• 16 İyul 2019

Müsəlmanın lüks yaşamaq ölçüsü necə olmalıdır?

luksZamanımızın amansız xəstəliklərindən olan bədxərclik, acgözlük, lüks və göstəriş kimi israflar, bizlərə nümunə olan olan Rəsulullah (səv) əfəndimiz və əshabının tanımadığı bir həyat tərzidir. Çünki onlar; “gedəcəkləri həqiqi evlərinin qəbir olacağı” şüuru içində yaşayır, yeyib içdiklərini, geyinib tükətdiklərindən mütləq hesaba çəkiləcəklərini heç bir zaman unutmurdular.
Lüksün sərhədi, təqvadır. bunu unutmamaq lazımdır ki, mülk, Allahındır. Bu mülk bizə əmanətdir. Maddi cəhətdən bizdən kasıb olan kəslərdən biz məsuluq. Bizdə var, onda yoxdur. Demək ki, bizim, onun ehtiyacını təmin etməyimiz lazımdır. Bu anlayışın, hər mömində mütləq olması zəruridir. Mülkü istifadə etmə sənətinin ən gözəl yolu budur.
Bir möminin ürəyi sanki mənəvi bir rentgen halına gəlməlidir. Kimlərdən məsul olduğunu onların simalarından bilməlidir. Bu məsuliyyətinə diqqət etməli və halını ərz edən möhtacı dinləyə bilməlidir. Lakin iffəti səbəbindən istəyə bilməyəni də gedib tapmalıdır. Özünə bir şeylər almaq üçün dükan dükan gəzirsə, Məsul olduğu kasıb və füqəranı tapmaq üçün də dolaşmalıdır. Mülk Allahın bizə əmanətidir. Buna görə də israf edilmədən yaşanmalıdır. Sənə aid olmayan bir malı, necə ola bilər ki, öz istədiyin kimi istifadə edə bilərsən? Bu, əmanətə xəyanət olmaz mı?
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!(əl-Bəqərə, 273)
Bir müsəlman, dini məsuliyyətlərini yerinə yetirdikdən sonra istədiyi kimi xərcləmə azadlığına sahib deyil. Bir mömin, dünyada halal-haram çərçivəsi içində azaddır. Bu qanunların xaricinə çıxdığı zaman, nəfsani arzularının əsiri olur. Daha əvvəl də ifadə etdiyimiz kimi, mömin nə qədər çox qazansa qazansın, özü üçün kifayət miqdarıyla kifayətlənib qalan malını axirət sərmayəsi edə bilmək səyi içində olmalıdır. Çünki ehtiyacdan çox xərcləmək israf, hər şeyi öz nəfsinə həsretmək də xəsislikdir. Cənabi-Haqq, bu iki mənfi haldan də qurtularaq balanslı bir comərdliyi əmr edər. Ayəti-kərimədə buyurur:

“(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.”(Əl-Bəqərə, 219)
Rəsulullah (səv) əfəndimizə qənimətlərin beşdə biri gəlirdi, istəsə çox zəngin bir həyat sürə bilərdi. Lakin O, kasıb və zahidanə bir həyatı, könüllü olaraq seçər, kifayət miqdarı ilə kifayətlənər, geriyə qalannını infaq edər, beləcə şükredən zənginlərə nümunə olardı. Evində sudan başqa heç bir şeyin olmadığı zamanlarda da səbir və şükür halıyla şükredən kasıblara canlı bir nümunə olardı.
Bir gün əshabi-kiram, Peyğəmbər Əfəndimizin yanında dünyadan bəhs etdilər. Bunun üzərinə Peyğəmbərimiz (səv):
“Siz eşitmirsinizmi, siz eşitmirsinizmi? Sade yaşamaq imandandır, sadə yaşamaq imandandır. “buyurdu. (Əbu Davud, Tereccül, 1/4161; İbn-i Macə, Zühd, 4.)
Rəsulullah (səv) Əfəndimiz buyurdu:
“Həqiqi kasıb, ehtiyacını aradan qaldıracaq bir şey tapa bilməyən və halını anlayıb ona kömək edəcək biri olmayan, lakin (buna baxmayaraq) xalqdan bir şey istəyə bilməyən (möhtaclardır) kimsədir.” (Buxari, Zəkat, 53)
Yenə Əfəndimiz (səv) insanın ehtiyaclarını qarşılamadakı sərhədləri bildirmək üzrə: “israfa və qürura düşmədən yeyin, için, geyinin, sədəqə verin.” (Buxari, Libas, 1.) buyurmuş, digər bir hədisi-şərifdə isə:” Canının istədiyi və arzu etdiyin hər şeyi yeməyin, şübhəsiz israfdır! “xəbərdarlığını etmişdir. (İbn-i Macə, Ətimə, 51.)
Xalq arasında “acgözlük” olaraq bilinən bu hal, dinimizcə rədd edilmişdir. Yenə bu hal, çox imkana sahib olmanın, çox xərcləməyə icazə vermədiyini də ortaya qoymaqdadır. Çünki Həzrəti Əli radıyallahu anhın buyurduğu kimi: “Zənginlər israf etdiyi ölçüdə, cəmiyyətdə insanlar ac qalar!”
Yahya bin Muaz, dünyaya həddindən artıq düşkün bir İslam hüquqçusunu gördüyündə ona bu xəbərdarlığı edir:
“Ey elm sahibi adam!
– Köşkləriniz, Bizans imperatorlarının köşklərinə,
– Evləriniz, İran hökmdarlarının evlərinə,
– Yaşadığınız məskənlər, Qarunun yaşadığı saraylara,
– Qapılarınız, Talutun qapısına,
– Paltarlarınız Calutun bəzəkli paltarına,
– Həyat tərziniz, şeytanın həyat tərzinə,
– Yox oluşunuz, inkarçıların yox olmasına,
– Rəhbərliyiniz, Fironun rəhbərliyinə,
– Hakimləriniz, tələsikçi və rüşvətçi hakimlərə,
– Ölümünüz cahiliyyə ölümünə bənzəyir.
Bəs Məhəmmədilik bunun harasındadır?! ”
Həqiqətən zamanımızın amansız xəstəliklərindən olan bədxərclik, acgözlük, lüks və göstəriş kimi israflar, nbizlərə nümunə olan olan Rəsulullah (səv) əfəndimiz və əshabının tanımadığı bir həyat tərzidir. Çünki onlar; “gedəcəkləri həqiqi evlərinin qəbir olacağı” şüuru içində yaşayır, yeyib içdiklərini, geyinib tükətdiklərindən mütləq hesaba çəkiləcəklərini heç bir zaman unutmurdular..
Çünki Cənabi-Haqq:
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (Ət-Təkasur, 8) buyurmaqdadır.
Şeyx Sədi-i Şirazi buyurur:
“Allah dostları, çox vaxt, kimsənin uğramadığı dükanlarda alış-veriş edərlər.” Yəni onlar, qəribləri axtarıb tapar, kimsəsizlərin kimsəsi olur, məzlumların dərdiylə dərtlənir, iffətindən dolayı çəkinib ehtiyacını ərz edə bilməyən möhtacları simalarından tanıyırlar.
İslam, “İstədiyin kimi qazan, istədiyin kimi xərclə!” Şəklində bir anlayışı əsla qəbul etməz. Çünki müsəlman, dünyanın gedişindən məsuldur. Səhabə, bu məsuliyyəti yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edib Çinə, Səmərqəndə, Afrikanın ortalarına, dünyanın ucqar nöqtələrinə qədər getdi. Maddi olaraq zəkatın nisabını bilə bilərik. Lakin sərvət xaricində də Rəbbimizin bizə lütf etdiyi nemətlərin nisabını, şükür borcumuzun miqdarını bilmirik. Bu səbəblə səhabə, var gücüylə son nəfəsinə qədər fədakarca bir xidmət və infaq həyatı yaşadı. Durmadı, yorulmaq bilmədi, dinlənmədi. Vəda Haccındakı yüz iyirmi min səhabələrdən yalnız iyirmi mininin Məkkə və Mədinədə dəfn olması, diğərlərinin isə “əmr bil-maruf və nəhy anil-münkər” eşqiylə dünyanın dörd bir bucağına dağılmış olması, bizlərə məsuliyyətimizi xatırladan bir ibrət güzgüsüdür.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 86 dəfə.

calal calalov

Read Previous

18 milyonu İslama gətirən, dünyanı silkələyən “Çağrı” filmi haqda şok faktlar

Read Next

Oktyabr 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.