAŞMASINDA ÇOX BÖYÜK ROL OYNAYIR

Read Next

BU DAVRANIŞLAR İNSANI AİLƏSİNDƏN UZAQLAŞDIRIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.