• 19 Mart 2024

Müsəlman ata-ananın vəzifəsi

musluman_anne_babanin_vazifesiHəyatın sadəcə bu dünyadan ibarət olmadığına inanan və uşaqlarını həqiqətən sevən ana atalar, nə olursa olsun, onları Allah, Peyğəmbər sevgisi və din məlumatıyla məlumatlandırmalıdırlar. Belə olduğu zaman valideyinlər, vəzifələrini yerinə yetirmiş, balalarının gələcəyini hazırlamış olarlar.
Uca Allah buyurur: “Ey iman edənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (Təhrim,6)
Rəsulullah (səv) “Heç bir ana-ata uşağına İslam ədəbindən daha qiymətli bir hədiyyə verə bilməz.” (Tirmizi, Birr 33) buyurur.
Bu gün, İslamiyyətdən əvvəlki cahiliyyə dövründə olduğu kimi, uşaqları diri-diri torpağa basdırma adəti qalmamışdır, amma, onların ruhlarını aç buraxma və beləcə onları layiq olmadıqları bir ölümün qucağına atma adəti davam etməkdədir.
Görəsən uşaqlarını ən yaxşı məktəblərdə oxudan və onları yaxşı bir peşə sahibi edən ana-atalar, balalarını həyatın əzici, bezdirici fırtınalarına qarşı qoruya bilirmi? İnsanı çarəsiz, müdafiəsiz, gücsüz və dayaqsız buraxan fəlakətlər və zərbələr qarşısında nəyə sarılaraq ayaq üstə dura biləcəyini də öyrətmiş olur mu?
İnsanın ruhunu alt üst edə biləcək hadisələr qarşısında ona dayanma və müqavimət gücü verən dindir. Hər şeyin Allahdan gəldiyini, O istəmədən heç bir şeyin olmayacağını bilmək, hər an uca bir qüdrətin onu gördüyünü hiss etmək insana həm həyatda yaşama istəyi, həm də özünə nəzarət etmə əzmi verir.
Mənəvi tərbiyə ilə bəslənən ruhlar, insanı sarsıdan hadisələr qarşısında təslim olmaz. Güvəndiyi kəslər tərəfindən aldadılmaq, işini itirmək, sevdiklərini itirmək və həyatda tək qalmaq insanda dərin yaralar açsa belə, Allaha və əbədi bir həyata olan imanı ona dayanma və müqavimət gücü verir.
Həyat bu dünyadan ibarət olmadığı kimi, fəlakətlər də dünyada başa gələnlərdən ibarət deyildir. Ən böyük yoxsulluq “uşaqların belə saçlarını Agardan” [əl-Muzzəmmil (73), 17] o hesab günündə əli boş qalmaqdır. Ən əhəmiyyətli məsələmiz uşaqlarımızın axirət həyatında yaxşı bir yeri qazanmalarını təmin etmək olmalıdır. Çünki orada insanı gözləyən ağrılar, fəlakətlər, dünyadakı talehsizliklərlə müqayisə edilə bilməyəcək qədər qorxuncdur.
Elə buna görə də uşaqlarımızı yaxşı bir müsəlman olaraq yetişdirmək, dünyada xoşbəxt, axirətdə bəxtiyar olmalarını təmin etmək ən əhəmiyyətli məsələmiz olmalıdır. Övladlarımızı bu səadətdən məhrum etmək, onları öz əllərimizlə cəhənnəmə atmaqdan fərqsizdir. Uşaqlarını yaxşı bir müsəlman olaraq yetişdirməmək, onları diri-diri torpağa basdırmaqdan daha betərdir.

Mənbə:islamveihsan.com

Read Previous

Bir mağarada yaşananlar

Read Next

Arakanda Müsəlmanlar yandırılaraq öldürüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.