• 28 Mart 2024

Nə üçün yaşayırsınız???

agacCənabi-Haqq buyurur: “Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!”(Fatir, 5)
Rəsulullah (səv) buyurdu:
“Dünyada sanki bir qərib və ya bir yolçu kimi ol!” (Buxari, Riqaq, 3)
Əbu Bəkir Şibli, bir gün yolda gedərkən tapdıqları bir qoz üçün dalaşan iki uşaq görür. Şibli, bu qozu onlardan alıb:
“-Bir Az səbr edin, bu qozu ikinizə bölüşdürüm! ..” Deyər.
Sonra qozu sındırar, lakin qozun içi boş çıxar. Tam o sırada:
“-Əgər Həqiqətən bölüşdürüb qismət paylayan birisənsə, indi bunu bölüşdür!” Deyə bir səs gəlir. Şibli mahcub olur və:
“-Bütün bu davanız, içi boş bir qoz və quru bir« heç »üçünmüş! …” Deyər. (Attar, s: 661)
Bəli uğruna neçəə-neçə döyüşlərin yaşandığı dünya nemətləri də, həqiqətdə içi boş bir qoz kimidir. İnsan, fani həyat yuxusundan əcəl xəbərdarlığı gələndə oyanınca, onun nə qədər qısa, müvəqqəti və boş olduğunu anlayacaq. Bu fani aləmdə bir heç uğruna dözdüyü məşəqqətlər üçün peşman olacaq. Qəbirdə peşman olunacaq şeylər üçün dünyada insanların sanki bir-birlərini yemələri, nə qəmli bir aldanışdır!

Mənbə:islamveihsan.com

Read Previous

Böyük alim, Allah dostu Osman Nuri Topbaş əfəndidən uşaqlıq xatirələri

Read Next

Axirəti unudanlar axirətdə unudulurlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.