• 19 Mart 2024

Musiqi dinləmək haramdırmı?

Musiqinin dindəki hökmü İslam aləmində ixtilaf və mübahisə doğuran bir mövzudur. Bütün tərəflərin dəlil və əsaslarına nəzər salıb təhlil etdikdən sonra bir çox elm əhli belə bir qənaətə gəlıb ki, heç kəs musiqinin bir mənalı halal və ya bir mənalı haram olmasını iddia edə bilməz. Bu barədə deyilən sözlər deyənlərin şəxsi rəyi olub qəti hökm təşkil edə bilmir. Gətirilən dəlillərə gəldikdə, bunlar qətilik və dəqiqlik baxımından beş vaxt namazın, Ramazan orucunun fərz olması və ya alkoqollu içkilərin haramlığının hökmündən çox uzaqdırlar.

 

Musiqi haqqında söylənənləri bir neçə bölümə ayırmaq olar.

 

1. Sözlərində əxlaqsızlıq, nalaiq, həyasızlıq, biədəblik olan insanları da buna dəvət və sövq edən və  mətnində küfr qünah kimi sözlərin olması.
Bu mövzuda bir məsələ haqqında fikir birliyi vardır. Bu növ musiqilər qəti  və birmənalı haramdır. Bunların haramlığı əslində ümumi mənadadır. Yəni, bu kimi sözlər istər nəğmə, istərsə də söhbət, yazı, şeir şəkilində olsun, hər halında haramdır.

 

Bir məsələ var ki, söhbətdən fərqli olaraq, bu kimi haram sözlər nəğmə şəklində olduqda haramlıq dərəcəsi daha da artar. Ələxüsusda bu nəğmələr musiqi əlatləri ilə muşayət edildikdə. Çünki belə olduqda, cəlb edici musiqi sayəsinda haram sözlər daha da cəlb edici olub, xatirələrdə həkk olunur və əzbərlənməsi sürətlənir.

 

2. Yuxarıdakı növə aid olmayan (Mətnində haram sözlər olmayan) musiqi növləri.

 

a) Musiqi aləti olmadan oxunan nəğmələr.

Alimlərin əksəriyyəti bunun icazəli olduğunu söyləmişdir.

 

b) Musiqi əlatlərinin müşayət olunması ilə oxunan nəğmələr.

Bu barədə kimi icazəli, kimi haram olduğunu söyləmişdir. Bununla bərabər simli alətlər və zurna qaval kimi nəfəs alətlərilə müşayət olunan nəğmələrin haram, dəf kimi zərb alətləri ilələ müşayət olunan musiqilərin isə caiz (icazəli) olduğunu söyləmişlər.

 

c) Bayramlarda, toy və digər əlamətdar günlərdə (məs. bir adamın uzaq səfərdən qəlməsi, uşaqın doğulması və s.) oxunan nəğmələr.

 

Əksər alimlər qoyulan hədləri aşmamaq şərti ilə bunun icazəli olduğunu söyləmişdir. Hz. Aişə deyirki, bir gün yanımda iki qız uşağı oxuyurdu, və bu zaman atam Abu Bakr qəldi, və: “Allah Rasulunun evində şeytan zurnasımı?” Bu vaxt Rasulullah müdaxilə edərək: “Burax onları əylənsinlər” – dedi. (Buxari, Muslim)
Əl Kuşeyri dedi ki, Peyğəmbər (s.a.v) Mədinəyə gəldiyi gün qarşısında dəf vurulmuşdur. Əbu Bəkr bunu əngəlləmək istədikcə Rasulullah (s.a.v) belə buyurdu: “ Dəymə onlara ey Əbu Bəkr. Ta ki, yahudilər bizim dinimizin geniş olduğunu bilsinlər” Bu qızlar dəflərə vuraraq belə oxuyurdular: “Biz Bəni nəccar qızlarıyıq, Muhamməd qonşuların ən gözəlidir.”( Kurtubi, Təfsir)
Yenə, döyüş əsnasında savaşanların əhval-ruhiyyəsini qaldıran,  haram olmayan mahnıların icazəli olması haqqında görüşlər söylənmişdir. Xəndək savaşında xəndək qazılarkən Əncəşə ilə Sələmə bin Əkvanın oxuduqları bu qəbildəndir. İbnul Arabi deyir ki, savaş təbili çalmaqda bir qəbahət yoxdur, çünki bu əsgərlərə səbat, düşmənlərə qorxu verir.

Müəyyən hududlar və şərtlər içərisində musiqiyə izin verənlər fikirlərini belə əsaslandırırlar:
Nəğmə oxumaq əsas etibarı ilə caizdir (icazə verilir). Çünki bunu haram edən qəti və açıq hökm qəlməmişdir. Haramlığına dəlalət edən “səhih deyil” (etibar baxımından qüvənilməsinə əsəs verən amillərin zəif olması) və ya uydurulmadır. Səhih olanlar isə öz özündə açıq haram hökmünü ifadə etmir. (Bu Abu Bəkr əl-Arabi, ibn Hazm, imam Gazali, İbni an-Nagvanin görüşüdür)

Bu belə olduqda (yəni əgər musiqinin haramlığına dair bütün əsas və dəlillər dəqiq və qəti subutlara dayanmırsa) onda Allahın yaratdığının əsasında qoyduğu “hər şeydə əsil olan onun mübahlığıdır (haram olmaması)” qaydası qüvvəyə minir. Buna şəriyyətdə “Əl-əslü fil-əşyəyi əl-ibəhə” qaydası deyilir.
Bütün yuxarıda qeyd edilənlərdən anlaşıldığına qörə, bir çox elm əhlinin fikrincə, müəyyən şərtlər çərçivəsində musiqi haram deyil. Məhdudiyyəd və şərtlər barəsində isə bunlar söylənmişdir: “Mahnının sözləri İslam qaydalarının əleyhinə olmamalıdır”.
Məs. “Doldurun qədəhləri, için şərabları…”
İçki haramdır. Rasulullah buyurur: “İçkinin özü də, onu daşıyan da, içən də, içirdən də, satan da, alan da, istehsal edən də, daşıyan və daşıtdıran da, onun qazancından əldə edilən pulla yaşayan da lənətlənmişdir” (Əhməd, Təbərani, Abu Daud)

Bəzən mahnının sözləri zərərli haram olmur, amma oxuyanın səsi, hərəkəti, oxumaq tərzi insanda çirkin hisslər oyadır, imanı sarsıdır. Bu təqdirdə musiqi icazəli halından harama çevirilir.

“…Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın!”  (Əhzab, 32)

 

Məlum olduğu kimi, İslam hər sahədə hər cür həddi aşmağı, israfı qadağan edir. Buna qörə musiqi ilə əylənməklə vaxtı zay etmək insanın dindarlığını sarsıda bilər. Əyləncı səbəbiylə namazı qeciktirmək, vacib və ciddi olan işlərin yerini əyləncə ilə doldurmaq kimi əməllər qəflət və ifrat əməllərdən sayılır. Əqər musiqi insanda boş xəyallar və düşük istəklər oyadırsa bu təqdirdə insan ona qarşı bütün qapıları bağlamalıdır.
Heç şübhəsiz ki, bütün bu deyilənlər baxımından bu günki musiqilər əsasən dinimizin əmr etdiyi mənəvi sağlamlıq və əxlaq normalarından uzaqdırlar. Heyvani hisslərə qapanmaya, vəhşiliyə təşviq edən, bəzi rok, pop, rep və s. qərb musiqilərinə bunu örnək qöstərmək olar. Məsəslən, bu kimi musiqilər avtomobol sürənləri sehirlənmiş bir məcnun halına gətirib maşını qovmasına səbəb olur.

Digər tərəfdən bəzi növ musiqilər zina və bənzəri əxlaqsızlığa sövq edir. Bəzi növ mahnılar var ki, Allahdan başka hər şeyi və hər kəsi (məhəbbət, sevgili yar, vətən, ana, var dövlət) ilah səviyyəsinə qaldıraraq yalnız Allaha laiq olan övgü ilə onları övər. Heç şübhəsiz ki, ana da, vətən də sevilməyə layiqdir. Amma ana – ana kimi, vətən – vətən kimi… ,Allahda Allah kimi (ilahi məhəbətlə) sevilməlidir.

 

Bütün bunlar yuxarıdakı ifrat dərəcəli musiqi növlərindəndir. Bundan əlavə hələ yarıçılpaq qadınların bədən üzvlərini nümayiş etdirərək oxumaları da bu günkü yayğın musiqilərin növlərindəndir ki, bunların haramlığında şübhə yoxdur.

Nəticə olaraq bunu deyə bilərik ki, musiqi haqqında fərqli-fərqli fikirlər bildirilmişdir. Kimi haram olduğunu söylərkən, kimi də halal olduğunu söyləmişdir. Bunlarla yanaşı bir də müəyyən çərçivə və şərtlər  içində bəzi hallarda musiqi caizliyi (icazə verilməsi), bəzi hallarda isə haramlığı bildirilmişdir. Doğrusunu bilən Allahdır.

 

Read Previous

MERAC VƏ NAMAZ

Read Next

Yenidən Diriliş

2 Comments

  • Cox aktual bir meseleye toxunmusunuz. Ela. Bu meqaleni ozlerini selefi adlandiranlarin (vehabilerin) oxumasini daha cox isterdim…

  • SALAM.
    ALLAH(c.c)sizdən RAZI olsun.çox əla mövzu yazmısınız.Məncə ən yaxşısı,ümumiyyətlə dinləməməkdi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.