• 18 Noyabr 2019

Nəsihətdə fayda vardır

nasihatPeyğəmbər Əfəndimiz (s.ə.v.), Müsəlmanın müsəlman üzərindəki haqqlarından birinin din qardaşına səmimiyyətlə nəsihət etməsi, yoxluğunda yaxşılığını istəyib ona duaçı olması  olduğunu bildirmişdir. (Tirmizi, Ədəb, 1; Nəsai, Cənaiz, 52)

Müsəlmanın müsəlman üzərindəki bir haqqı olan nəsihət, din qardaşlığının bir gərəyidir. Bu səbəblə İslam tarixində, “nasihətnamə” növündə bir çox əsər qələmə alınmışdır. Bunlardan biri olan və miladi 11. əsrdə İranın Təbəristan və Gürgan əyalətlərində hökm sürmüş olan ziyar xanədanının hökmdarı Keykavus İbn İskəndərin qələmə aldığı nəsihatnəməsindən bəzi ibrətli seçmələri sizlərlə paylaşmaq istəyirəm:

“Allah Təalanın əmrinə uyğun olaraq şükür etsəniz, azlar çox yerinə keçər. Şəxsiyyətini, ana-atanın verdiyi unvan ilə deyil, öz doğru mövqeyinlə qazanmağa çalış! Çünki anan və atan sənə Əhməd, Məmməd kimi adlar vermişdir. Halbuki sənin qazandığın ad və ünvan; sənin mənəviyyat, şəxsiyyət və xarakter sifətin olacaq. Bu sifətlər sənə xalq arasında etibar qazandırar.

Ummadığın bir yerdən ümidini tam olaraq kəsmə və bir şey dilədiyin yerdən də əsla çox ümidli olma! Çünki nəsib, dilədiyin yerdən deyil, ümid etmədiyin yerdən də gələ bilər.

Özünü çətinliyə soxacaq sözü söyləmə! Bu vəziyyətdə sükut daha yaxşıdır. Gözəl söz söyləyənə, gözəl cavab gəlir. Düşünmədən danışan, istəmədiyi şeylər eşidir. Buna görə “Pis söz insanı dindən, şirin dil ilanı yuvasından çıxarar” demişlər.

Başqasının sənə dil uzatmasını istəmirsənsə, sən də kimsəyə dil uzatma.

İnsan iki hal üzrədir: Sevinc və kədər. İstər kədərli, istər sevincli ol, kədərini və sevincini elə birinə söylə ki, üzüldüğün zaman o da səninlə birlikdə üzülsün, sevindiyin zaman o da səninlə birlikdə sevinsin! Kimsənin kədərinə sevinmə, beləcə kimsə də sənin üzüntünə sevinməz. Səndən aşağı olanlara gözəl rəftar et, qayğı göstər. Beləcə sən də, səndən böyük olanlardan gözəl rəftar və qayğı görəcəksən.

Kimsəni incitmə. Biri səni incitsə də sən onu incitmə, fəzilətin nişanı budur.

Yaxşılığa və pisliyə tez sevinme və kədərlənmə! Çünki bu, uşaqların işidir. Olmayacaq şey üçün xəyallara qapılma, yəni bəsit şeylər üçün könül dünyana zərər vermə! Çünki ağıllı kəslər, əsən hər küləyə etibar etməzlər. ”

Mənbə:gencdergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 122 dəfə.

calal calalov

Read Previous

Şəki Mərkəzi Cümə Məscidi və Şəki İslam Mədrəsəsindən möhtəşəm xidmət

Read Next

Comərdlə paxılın fərqi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.