• 19 Mart 2024

Müsəlman turistlərin üstünlük verdiyi ölkələr

m_muselman-turisr
Müsəlman turistlərin ən çox getdiyi tətil ölkəsi Malayziyadır. “Crescentrating” adlı səyahət şirkətinin apardığı araşdırmada Malayziya, müsəlman turistlərin dini ehtiyac və istəklərini ödəmək baxımından ən yaxşı tətil mərkəzi elan edildi.
Malayziya 10 ballıq qiymətləndirmə sistemilə 8,3 bal, Misir isə 6,7 bal aldı.

Araşdırmaya əsasən Türkiyə də müsəlman əsilli turistlər üçün tətil keçirməyə uyğun ölkələrdən biridir. Çünki bu sahədə reytinq balı 6,6 olan Türkiyə, eyni balı alan Birləşmiş Ərəb Əmirliklərilə birlikdə üçüncü sıradadır. 6,4 bal alan Səudiyyə Ərəbistanı 4-cü, 6,3 bal alan Sinqapur isə 5-ci sıradadır.

Tətil keçirilən yerlərdə namaz qılmağa uyğun ibadətxanaların və halal qidanın olması, yaxud məhrəmliyə verilən əhəmiyyət kimi meyarlara uyğun hazırlanan siyahıda 50 müsəlman ölkəsinin adı vardır.

İstanbuldan daha yaxşısı yoxdur…

Digər tərəfdən araşdırmanın şəhər əsaslı versiyasında İstanbul siyahıda birincidir. Əsasən alış-veriş mərkəzlərinin, müsəlman turistlərin ehtiyaclarını ödəməsi baxımından hazırlanan bu ikinci siyahının birinci sırasında Türkiyənin ən böyük və ən izdihamlı şəhəri olan İstanbul qeyd edildi.

İkinci sırada Səudiyyə Ərəbistanının Ciddə şəhəri, üçüncü Sinqapur, dördüncü Misirin paytaxtı Qahirə, beşinci isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi vardı. Qərbin əsas şəhəri olmasına baxmayaraq, İngiltərənin paytaxtı London da bu siyahının ilk onluğunda qeyd edildi.

/din.az/

Read Previous

Dünya Onunla Şərəfləndi

Read Next

Şeyx Şamil (1797-1871)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.