• 29 Mart 2024

Namaz və xuşu

      siyer.namaz.col[1]    Möhtərəm möminlər!

Mən müsəlmanam deyən hər kəs bilməlidir ki; Uca dinimiz İslama görə, imandan sonra gələn ən böyük ibadət şüphəsiz ki namazdır. “Namaz dinin dirəyi və hər xeyrin açarıdır” Peyğəmbərimizin (səs) “gözünün nuru” və “möminin meracıdır” Dindar olmağın və dində kamilləşməyin ən böyük şərti namazdır. Namaz qılmadan, dindar olmaq və dində kamilləşmək mümkün deyildir. Namaz, Baqi olan Uca Allahla, fani olan insan arasında ilahi bir bağdır.

İslamın beş şərtindən biri olan namaz, merac gecəsində fərz qılınmışdır. Fərz olması, kitab, sünnə və icma ilə sabitdir. Namazı inkar etmək küfürdür. İnkar etmədiyi halda namaz qılmayan bir müsəlman günahkardır.

Namazın fərz olması ilə əlaqəli, Qurani Kərimdə bir neçə ayələr vardır. Bu ayələrin birində Uca Allah belə buyurur:

    “Namaz möminlərə müəyyən vaxtlarda fərz qılınmışdır.” [1]

Şanı Uca olan Allah, Qurani Kərimdə Hz. Musaya xitabən belə buyurur:

“Mən həqiqətən, Allaham. Məndən başqa heç bir İlah yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl”[2]

Namaz haqqında Uca Allah başqa bir ayədə belə buyurur:

    “(Ey Rəsulum) Qurandan sənə vəhy olunanı oxu və lazımınca namaz qıl. Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ən böyük ibadətdir. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir.”

Ayələr onu göstərir ki, namaz Uca Allahın müminlər üzərinə qəti əmridir. Bu səbəblə ağıllı olan, yetginlik yaşına çatan hər bir müsəlaman, namaz qılmağa məcburdur. Çünki namaz Uca Allaha təslim olmaq deməkdir.

    Əziz möminlər! O halda özünü müsəlman sayan hər kəs gündə beş vaxt namaz qılmaq məcburiyyətindədir. Namaz yalnız həftədə bir dəfə qılınan cümə namazından ibarət deyildir. Hər müsəlmanın gündə beş vaxt namaz qılması fərzdir. Çünki, namaz  Allaha yalvarmaq deməkdir. Namaz qulun Allaha yaxınlaşması deməkdir.

Qulun Allaha ən yaxın olan anı isə səcdə anıdır. Namaz bir müsəlmanın, gündə beş dəfə Allahın böyüklüyünü idrak etməsidir.

Bu baxımından, namaz Allah Təalaya tam təslim olaraq, xuşu və təvazu içində qılınmalıdır. Uca Rəbbimiz, Qurani Kərimdə, namazlarını xuşu ilə qılan möminlərin qurtulacaqlarını belə xəbər vermişdir:

“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarda (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər”[3]

O halda qurtulmaq üçün namazı xuşu ilə qılmaq şərtdir. Xuşu, imanın özü, namazın ruhudur. Xuşu, mamazda dünya ilə əlaqəni kəsib, bütün varlığımızla Allaha yönəlməkdir. Allahın böyüklüyü qarşısında öz acizliyimizi idrak etməkdir.

Bu barədə Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur:

“(Ömrünə, qohum və əqrabasına) vəda edən (və yalnız Allaha yönələn) kimsə kimi namaz qıl. Onu görürmüş kimi Allaha qulluq et. Sən Onu görməsən də şüphəsiz O səni görür.”[4]

Başqa bir hədisi şərifdə isə belə buyururlur:

“Sahibini dinə, ədəbə uyğun olmayan  pis şeylərdən çəkindirməyən namaz, Allahdan uzaqlaşmaqdan başqa birşeyə yaramaz.”[5]

Demək ki, qıldığımız namazlar bizi pis işlərdən çəkindirmirsə, Allaha yaxınlaşmağımız qeyri mümükündür.

Bunun üçün Allah dostları, ixlaslı möminlər qıldıqları hər namazı, həyatılarının son namazı kimi qılmağa çalışaraq dünya işlərini namazlarına şərik etməmişlər.

   Əziz möminlər, elə isə gəlin bizdə namazlarımızı tam bir ixlas və səmimiyyətlə qılmağa çalışaq.  Namaz qılmadan həqiqi müsəlman olmağın mümkün olmadığını bilək. Alınları səcdə izləriylə nurlanan gerçək müsəlmanlar olaq. Peyğəmbərimiz Hz. Muhammədin (səs) “Namaz dinin dirəyidir” hədisi şərifini heç unutmayaq. Və son olaraq bunuda yaxşı bilək ki dirəyi olmayan bir binanın vəziyyəti necədirsə, namazı olmayan bir müsəlmanın da vəziyyəti o cürdür.

28 Dekabr  2012 /15 Səfər 1434

 

 

 

 


[1] Ən Nisa: 103

[2] Ət Taha: 14.

[3] Əl Muminun: 1,2.

[4] İbnu Nəccar, Muxtarul Əhadis sh: 89

[5] Təbarani, Muxtar-ul Əhadis ah: 148.

Read Previous

Yanvar 2013

Read Next

Azan zamanı təyyarələrin uçuşuna qadağa qoyuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.