• 20 Avqust 2019

Namazda topuqları birləşdirmək məsələsi

safBir çox müsəlmanlar saflarda topuqları birləşdirmək barədə gələn hədisləri doğru anlamırlar. Ona görə də bəzən onları namazın əvvəlindən sonuna qədər yanındakı qardaşının topuğunu axtarmala məşğul olarkən görərsən. Namazda durarkən həm qiyamda, həm də rukuda topuqları bir-birinə toxunduracaq şəkildə durmağa səy göstərirlər. Bunun üçün çox vaxtı ayaqlarını geniş açarlar, bu isə sünnəyə zidd bir hərəkətdir. Ən əsası isə budur ki, müsəlmanlar bu yerdə namazın ən vacib əmrlərindən birini tərk edirlər. “Xuşu” namazın vaciblərindəndir və bir kimsə namazda diqqətini topuqları birləşdirməyə sərf edəcəksə, namazında xuşulu olduğunu söyləyə bilməz.
Şeyx Bəkr Əbu Zeyd – rahiməhullah – namazın əhkamları haqqında yazdığı bir kitabında bu məsələyə toxunmuşdur. Müsəlmanlara həmin bəhsi burada təqdim etmək istəyirik ki, bununla faydalansınlar. Şeyx Bəkr deyir:                                                                                                        

      “Safları düzəltməkdə üç sünnət vardır:
1. Safları düz şəkildə istiqamətləndirmək və o şəkildə durmasını təşkil etmək, beləki birinin sinəsi və ya başqa bir şeyi yanındakından irəli çıxmamalıdır. Beləliklə saflarda əyriliklər olmamalıdır.
Safları bu şəkildə dəqiq düzəltməyi isə onlara boyunlarını, çiyinlərini, dizlərini və topuqlarını yaxınlaşdırmağı əmr etməklə etmək olar. 

 2. Heç bir boşluq qalmayacaq şəkildə (namaz qılanlar arasdındakı) boşluqları doldurmaq.

3. İlk safları birləşdirmək və onları tamamlamaq.
Bütün bunlar safları düzəltməyin namazdakı yerinə, böyük əhəmiyyətinə, namazın gözəlliyinə, tamamlığına, kamilliyinə dəlalət edir. Bunda böyük fəzilət və əcr vardır, qəlbləri bağlamaq və bir araya gətirmək vardır və hədislər buna şahidlik edir. Bu mübarək ümməti digərlərindən ayıran və özünə məxsus olan xüsusiyyəti də budur ki, onların namazdakı safları mələklərin safları kimidir.

Şeyx Bəkr- rahiməhullah – daha sonra deyir:                                                                                                            “Saflarda sonradan izafə olunmuş və heç bir dəlilə əsaslanmayan yeni şəkillərdən bəziləri bunlardır: biz bəzi namaz qılanları belə edərkən görürük ki, əgər saffın sağında durubsa sağ tərəfində duranı izləyir, saffın sol tərəfində durduqda isə sol tərəfindəkini izləyir və bu zaman dabanını əyərək topuğunu yanındakının topuğuna birləşdirməyə çalışır. Bu şəkildə safda durmaq varid olduğu şəklə əlavələr etməkdir və bu, sünnəti tətbiq etməkdə ifrata getməkdır. (Yəni həddi aşmaqdır)”                                                                                                                                                                         Şeyxin burada izah etdiyi hal bəzi məscidlərimizdə özlərini sələfi adlandıran müsəlmanların etdiyi hərəkətlərdir.  Namaza durduqda hətta bəzilərinin topuqlarını birləşdirmədiyinə görə sənə qəzəbləndiklərini görərsən. Bütün namaz boyu topuğunu sənin topuğuna birləşdirməyə çalışar. Şeyx Bəkr Əbu Zeyd- rahiməhullah – bunun yeni icad (bidət) olunduğunu və bunun alimlər tərəfindən inkar olduğunu deyir:  “Bu şəkildə safda durmaq iki səbəbə görə batildir:
Birinci: Saflara düzülmək imamdan sonrakından başlayır və kim saffın sağında durubsa, imamdan sonra onun (sağda duranın) sol tərəfində sıraya düzülməlidirlər və bu şəkildə soldakılar bir birinin ardınca bir səmtdə birləşərək safları düz cərgədə düzəltməli, boşluqları doldurmalı, birləşməli, boyunları, çiyinləri, topuqları yaxınlaşdırmalı və safları bir-bir tamamlamalıdırlar.
Lakin saffın sağında olduğun halda sağ ayağını sağdakına birləşdirməyə gəldikdə isə, (çox zaman) ayaqlarını digər ayağa tam birləşdirmək üçün əyirlər. Bu isə açıq-aydın xətadır, özünü ehtiyac olmadan çətinliyə salmaqdır, sonradan uydurulmuş bir anlayışdır, sünnəti tətbiq etməkdə ifrata varmaqdır, sıxılmaq və yanındakını rahatsız etməkdir, məşru olmayan bir şeylə məşğul olmaqdır və safda duranlar arasındakı boşluqları genişləndirməkdir və bu, xüsusilə səcdəyə getdikdə açıq şəkildə görünür. Daha sonra qiyama qalxıdqda isə yenə boşluqları doldurmaqla məşğul olur və dabanını yanındakına birləşdirmək üçün əyir və bununla da ayaqların baş tərəfi qibləyə baxmaq yerinə içəri istiqamətə yönəlmiş olur.
Eləcədə özündən əvvəl gələn namaz qılanın yerini tutmaqdır və başqasının ayaq yerini haqqsız yerə ələ keçirməkdir. Bütün bunlar isə məşru olmayan əməlləri sünnət etməkdir.

    “İkinci: Peyğəmbər – salləllahu aleyhi va səlləm – çiyinlər və topuqları yaxınlaşdırmağı əmr etdikdə, eləcədə “boyunları” da yaxınlaşdırmağı əmr etmişdir, necəki bu barədə hədis, ən-Nəsaidə (814) Ənəsdən – radiyallahu anhu – rəvayət olunmuşdur. Bütün bunlar, yəni: sıraya düzülmək, paralel durmaq, bir yöndə birləşmək, boşluqları doldurmaq anlamındadır, yoxsa hərfi mənada “ilzəq” (birləşdirmək) etmək qəsd olunmur, çünki boyun ilə boynu birləşdirmək mümkün deyildir və çiyinləri bütün qiyam boyu bitişik saxlamaq açıq-aydın (ehtiyac olmadan) ağır işin altına keçməkdir. Dizləri də bir-biri ilə birləşdirmək imkansız bir şeydir. Topuğu topuğa birləşdirmək isə çətinliyə, özünü yükləməyə, özünə əziyyət verməyə, həmişə gərgin halda olmağa və hər bir rükətdə onunla məşğul olmağa səbəb olur və bu, aşkardır.
Aydın oldu ki, yaxınlaşdırmaq dörd şeyə aiddir: boyun, çiyin, diz və topuq. Bütün bunlar eyni mənadadır və bununla safları qurmağa, paralel tutmağa, yönlənməyə, heç bir əyrilik və boşluq buraxmadan bir səmtdə birləşməyə təşviq etmək qəsd olunur və bununla Allahın məqsədi hasil olur.
əl-Hafiz İbn Hacər -rahiməhullah təalə – dedi: “Safları düzəltməkdə məqsəd, safda duranların bir səmtdə düzülməkləridir və ya saflardakı boşluqları doldurmaqdır…” (Fəthul-Bari, 2/242)
Safları düzəltmək barədə gəlmiş dəlillər barədə fiqh/doğru anlayış budur, necəki ən-Numən bin Bişrdən – radiyallahu anhu – rəvayət olunmuş hədisdə gəlir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – bizləri saflarda bir ox kimi düzərdi və o, bizim bunu artıq ondan öyrəndiyimizə və anladığımıza qənaət edənə qədər bunu davam elədi. Bir gün baxdı gördü ki, bir nəfər sinəsini irəli verib durub. (Bunu görən Peyğəmbərimiz (s)  dedi: “Ya siz saflarınızı düzəldərsiz, ya da Allah aranızı ayırar.”

    Təsviyədə yəni safların düzülüşündəki səhabənin – Allah ondan razı olsun – anlayışı budur: istiqamət və boşluqları doldurmaq. Yoxsa çiyinləri və topuqları birləşdirmək deyildir.
Buna görə də əl-Buxari – rahiməhullah -“əs-Sahih” kitabında deyir:

“Safda çiyini çiyin ilə, ayağı ayaq ilə birləşdirmək babı: ən-Numan bin Bişr dedi: Bizdən bir kişinin topuğunu yanındakının topuğuna birləşdirərkən gördüm.” əl-Hafiz İbn Hacər – rahiməhullah – dedi: “Bununla qəsd olunan saffın düzəlişində və boşluqların doldurulmasındakı mübaliğədir.” (Fəthul-Bari, 2/247)
əl-Buxarinin baba verdiyi başlığı əl-Hafiz İbn Hacərin – Allah hər ikisindən də razı olsun! – doğru anlamasının dəlili budur ki, əl-Buxarinin – rahiməhullah təalə – rəvayət etdiyi ən-Numan bin Bişrin – radiyallahu anhu – sözünü eləcədə Əbu Davud “əs-Sünən” kitabında 648 rəqəmi ilə və İbn Xuzeymə “əs-Səhih”də 160 rəqəmi ilə və əd-Dəraqutni “əs-Sünən” kitabında (1/282) rəvayət etmişdir və bunların hər üçünün rəvayətində də ən-Numan bin Bişr deyir: “Hər kəsin çiynini yanındakının çiyni ilə, dizini dizi ilə, topuğunu isə topuğu ilə birləşdirərkən gördüm.” Dizin diz ilə birləşdirilməsi mümkün olmayan bir şeydir və aydındır ki, burada qəsd olunan boşluqları doldurmağa, safları düzəldib, əyriliklərə yol verməməyə təşviq etməkdir. Həqiqi anlamda birləşdirmək və yapışdırmaq qəsd olunmur. Buna görə də əl-Xattabi – rahiməhullah – İbn Abbasdan – radiyallahu anhu – gələn rəvayət haqqında belə demişdir: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizin ən xeyirliləriniz namazda çiyinləri ən yumşaq olanlardır.” Əbu Davud rəvayət etdi və dedi: Cafər bin Yəhya Məkkə əhlindəndir. əl-Xattabi dedi: “Bunun anlamı budur ki, namazda rahatlığın və sakitliyin olması lazımdır, yanındakını diqqətini çəkməməli və çiynini yanındakının çiyninə toxundurmamalıdır.” Daha sonra bunun anlamında başqa bir görüş zikr etdi.
əl-Munavi – rahiməhullah – bunun mənası barədə dedi: “Namazda bir-birinin çiyninə sıxaraq izdiham etməmək lazımdır və lakin yerin darlığı səbəbi ilə safdakı boş yeri doldurmaq istəyənə isə imkan verilməlidir.”

“Lə Cədid fi Əhkəmi’s-Saləh”, səh: 11-17
Dar əl-Asimə, Riyad, üçüncü nəşr; hicri 1418

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 398 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Zərərli vərdişlər/Narkomaniya, İçki, Qumar

Read Next

İbn Teymiyyə və Onun sözdə davamçıları

One Comment

  • Bu mövzuya toxunduğunuz üçün çox təşəkkürlər.Mənim üçün qaranlıq bir mövzu idi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.