• 28 Mart 2024

Nazirlər kabineti yetim uşaqlara sahib çıxdı

nazirler-kabinetiAzərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi” və “Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

 

mənbə: anspress.com

Read Previous

Süd qardaş-bacı arasındakı örtünmə necə olmalıdır?

Read Next

İngiltərədə fırtına iki can aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.