• 29 Mart 2024

Niyə duadan sonra əllər üzə çəkilər?

 Sual        Salam Aleykum. Salavat deyərken niyə əlimizi üzümüzə çəkirik?  Bu haqda dəqiq bir məlumat var? Allah razı olsun.

Cavab      Əziz ziyarətçimiz; Salavat bir cür dua olduğu üçün əl açaraq salavat oxumaq və salavat oxuduqdan sonra əlləri üzə sürməkdə bir qorxu yoxdur. İbnu Abbas(r.ə.) izah edir: “Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: “Allaha dua edən zaman ovuclarının içini açaraq dua et, əllərinin arxasıyla dua etmə. Duanı bitirincə ovuclarını üzünə çək.” Hz. Aişə (radıyallahu ənh) izah edir: “Hz. Peyğəmbər (əleyhissalatu vəssalam) yatağına girdiyi zaman, əllərinə üfləyib Muavvizateyni ( fələq və nas surələri) və kulhüvallabu ahadı oxuyub əllərini üzünə və bədəninə sürər və bunu üç dəfə təkrar edərdi. Xəstələndiyi zaman eyni şeyi özünə etməmi əmr edərdi”. (Buxari, Fedailul-Quran 14, Tibb 39, Davat 12; Müslim, Salam 50, (2192); Tirmizi, Davat 21, (3399); Əbu Davud, Tibb 19) Hz. Ömər (rə)ın rəvayətində: “Rəsulu Əkrəm əllərini duaya qaldırdığı zaman üzünə sürmədən yollamazdı” (Tirmizi, Davat, 11) Bu rəvayət duadan sonra əllərin üzə çəkilməsinin hökmünü göstərər. Bəzi alimlər belə bir mütaliədə olmuşdur: “Allahu Təala, dua edəni heç bir zaman boş çevirməyib, özü üçün qalxan ələ bir rəhmət çatdırdığına görə, ondakı rəhmətin ən şərəfli və tekrime ən elyak orqan olanyüzə sirayət etdirilməsi münasibdir.” Duanın sonunda əlin üzə çəkilməsi təbərrük üçündür. Yəni, dua ilə əllərə enmiş olan rəhmət əsərləri, sürmək surətiylə üzə çatdırılmış olar. (Baxın. Kutubu Sittə – Prof. Dr. İbrahim Canan) Duadan sonra əllərin üzə sürtülüb sürtülə bilməyəcəyi mövzusunda fərqli görüşlər olmaqla birlikdə, Qazı Əbu Tayyıp, Əbu Məhəmməd əl-Cuvayni, İbn Sabbağ, əl-Mütevelli, Şeyx Nəsr və Qəzali bunun müstəhəb olduğu fikirindələr. (Nəvəvi, Əl-Mecmuda, 3/501) Alimlər arasında fərqli görüşlərin olduğu bir mövzuda, insanların bir-birlərini səhv etməklə günahlandırmaması lazımdır. Onsuz da fəzaili əməldə zəif hədislərlə əməl edilə biləcəyinə dair, alimlərin görüş birliyi vardır.

Read Previous

Nəzər dəyməsi

Read Next

Qəbr ziyarəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.