• 29 Mart 2024

Müsəlmanların Facebook-u olacaq

muslimfaceMisir KİV-lərinin yaydığı məlumata görə, yaxın həftələrdə müsəlmanlar üçün yeni beynəlxalq sosial şəbəkə işə salınacaq.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, “Muslimface” adlanan sosial şəbəkə müsəlman iş adamları tərəfindən yaradılır. Layihə artıq Böyük Britaniya ərazisində “Muslimface Limited” şirkəti kimi qeydiyyata alınıb.

“Muslimface” sosial şəbəkəsi başqalarından kontentinin islami dəyərlərə və qaydalara uyğun olması ilə fərqlənəcək. Saytdan başqa dinə etiqad edənlər də istifadə edə bilərlər. Sayt bir neçə dildə, o cümlədən ingilis, ərəb, türk, fars və s. dillərdə təqdim olunacaq.

“Muslimface” saytını yaradanların fikrincə, yeni sosial şəbəkə müsəlmanlara həm dindaşları, həm də başqa dinlərin nümayəndələri ilə əlaqə yaratmağa, habelə aktual məsələlərə dair fikir mübadiləsi aparmağa kömək edəcək. Özü də bütün bunlar İslam etiketi çərçivəsində olacaq.

Sosial şəbəkədə dindarların heysiyyətini təhqir edən və əxlaq normalarına uyğun gəlməyən materiallar yerləşdirmək qadağan ediləcək

Mənbə
ANSPRESS

Read Previous

Məscid ədəbləri (cümə xütbəsi)

Read Next

Mart 2015

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.