• 08 Dekabr 2019

Müqəddəs Kəbə evinin açarı dəyişdirilib

thumb_kebe_acariMəkkədə müqəddəs Kəbə evinin açarının dəyişdirilməsi və yuyulması mərasimi keçirilib.

İslam.az-ın verdiyi xəbərə görə, mərasimdə iştirak edən Məkkənin valisi Xalid Feysəl Kəbənin açarını onun xidmətçisi Əbdül-Qadir Şeybiyə verib. Bu mərasimdə İslam ölkələrindən gələn bir sıra qonaqlar və nazirlər də iştirak ediblər.

Kəbə evinin yeni açarı xalis qızıldan hazırlanıb və onun üzərində Qurani-Kərimin Maidə surəsinin 97  və Ali-İmran surəsinin 96-cı ayələri, bir sıra zikr və dua yazılıb.

Bildirək ki, Kəbə evinin zəmzəm suyu və İrandan gətirilmiş xüsusi gülabla yuyulması mərasimi ildə iki dəfə keçirilir və mərasimdə Səudiyyə Ərəbistanının kralı şəxsən iştirak edir.

mənbə:

islam.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 55 dəfə.

calal calalov

Read Previous

Valideynlər bu xəbəri mütləq oxusun! Azərbaycanda uşaqların internet klublarından istifadəsi məhdudlaşdırılır

Read Next

61 YAŞINDA HAFİZ OLDU.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.