• 29 Mart 2024

Möminin duası necə olmalıdır

duaMömin, qulluq həyatında duanın çox mühim bir yeri olduğunu idrak edərək, hər zaman “Allahdan bağışlanma istəyin” (Buxari, Cihad, 112) əmrinə uyğun hərəkət etməlidir. Çünki Həzrəti-i Əbu Bəkir (ra)-ın buyurduğu kimi: “Allahdan əfv və afiyət istəyin! Heç kimsəyə, həqiqi bir imandan sonra afiyəttən daha fəzilətli bir şey verilməmişdir”. (Tirmizi, Dəavat, 105/3558)
Cənabi-Haqq buyurur:
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”(Bəqərə, 186)
Rəsulullah (sav) buyurdu:
“Bir möminin digər bir möminə qiyabi etdiyi duadan daha tez qəbul edilən heç bir dua yoxdur.” (Tirmizi, Birr, 50/1980)
Fəxri Kainat Əfəndimiz (səv):
“-Bir Qul günah olan və ya qohumu ilə arasındakı qırğınlığa yol açan bir şeyi istəmədikcə,  yaxud tələsmədikcə duası qəbul olunur.” Buyurmuşdu.
“Ya Rəsulallah! Tələsmək nə deməkdir? “Deyə soruşdular.
Allah Rəsulu (sav):
“-Qul; «Nə qədər dua edirəm , ancaq Rəbbim duamı qəbul etmir.» Deyir. Duasının dərhal qəbul edilməməsi səbəbiylə bezər və duanı tərk edər. (Bax o zaman tələsmiş olar.) “Cavabını verdi. (Müslim, Zikir, 92)

Read Previous

Moskvada Quran oxuma yarışı keçirilib

Read Next

Məhərrəm ayı nə vaxt başlayır? (QMİ) fətva verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.