• 29 Mart 2024

Nikahın nuru cəmiyyətləri aydınladır

uzukNikah peyğəmbərlərin yolu, Rəsulullahın sünnəsi, nəslin baharı, kişi və qadının şərəf və ədəbi, namus və iffətin qalası, insan soyunun heyvanlardan üstünlüyüdür.

Bütün xüsusiyyətləriylə nikah, insan yaradılışındakı üstün quruluş və ləyaqəti qorumaq istiqamətində bizə Allahu təala tərəfindən qoyulmuş bir qanundur. Bu səbəbdən İslama görə nikah; nəsil yetişdirmək, övlad tərbiyəsi, ailənin mühafizəsi, insanlıq şərəfinin qorunması baxımından böyük və imtina edilməz bir ailə təməlidir.

İslam bu təmələ elə əhəmiyyət verir ki, ona sui qəsd etməkdə olan çürük və səfil münasibətləri tamamilə rədd edir. BU etibarla islam nikahsız bərabərliyi yəni “zina” əməlini, ən ağır bir haram olaraq qadağan edir. Çünki o çirkin bir davranış olmaqla yanaşı nigahın zərifliyinə, gözəlliyinə amansızca edilən bir hücumdur. Bir nəsli yox edici ən mərhəmətsiz bir cinayətdir. Nikah kimi bir səadət və dinclik dünyasını, fahişəliyin murdarlığına dəyişdirmək qədər axmaqlıq və cəhalət ola bilməz.

Fəzilətli bir millət və məmləkətin küçələri rəzalət mənzərələrinə təsis edilə bilməz. Meydanlar əxlaqsızlığın nümayiş etdirildiyi yerlər deyildir.

Unudulmamalır ki, bir milləti ayaqda tutan ən təməl ünsür, dini və əxlaqi davranışlardır. Bu əxlaqi davranışları meydana gətirib qorumaqda ən təsirli yol da, nikahdır. Bunun üçün Allah Rəsulu (səllallahu əleyhi və səlləm), onun zorlaştırılmaması barəsində ümmətini xəbərdarlıq edərək: “Nikahın xeyirlisi, az məsrəfli olanıdır.” (Əbu Davud, Nikah, 32) buyururlar.

Bu səbəbdən nikahı çətinləşdirmək, yəni əlavə xərclər ortaya qoyan başlıq pulu, süd haqqı, üz görümlülüyü və bənzəri adətlər, tamamilə batil qaydalardır ki, bunların hamısı cahiliyyə dövrü qalıqlarıdır.

Cənabi-Haqq, qulunun iffətli və dinc yaşamasını arzu edər. Iffəti ən gözəl təmin edən şey evliliktir. Cəmiyyət içərisində evlənməyə gücü çatanların evlənməsi lazım olduğu kimi, evlənməyə gücü çatmayanlar də evləndirilməsi İslam cəmiyyətinə yüklənmiş ilahi bir vəzifədir. Necə ki, ayəti kərimədə belə buyurulur:

(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”(Nur Surəsi, 32)

Muhyiddin Ərəbi həzrətləri, nikaha təşviq edib evlənənlərə yardım olmanın fəziləti haqqında belə buyurur:

“Ən üstün sədəqə-i cariyə, evliliyə vəsilə olmaqdır. Çünki onların nəslindən gələn kəslərin etdikləri hər yaxşılıqdan vəsilə olana da bir əcr vardır. “

Həzrətii Adəm (əs) və Həzrətii Həvva anamızla cənnətdə başlayan ailə həyatı, Allahın təqdir etdiyi evlilik qanunu ilə Adəmoğullarına intiqal etmiş, İslam dini ilə əbədiləşmişdir. Həqiqətən İslam dini, qoyduğu qaydalarla ailə həyatına cənnət hüzuru və daimi bir baharın rəhmət səması olmuşdur. Bu səadətə nail ola bilmək üçün, nikah və izdivac qanunu ilə bir Adəm və Həvva mənzərəsi sərgiləmək, onlar kimi Allaha məhəbbət və təqva yolunda qaynaşmaq, sanki tək can və tək nəbz halına gələ bilmək zəruridir.

Nikah ilə bir-birinə tamamilə uzaq iki nəfərin heyrət verici şəkildə bir-birinə qaynaşmasında, ağılları dəhşət içində buraxacaq incə dərslər və hikmətlər gizlidir. Ata-ana ocağından ayrılan iki gəncin, Allahın, aralarına lütf etdiyi məhəbbət və mərhəmətlə bir-birlərinə könüllərini bağlaması, hətta ayrıldıqları ana-ata yuvasını kölgədə buraxacaq səmimi bir istilik və cazibə içində yaşamaları, nə ülvi bir hikmət təcəllisidir. Üzərində dərin dərin təfəkkür ediləcək nə müqəddəs bir dərsdir.


Cənabı Haqq, nikahı ümməti Məhəmməd üzərinə bərəkət vəsiləsi etmiş, kitab və sünnə kölgəsi altındakı bir izdivacı dünya həyatında cənnət səadəti qılmışdır.
 

İnsanlığa təmkinli və şərəfli bir həyat yaşatmaq istəyən İslam dini, qadına ən yüksək dəyəri vermiş və onu kiçik görməkdən doğulacaq zərərlərə işarə etmişdir. Qadın, ailə səadəti və dinclik tavanına asılmış billur bir şam kimidir. O, nikahın feyz və nuru ilə cəmiyyəti işıqlandırar. Ailənin iffət və namusunu qoruyur. Əks halda nəsillər məhv olar. Nəslin məhv olması isə qohumluğun ləğvinə və bu da nəhayət cəmiyyətin çöküşünə qədər gedər. Bu təqdirdə fitnə, çoxalar. Zərif və incə duyğular bitər. Rəzalət və narahatlıqlar tüğyan edər. Bunlar da bir cəmiyyət üçün batış əlamətləri və fəlakət siqnallarıdır. 

Qadınların səadəti, xanım olaraq yaşamalarıyla mümkündür. Qadın, əsl öz vəzifəsinin kənarına çıxarsa  ailə ocağını qurudar. Qadının xarici həyata qatılması, ancaq zəruri səbəblərlə və yaradılışına uyğun işlər üçün mümkün ola bilər. Bu zəruri səbəblər də obyektiv şəkildə qiymətləndirilməlidir. Yəni cəmiyyətin ehtiyacları ölçüsündə müəyyən edilməli, məqbul və qanuni sərhədlər aşılmamalıdır. Bəzi boş həvəs və bəhanələrlə qoyulan qanunlardan kənara çıxmaqla, yalnız özümüzü aldatmış olarıq. Neçə neçə qız gəlinlərimiz, bu şəkildə axır zamanın qəflət girdabında itib getmişdir. Rəzalətin üstünə örtülmüş bər bəzəklərə aldanan neçə gözlər, ilahi həqiqətlərə kor olmuş və öz səadətinə qıymıştır. 

Bilinməlidir ki, İslam nəzərində xanımlar, nikahın billur avizəsi içində par-par işıq saçan bir həyat iksiridir. Qadının, əxlaqi, ictimai və milli mahiyyət və ehtişamı, ancaq nikahın ruhaniyyəti içində yaşamasındadır. Qadın, nikahla qurulan yuva sayəsində yeni bir dünyaya girər. Bəlkə daha əvvəl heç tanımadığı, tamamilə məchul olan bir bəy və onun ailə üzvləri ilə bir yerdə yaşamağa başlayır. Ancaq Allahın evliliyə lütf etdiyi ayrı bir xüsusiyyət vardır ki, nikah sayəsində bir araya gələn cütlüklər, daha əvvəl iki yabançı insan ikən bir anda dünyanın bir-birinə ən yaxın iki insanı olurlar. Qurduqları yuva da, onlar üçün çoxu dəfə ayrıldıqları ata ocağından daha doğma olmağa başlayar. Necə ki Rəbbimiz: 

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”(Rum, 21) buyurmaqdadır. 

Elə isə ailədəki səadət üçün yeganə hakim ünsür, cütlüklər arasındakı məhəbbət, səmimiyyət və şəfqət olmalıdır.

Read Previous

Təsəttür və gənclik

Read Next

İbrət alınacaq yaşanmış bir həyat hekayəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.