• 28 Mart 2024

Müsəlmanın həyatını gözəlləşdirən 14 tövsiyə

guzel yasamakDünyaya bir mülklə gəlmədiyimiz kimi, dünyadan da bir mülklə ayrılmayacağıq. Qəbrimizə əməllərimizlə gedəcəyik. Sədəqələrimizlə, ibadətlərimizlə, qulluğumuzla sonsuzluğun səyyahı olacağıq. Bu fani dünyada acgöz nəfsimizin bitib tükənmək bilməyən arzu və ehtiraslarına müqavimət göstərmək lazımdır. Beləliklə, ən çox təfəkkür edib düşünəcəyimiz şey, son nəfəsimiz və sonrası olmalıdır. Beləliklə müsəlmanın həyatını gözəlləşdirmək üçün etməsi lazım olan 14 tövsiyə.
1- Hüzurlu bir qəlbə sahib olmaq üçün bu qoca dünyada özünüzü yalnız və çarəsiz hiss etməyin. Yaradıb yaşadan Allahu təala ilə olduğunuzun şüurunda olun. Səhvlərinizin həcmi nə olursa olsun şeytan sizi, Allahın rəhmətindən qovulmuş bir insan görünüşündə saxlamasın. Çarəsiz deyilik, imtihandayıq. Başıboş deyilik, daim nəzarətdəyik. “Nə olursa olsun mən Rəbbim ilə bərabərəm. Qovulsam da qapım Onun qapısıdır. Əsla tək deyiləm.” Deyə düşünün.
2- Həyatınızı balanslı yaşayın. Ruh və bədəndən ibarət olduğunuzu unutmayın. Ruhun və bədənin ehtiyaclarını bir-birinə yedirtməyin. “Balanssızlıq din adına da olsa yanlışdır.”
3- Qul haqqına diqqət edin. Nə zülm edin, nə də zülmə boyun əyin! Zülmə tamaşaçı belə olmayın, lənətə ortaq olarsınız. Ətrafınızdakılar, ailəniz, uşaqlarınız və digər insanlar sizdən heç bir haqq tələb etməsinlər. Halallıq sizə görə deyil onlara görə olsun. “Qul haqqı bir müsibətdir!”
4- İş həll etmək üçün çalışın. Sınamaqdan çəkinməyin, yorulmayın. Qədəri də unutmayın. Üzərinizə düşəni etdikdən sonra gerisini Allaha həvalə edin. “Qəfəsin böyüklüyünə aldanmayın. Qədər bizi başdan sona əhatə etmişdir.”
5- Ən güclü sərmayəniz ailənizdir. Onu israf etməyin. Özbaşına bir halda də buraxmayın. Kiçik, amma həqiqi bir sığınacaqdır ailəniz. Şəxsiyyətinizi və səviyənizi göstərən ən gerçək göstərici də ailənizdir. Bütün insanlığın yox olduğunu və sizin ailənizin Nuhun gəmisi olduğunu var sayaraq çalışın, didinin. Uşaqlarınızı səmimi bir mömin olaraq yetişdirməyi düşünün. Uşaqlarınıza kiçik hədəflər göstərməyin. Oynayarkən belə böyük oynasınlar. Uşaqlarınızın səhvlərini gözünüzdə böyüdüb durmayın. Şeytan uşaqlarınızı sizdən soyudacaq bir yol tapmasın. Nə etsə etsinlər, sizin qanadlarının altında olsunlar. Ailənizdəki fərdləri olduqları kimi qəbul edin. Olduqları mövqenin ən yaxşısı olmaları üçün çalışın.
6- Xəyalçı olmayın. Gerçəkləri qəbul etməkdə çətinlik çəkməyin. İşlər bizim istədiyimiz kimi deyil, bizim üçün istəndiyi kimi olacaq.
7- Sağlamlığınızı qoruyun. Xəstəlik səbəbi olan şeylərdən uzaq durun. “Yediyiniz içdiyiniz həm halal, həm də təmiz olsun.”
8- Əsla yalnız qalmayın. Dünya vəhşi bir yerdir. Dostlarınız, qardaşlarınız və camaatınız olsun. Saleh insanları axtarın. Onların yanında oturub onlara baxmaqdan ibarət olsa belə onlarla birlikdə olun. Onların dəyərini təqdir edin. Qüsursuz dost axtarmayın. Olduğunuz yerdə vəzifə alın. “Sırf Allah üçün sevə bilmək və seviləbilmək bütün zamanların ən qiymətli ibadətlərindəndir.”
9- Səbir silahını qurşanmış olun. Ancaq səbr edənlər sonunda qazanacaqlar. Çətinliklər rahatlıqların gəlməsinə maneə törədə bilməz. “İnşirah” surəsini xatırla. “Edə bildiyiniz qədər deyil lazım olduğu qədər səbr edin.”
10- Quran-ı Kərimə sarılın. Onu oxuyun. Sirlərini öyrənməyə çalışın. Yayılıb böyüməsinə üçün səy göstərin. Əsla onu yalnız tətillərdə uşaqlarına öyrətmək kimi hiyləgər bir xəyanət düşməyin. Nə varsa, nə yoxsa yalnız O. “Quran, Allah ilə aramızdakı ən güclü bağdır.”
11- Başda namaz olmaq üzrə sabit və nizamlı bir ibadət həyatınız olsun. “İmanınız pas tutmasın.”
12- Dua və zikrə vaxt ayırın. Ruhunuz istirahət etsin, ucalsın. “Ey Rəbbim! Allahım!” Deyərkən bütün kədərlərinizi unudacağınız vaxtı axtarın. “Dua və zikr qidadır.”
13- Sədəqə verən Müsəlman olun. Maldan verin, bədəndən verin. Dillə verin, könüllə verin. Verəcək şey tapın, təbəssüm edin. “Verən əl, alan əldən üstündür.”
14- Allaha dəvət işlərinə qatılın. Hər möminin edə biləcəyi, o etməzsə əksik qalacaq bir çox işlər vardır. “Edəcək olan üçün iş çoxdur.”

Mənbə:gencdoku.com

Read Previous

Namaz möminin meracıdır

Read Next

Allah yolunda xərcləmək (video)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.