• 28 Mart 2024

Fərz namazları avtobus və s. kimi vasitələrdə qılmaq olarmı?

imagesCAEB14LJ
Məlum olduğu kimi Allah namazı dinin dirəyi qılmış, və onu bu şərəfli vəzifəni yerinə yetinrmək üçün ən gözəl şəkildə tənzimləmişdir. Bu tənzimləməyə namazın rükunlara (hissələrə) bölünməsi də daxildir. Rükunlardan hər biri fərz olub namazın səhih (yerinə yetirilmiş olması) üçün şərt olmuşdur. Bu rükunlardan biri də “Qiyam”dır (Namazda ayaq üstə durmaq).
“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.” (əl-Furqan 64)
Qiyamın şəklinə gəldikdə, bu sünnətdə açıq şəkildə öz əksini tapmışdır. Rasulullah (s)-in namazda ayaq üstə dayanaraq Quran oxuması mütəvatir yolla onlarla səhabə tərəfindən rəvayət edilmişdir. Digər tərəfdən Rasulullah (s) bunu insanlara da bu cür əmr etmişdir: “Ayaq üstə qıl!” (Buxari, Əbu Davud, Tirmizi, Nəsayi, Malik)
Bəzi hallarda namazın qiyamını oturan yerdə yerinə yetirməyə izin verilmişdir. Amma, bunlar əsasən fərz deyil, nafilə namazlar olmuşdur.
Ümmü Sələmə (ü.m.) deyirki: “Rasulullah (s) ölümünə yaxın fərzlər xaricində namazların çoxunu oturaraq qılardı. Rasulullah üçün əməllərin ən gözəli az da olsa davamlı olanı idi” (Nəsayi) Fərzlərə gəldikdə bir ciddi səbəb olmadan oturan yerdə qılınması caiz deyil. Ayaq üstə qılması vacibdir. Əgər buna gücü yetməzsə, onda özürlü sayılır və oturaraq qılar, bunada gücü yetməzsə yaslanaraq qılar, bunada gücü yetməzsə uzanaraq qılar. İmran bin Husayn deyirki: “Məndə bir xəstəlik var idi, Rasulullah (S)-ə necə namaz qılacağımı soruşdum. “Ayaq üstə qıl! Əgər gücün çatmazsa oturaraq qıl! Əgər gücün çatmazsa yaslanaraq qıl! Əgər buna da gücün çatmazsa arxası üstə qıl! Allah heç kəsə gücünün çatmadığını yükləməz!” (Nəsayi) Yenə Rasullah (s) oturaraq qılınan namaz haqqında buyurdu ki: “Ayaq üstə qılarsa bu daha üstündür. Kim də oturaraq qılarsa əcrinin yarısı verilir. Kim də uzanaraq qılarsa, ona da oturanın namazının yarısı qədər əcr verilir.” (Buxari, Əbu Davud, Tirmizi)
Yuxarıdakı örnəklərdən göründüyü kimi fərz namazında ayaq üstə durmaq vacibdir. Yalnız bəzi özürlü hallarda bunu tərk etməyə rüxsət verilmişdir. Minik üzərində namaza gəldikdə burada da höküm eynidir. Yəni nafilə namazları minik üzərində qılına bilir. Rasulullah (s)-in minik üzərində qıldığı namazların haqqındakı hədislərin hamısı nafilə namazlar haqqında gəlmişdir.
“Rəsulullah (s) miniyinin üzərində ikən yönü hansı istiqamətdə olursa olsun təsbih edir, başıyla işarətdə olurdu.” (Buxari, Müslim)
Bu hədisdə ki, “təsbih edirdi”dən məqsəd nafilə namazıdır. Yenə Müslimin digər rəvayətində İbni Ömər bu əlavəni edir: “Peyğəmbər (s) miniyinin üzərində təsbih edərdi və vitr qılardı. Fəqət fərz namaz qılmazdı.”
Əbu Davudun rəvayətində bu əlavə də qeyd edilir: “Peyğəmbər (s) nafilə qılmaq istədikdə dəvəsini qibləyə çeviirir. Sonra iftitah təkbiri alıb namaza başlayıdrı. Sonra isə miniyini (heyvaının) haraya yönəldirsə yönəlsin namazına davam edərdi.”
Bəzi hallar var ki, orada artıq heç bir şərtə baxılmaz. İmkanı olan hər kəs bacardığı kimi fərz namazını yerinə yetirər. Ayaq üstə, oturan yerdə, minik üzərində, gəzə-gəzə, qaça-qaça, savaşa-savaşa…
İbni Ömər rəvayət edir ki, Rasulullah (s) buyurdu: “Əgər qorxu şiddətli isə yerdə və ya minik üzərində qılın!”
Buxaridə keçən hədisə görə: “Əgər qorxu bundan daha şiddətli isə yerdə, ayaqda, dizlər üstündə qılın. Qibləyə dönərək və ya dönməyərək minik üzərində qılın!”
İbni Ömər deyir ki, Rasulullaha (s) gəmidə namaz haqqında sual verildi. Buyurdu ki: “Düşüb boğulmaqdan qorxmazsan, ayaq üstə qıl!” (Darəqutni, Hakim)
Sizin konkret sualınıza gəldikdə onu demək olar ki, bütün yuxarıdakı məlumatlardan məlum olduğu kimi minik üzərində oturaraq fərz namazların qılınması caiz deyil. Amma nafilə qılınar. Buna görə fərz namazını qılmaq üçün yerə enib kamil şəkildə qiyamı yerinə yetirərək namazı qılmaq gərəkir. Amma üzülü hallar var ki məsələn, uzaq bir yerə avtobusla gedəndə nə avtobusu saxlamaq imkanı var nə də ki, enib namazı qılmaq. Belə hallarda avtobusda, oturan yerdə fərzləri qılmağa rüxsət verilmişdir. Bu əsasən uzun yolçuluğa aid olan hallardır ki, avtobusdan düşdükdə yolda qalma və ya avtobusa yol pulunun israf olma ehtimalı olduğu hallardır.

Read Previous

BƏS SƏN NECƏ İNANIRSANMI?

Read Next

Fevral 2013

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.