• 18 Aprel 2024

Nəfs: Cəhənnəmə aparan marşrut

Bir yaradıcının olduğuna inanmaq insanın fitrətində vardır. Bir sandığa qoyulmuş əşya kimi.Kimisi o sandığı açar o dəyərli əşyanı lazımı yerə yönləndirər,kimisi isə ümumiyyətlə o sandıq yoxmuş kimi davranar.İnsan övladı özünün ən böyük düşməni olan nəfsə sahibdir ki bəzən sahib olduğu nəfsi ona hakim olar. Ən güclü insanlar isə tam əksinə nəfsi ilə mübarizə aparan,nəfsinin hakimi olandır. Allahın insana əmr və ya qadağa etdiyi hökmlərə  baxdığımız zaman nəfslə mübarizənin ön plana çıxarıldığını görmüş olarıq.

İnsan övladı hər zaman olduğu pilləni bəyənməz və daha yüksək pillələrə yüksəlmək üçün can atar.Bu nəfsin insanı öz əsarətinə alması halıdır.Yaşadığı qısa ömür müddəti ərzində insan davamlı bir şeylər qazanmaq,irəliləmək üçün çirpinar. Hətta öyünə bilmək üçün daima ətrafındakı insanlardan fərqlilikləri olması üçün çalışar. Digər canlılardan fərqli olaraq ölümün var olduğunu bilər ancaq ölüm sözü yanında işləndiyi zaman eşitmək istəməz,dərhal mövzunun dəyişməsini istəyərlər. “Onlar kar,lal və kordurlar (haqqı eşitməz,danışmaz və görməzlər). Buna görədə (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər” ( Əl-Bəqərə 18).

Nəfsimiz daima bizdən özü üçün bir şeylər istəyər.Digərlərini düşünməməyi,önəmli olan ancaq özünün olduğunu söyləyər. İnsanın tərbiyə etməsi zəruri olan nəfsin bitməz arzuları vardır ki bu da özünü daha çox insanın gənclik dönəmində göstərir. Bir gəncin nəfsi ilə yaşlı insanın nəfsi arasında çox fərqlər vardır. Belə ki yaşlı insan nəfsinin arxasıyca getmənin müəyyən dövrdən sonra mümkün olmadığının fərqinə varmış olur. Ancaq gənclik dövründə bunu dərk etməyimiz, nəfsimizin bizi cəhənnəmə sürükləyəcək vasiyələrdən olduğunu anlamağımız lazımdır.

Allahın varlığına inanmamaq haramları daha yaxşı işləyə bilmək üçün  daha sərfəli görünər insanın gözünə. Təssüfki bir çox insanlar nəfsin bu cür aldadıcı təkliflərinin qurbanına çevrilir və sanki heç vaxt ölməyəcəkmiş kimi  həyatlarını yaşayarlar bu isə insanı əbədi cəhənnəmə sürükləyən vasitələrdəndir. Allah bizləri cəhənnəm atəşindən qorusun.

Read Previous

İsmi Azam nədir?

Read Next

TÜRKİYƏDƏ CÜMƏ NAMAZI BİR MƏSCİDDƏ QILINMAĞA DAVAM EDƏCƏK